Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
Maddə
1.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
təsdiq edilsin.
Maddə
2. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi 2000-ci il
iyunun 1-dən qüvvəyə minsin.
Maddə
3.
“Azərbaycan SSR Cinayət Məcəlləsinin təsdiq edilməsi
haqqında” 1960-cı il dekabrın 8-də Azərbaycan SSR
Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsi
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, ¹ 29, maddə 143),
habelə Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi ilə əlaqədar
1960-cı il dekabrın 8-dən 2000-ci il iyunun 1-dək qəbul
olunmuş qanunlar və digər normativ hüquqi aktlar 2000-ci il
iyunun 1-dən qüvvədən düşmüş hesab
edilsin.
Maddə
4.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında 1960-cı il dekabrın 8-dən etibarən qəbul
olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının
təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist
Respublikasının qanunları (onların müvafiq hissələri),
habelə Azərbaycan Respublikasının bu maddədə
sadalanan qanunları (onların hissələri) və digər
normativ hüquqi aktları 2000-ci il iyunun 1-dən ləğv
edilsin:
4.1.
"Fərdi mənzil tikintiləri, tikinti
materiallarının əldə edilməsi və mənzil
fondunun nizamlanması barədə qanunvericiliyin pozulmasına
görə məsuliyyətin gücləndirilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 24
mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1961, ¹ 9, maddə 37);
4.2.
"Cinayət və cinayət-prosessual məcəllələrinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 4 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, ¹ 13, maddə
52);
4.3.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 172-1-ci
maddənin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1961-ci il 3 iyun tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1961, ¹ 16, maddə
60);
4.4.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət 1961-ci il
24 iyul tarixli Heyətinin Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1961, ¹ 21, maddə 78);
4.5.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavə
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1962-ci il 8 yanvar tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1962, ¹ 1, maddə 6);
4.6.
"Milis işçisinin və xalq
drujinaçısının həyatına,
sağlamlığına və ləyaqətinə qəsdə
görə məsuliyyətin gücləndirilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1962-ci il 28 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1962, ¹ 7, maddə 30);
4.7.
"Rüşvətxorluğa qarşı mübarizənin
gücləndirilməsi haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1962-ci il 28 fevral tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, ¹ 7, maddə
31);
4.8.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1962-ci il 28 fevral tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, ¹ 7, maddə 32
);
4.9.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1962-ci il 7 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1962, ¹ 22, maddə
115);
4.10.
"Mal-qaraya yedirtmək üçün dövlət və
ya kooperativ mağazalardan çörək, un, yarma və
başqa ərzaq məhsullarını alan şəxslərin
intizam və cinayət məsuliyyəti haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1963-cü il 25 yanvar
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1963, ¹ 3, maddə 13);
4.11.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 212-1-ci
maddənin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1963-cü il 11 noyabr
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1963, ¹ 32, maddə 201;
4.12.
"Ov qaydalarını pozmağa görə mübarizənin
gücləndirilməsi haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1964-cü il 13 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, ¹ 14, maddə
70);
4.13.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 109-cu maddəsinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1964-cü il 13 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, ¹ 14, maddə
72);
4.14.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 152-ci maddəsinə
əlavə edilməsi haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1964-cü il 13 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1964, ¹ 14, maddə
73);
4.15.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 240, 250 və
252-ci maddələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1965-ci il 2 mart tarixli Fərmanı (Azərbaycan SSR
Ali Sovetinin məlumatı, 1965, ¹7,: maddə 57);
4.16.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 142-ci maddəsinə
əlavələr daxil edilməsi haqqında və dini
xurafatdan tamah məqsədi ilə istifadə olunmasına
görə cinayət məsuliyyətin müəyyən edilməsi
barəsində" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1965-ci il 24 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1965, ¹ 27, maddə 145);
4.17.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1966-cı il 31 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1966, ¹ 3, maddə 18);
4.18.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 141-ci maddəsinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Sovetinin Rəyasət Heyətinin 1966-ci il 22 aprel tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1966, ¹ 8, maddə
59);
4.19.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər
və əlavələr daxil edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 avqust
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1966, ¹16, maddə 135);
4.20.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr
daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1966-cı il 24 sentyabr tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1966, ¹ 18, maddə 166);
4.21.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr
daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1967-ci il 22 iyun tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1967, ¹ 12, maddə 144);
4.22.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 231-ci maddəsinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1967-ci il 31 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1967, ¹ 17, maddə
185);
4.23.
