Milli Kitabxana elektron poçtla kitab sifarişlərini qəbul edir

 

Azərbaycan Milli Kitabxanası yeni elektron poçt vasitəsi ilə kitab sifarişi xidmətləri

göstərməyə başlayıb

 

Milli Kitabxanadan "APA-Economics"ə verilən məlumata görə, bu xidmətdən istifadə etmək üçün sifarişçi kitabxanaya gəlmədikdən öncə elektron poçt vasitəsi ilə ona lazım olan kitabı sifariş edir və kitabın kitabxananın fondundan mövcudluğu haqqında cavab alır.

Qeyd edək ki, sifarişlər kitabxanada qeydiyyatda olan oxuculardan qəbul edilir. Qeydiyyatdan keçmək üçün kitabxananın rəsmi saytında onlayn-qeydiyyat sistemi fəaliyyət göstərir və oxucular müvafiq anketi doldurub, 2 foto şəkil əlavə edərək kitabxananın elektron poçt ünvanına göndərməlidir.

Bütün bu əməliyyatlar ABŞ-ın avtomatlaşdırılmış kitabxana-məlumat sistemi olan VTLS (Virginia Technical Library System) vasitəsi ilə həyata keçirilir. Bu sistem Milli Kitabxana tərəfindən Soros Fondunun qrantı hesabına alınıb və quraşdırılıb.

Layihə 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan kitabxanalarının inkişafı Proqramı çərçivəsində həyata keçirilir. Proqram elektron kataloq şəbəkəsinin yaradılması, Azərbaycan ədəbiyyatının virtual kitabxanasının formalaşdırılması, kitabxanalar üçün xüsusi binaların tikintisi, ölkənin tarixi irqinin uzun müddət saxlanılması üçün texnologiyaların və metodların tərtib edilməsi, kitabxanaların, nəşriyyatların və kütləvi informasiya vasitələrinin vahid məlumat mühitinin yaradılmasını nəzərdə tutur.

 

Paritet.- 2009.- 30 iyun-1 iyul.- S. 13.