"Heyvanlarla rəhmsizcəsinə rəftar etməyə
görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1967-ci il 16 sentyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1967, ¹ 18, maddə
192);
4.24.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 56-cı
maddəsinə əlavələr edilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1967-ci il 10
oktyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1967, ¹ 19, maddə 207);
4.25.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 159-cu və
161-ci maddələrinə dəyişiklik və əlavələr
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1967-ci il 23 oktyabr tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1967, ¹ 20, maddə 214);
4.26.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 26 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968, ¹ 14, maddə
113);
4.27.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 196-cı
maddəsinə dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1969-cu il 20 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1969, ¹ 2, maddə 15);
4.28.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1969-cu il 12 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1969, ¹ 11, maddə 95);
4.29.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 206-1-ci
və 215-1-ci maddələrin əlavə edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1969-cu il 18 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1969, ¹ 22, maddə 173);
4.30.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr keçirilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 29 yanvar tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1970, ¹2, maddə
13);
4.31.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr keçirilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 30 mart tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1970, ¹ 6, maddə
40);
4.32.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 114-cü
maddəsinə dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1971-ci il 18 noyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1971, ¹ 22, maddə 177);
4.33.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 160-cı
maddəsinə dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1972-ci il 29 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1972, ¹ 7-8, maddə 21);
4.34.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 164-1-ci
maddəsinə əlavələr edilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19
iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1972, ¹ 12, maddə 51);
4.35.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 154-cü
maddəsinə əlavələr edilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19
iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1972, ¹ 12, maddə 52);
4.36.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr keçirilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 29 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1972, ¹ 15-16, maddə
94);
4.37.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavə və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1973-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1973, ¹ 7, maddə 62);
4.38.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 25 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973, ¹ 10, maddə
90);
4.39.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1973-cü il 4 iyul tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1973, ¹ 13, maddə 116);
4.40.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 219-cu
maddənin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 14 dekabr
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1973, ¹ 23, maddə 198);
4.41.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1975-ci il 8 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1975, ¹ 7, maddə 48);
4.42.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 215-1-ci
maddəsinə dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1975-ci il 27 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1975, ¹ 16, maddə 136);
4.43.
"İctimai-faydalı əməkdən boyun
qaçıran və cəmiyyətə zidd, tüfeyli həyat
sürən şəxslərin məsuliyyətinə dair Azərbaycan
SSR qanunvericilik aktlarının qüvvəsini itirmiş hesab
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1975-ci il 27 avqust tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1975, ¹ 16, maddə 137);
4.44.
"Satışa pis keyfiyyətli, standartsız və
komplektsiz mallar buraxmağa görə cinayət məsuliyyəti
müəyyən edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1975-ci il 27 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1975, ¹ 16, maddə
138);
4.45.
"Odlu silahı əldə etmək, qeydə aldırmaq,
işlətmək və saxlamaq qaydalarını pozmağa
görə məsuliyyət haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1977-ci il 12 yanvar tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, ¹ 1-2, maddə
3);
4.46.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, ¹ 5-6, maddə
29);
4.47.

4.48.
"Azərbaycan SSR cinayət, mülki, cinayət-prosessual,
mülki-prosessual, islah-əmək, nigah və ailə məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1977-ci il 28 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1977, ¹ 5-6, maddə 33);
4.49.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 42-1-ci
maddənin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 26 aprel tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977, ¹ 8, maddə
49);
4.50.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 55-ci maddəsinə
əlavə edilməsi haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1978-ci il 10 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978, ¹ 13, maddə
127);
4.51.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 26
fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1979, ¹ 4, maddə 23);
4.52.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəlləsinə
dəyişiklik və əlavələr edilməsi haqqında"
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 23
may tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1980, ¹ 10, maddə 125);
4.53.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 26 iyun tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980, ¹ 11-12, maddə
136);
4.54.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 160-1-ci
maddəsinə dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1980-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1980, ¹ 15, maddə 170);
4.55.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1980-ci il 15 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1980, ¹ 18, maddə 187);
4.56.
"SosiAlist mülkiyyəti və vətəndaşların
şəxsi mülkiyyəti əleyhinə cinayətlər
üstündə cinayət məsuliyyətinin gücləndirilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1981-ci il 27 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1981, ¹ 8, maddə 113);
4.57.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1981-ci il 18 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1981, ¹ 18, maddə 207);
4.58.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 22 oktyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981, ¹ 20, maddə
225);
4.59.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 197-1-ci
maddəsinə dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1982-ci il 7 yanvar tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1982, ¹ 1-2, maddə 1);
4.60.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1982-ci il 23 sentyabr tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1982, ¹ 18, maddə 161);
4.61.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 4 noyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982, ¹ 21, maddə
203);
4.62.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 22 dekabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982, ¹ 24, maddə
292);
4.63.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1983-cü il 28 sentyabr tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1983, ¹ 17-18, maddə 162);
4.64.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 11 noyabr
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1983, ¹ 21, maddə 194);
4.65.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1984, ¹ 3-4, maddə 29);
4.66.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 1 fevral
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1984, ¹ 3-4, maddə 30);
4.67.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1984-cü il 13 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1984, ¹ 7, maddə 55);
4.68.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 95-ci maddəsinə
dəyişiklik edilməsi haqqında" Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 1984-cü il 18 iyun tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984, ¹ 11-12, maddə
111);
4.69.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1985-ci il 5 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1985, ¹ 3, maddə 29);
4.70.
"Yetkinlik yaşına çatmayan uşaqlar
üçün Aliment tutulması qaydasında bəzi dəyişikliklər
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1985-ci il 25 fevral tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1985, ¹ 4, maddə 40);
4.71.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə və
Azərbaycan SSR İslah-əmək məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 16 may tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, ¹ 10, maddə
118);
4.72.
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR məcəlləsinə,
Azərbaycan SSR cinayət və cinayət-prosessual Məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1985-ci il 13 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1985, ¹ 11, maddə 130);
4.73.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə 162-2-ci
maddəsinin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 22 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, ¹ 13-14, maddə
151);
4.74.
"Azərbaycan SSR bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, ¹ 21, maddə
204 );
4.75.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 18 noyabr tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985, ¹ 22, maddə
216);
4.76.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə
23-cü maddənin əlavə edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 2 iyun tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986,
¹ 11, maddə 58);
4.77.
"Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986,
¹ 12, maddə 72);
4.78.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavə
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1986-cı il 22 avqust tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1986, ¹ 15-16, maddə 124);
4.79.
"Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 25 iyun tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, ¹ 12, maddə
118);
4.80.
"Azərbaycan SSR Cinayət məcəlləsinə və
Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik və
əlavələr edilməsi haqqında" Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 21 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987, ¹ 14, maddə
141);
4.81.
"Azərbaycan SSR Cinayət məcəlləsinə,
İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR məcəlləsinə
və Azərbaycan SSRP bəzi başqa qanunvericilik aktlarına
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1987-ci il 12 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1987, ¹ 15-16, maddə 153;
4.82.
"Azərbaycan SSR Cinayət Məcəlləsinin 231-ci maddəsinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1987-ci il 18 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1987, ¹ 15-16, maddə 157);
4.83.
"Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 16 sentyabr tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987,
¹ 18, maddə 173);
4.84.
"Azərbaycan SSR Cinayət, Cinayət-prosessual və islah-əmək
məcəllələrinə dəyişiklik və əlavələr
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1987-ci il 6 noyabr tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1987, ¹ 21, maddə 201);
4.85.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişiklik və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1988-ci il 18 fevral tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1988, ¹ 4, maddə 26);
4.86.
"Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 10 mart tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, ¹ 5-6, maddə
29);
4.87.
"Yığıncaqların, mitinqlərin, küçə
yürüşlərinin və nümayişlərinin təşkilinin
və keçirilməsinin müəyyən edilmiş
qaydasını pozmağa görə məsuliyyət
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1988-ci il 24 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1988, ¹ 5-6, maddə 35);
4.88.
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan SSR Məcəlləsinə
və Azərbaycan SSR Cinayət Məcəlləsinə dəyişikliklər
edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin 1988-ci il 20 aprel tarixli Fərmanı (Azərbaycan
SSR Ali Sovetinin məlumatı, 1988, ¹ 8, maddə 58);
4.89.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 28 iyul tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988, ¹ 13-14, maddə
136);
4.90.
"Yığıncaqların, mitinqlərin, küçə
yürüşlərinin və nümayişlərinin təşkilinin
və keçirilməsinin müəyyən edilmiş
qaydasını pozmağa görə məsuliyyət
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1988-ci il 23 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin
məlumatı, 1988, ¹ 16, maddə 150);
4.91.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
1989-cu il 12 aprel tarixli Fərmanı (Azərbaycan SSR Ali
Sovetinin məlumatı, 1989, ¹ 7-8, maddə 47);
4.92.
"Azərbaycan SSR cinayət və cinayət-prosessual məcəllələrinə
dəyişikliklər edilməsi haqqında Azərbaycan SSR
Ali Soveti Rəyasət Heyətinin Fərmanına dəyişikliklər
və əlavələr edilməsi barəsində" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1989-cu il 11 avqust tarixli Fərmanı
(Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1989, ¹ 15-16, maddə
118);
4.93.
"Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 16 aprel
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1990, ¹ 8, maddə 53);
4.94.
"Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik
və əlavələr edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel
tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı,
1990, ¹ 8, maddə 55);
4.95.
"Azərbaycan SSR-in qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 26 iyun tarixli
Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990,
¹ 12, maddə 147);
4.96.
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan
Respublikası məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1991-ci il 25 may tarixli Qanunu (Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1991, ¹ 12-13, maddə 203);
4.97.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1991-ci il 16
dekabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 1, maddə 3);
4.98.
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1992-ci il 17 yanvar tarixli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992, ¹ 5, maddə 100);
4.99.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 2
aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 7, maddə 167);
4.100.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 26 may
tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 10, maddə 300);
4.101.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 10
iyun tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 11, maddə 412);
4.102.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 22
iyul tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 14, maddə 562);
4.103.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 18
avqust tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 17, maddə 737);
4.104.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və İnzibati hüquqpozmalar haqqında Azərbaycan
Respublikası Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 1992-ci il 30 sentyabr tarixli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1992, ¹ 18, maddə
828);
4.105.
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci
il 27 oktyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 20, maddə 881);
4.106.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 11
noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 21, maddə 923);
4.107.
"Azərbaycan Respublikası Cinayət məcəlləsinin
42-ci maddəsinə əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1992-ci il 29
dekabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1992, ¹ 24, maddə 1049);
4.108.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1993-cü il
27 yanvar tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1993, ¹ 2, maddə 64);
4.109.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1993-cü il
20 aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1993, ¹ 9, maddə 226);
4.110.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
208-ci maddəsinə dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 1993-cü il
19 may tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1993, ¹ 10, maddə 300);
4.111.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə,
Cinayət-Prosessual Məcəlləsinə, Mülki-Prosessual
Məcəlləsinə və Mülki Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1993-cü il
26 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1993, ¹ 23-24, maddə 673);
4.112.
"Azərbaycan Respublikası Cinayət məcəlləsinin
220-ci maddəsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının 1994-cü il
25 oktyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1995, ¹ 7, maddə 118);
4.113.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinin
220-ci maddəsinə dəyişikliklər edilməsi
haqqında Azərbaycan Respublikası Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
1994-cü il 15 noyabr tarixli Qanunu (Azərbaycan Respublikası Ali
Sovetinin məlumatı, 1995, ¹ 7, maddə 119);
4.114.
"Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual
məcəlləsinə və İnzibati hüquqpozmalar
haqqında Azərbaycan Respublikası Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1995-ci il 4
aprel tarixli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı,
1995, ¹ 7, maddə 135);
4.115.
"Azərbaycan Respublikasının cinayət və cinayət-Prosessual
Məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1994-cü il 21 oktyabr tarixli Qanunu (Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1995, ¹ 10, maddə 192);
4.116.
"Azərbaycan Respublikasının bəzi Məcəllələrinə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 1995-ci il 12 sentyabr tarixli Qanunu (Azərbaycan
Respublikası Ali Sovetinin məlumatı, 1995, ¹ 22, maddə
357);
4.117.
"Azərbaycan Respublikasının Cinayət məcəlləsinə
bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 1996-cı il 29 may tarixli Qanunu (Azərbaycan
Respublikası qanunvericilik toplusu, 1997, ¹ 2, maddə 116);
4.118.
"Azərbaycan Respublikasının cinayət və cinayət-Prosessual
məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1996-cı il 24 dekabr tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 4, maddə 284);
4.119.
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1996-cı il 27 dekabr tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 4, maddə 287);
4.120.
"Damazlıq işi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 4, maddə 301);
4.121.
"Bitki karantini haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1997, ¹ 4, maddə 303);
4.122.
"İnsanın immunçatışmazlığı
virusunun törətdiyi xəstəliyin (AİDS)
yayılmasının qarşısının alınması
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1997-ci il 7 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997, ¹ 4, maddə 304);
4.123.
"Fərdi əmək müqavilələri (kontraktları)
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının Əmək
Qanunları Məcəlləsinə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə, "Hərbi
qulluqçuların statusu haqqında", "Əlillərin
sosial müdafiəsi haqqında" və əməyin
mühafizəsi haqqında Azərbaycan Respublikası
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
1997-ci il 25 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997, ¹ 5, maddə 378);
4.124.
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1997-ci il 13 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1997, ¹ 6, maddə 457);
4.125.
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikasının 1997-ci il 30
sentyabr tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998, ¹ 1, maddə 10);
4.126.
"Azərbaycan Respublikasında ölüm cəzasının
ləğv olunması ilə əlaqədar Azərbaycan
Respublikasının cinayət, cinayət-prosessual və islah-əmək
məcəllələrinə dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1998-ci il 10 fevral tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998, ¹ 2, maddə 85);
4.127.
"Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və digər məcəllələrinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1998-ci il 7 aprel tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, ¹ 5, maddə 306);
4.128.
"İqtisadi cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının 1998-ci
il 28 aprel tarixli, 493-IQD saylı Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, ¹ 5, maddə 307);
4.129.
"Referendum haqqında" və "Azərbaycan
Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan
Respublikası qanunlarının tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
1998-ci il 23 iyun tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1998, ¹ 7, maddə 444);
4.130.
"Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə,
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
və İnzibati hüquqpozmalar haqqında Azərbaycan
Respublikasının Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikasının 1998-ci il 25 iyun tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, ¹ 8, maddə 488);
4.131.
"İqtisadi cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikası Cinayət Məcəlləsinə əlavələr
edilməsi haqqında Azərbaycan Respublikası Qanununun
qüvvəsinin dayandırılması barədə" Azərbaycan
Respublikasının 1998-ci il 20 oktyabr tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1998, ¹ 11, maddə 643);
4.132.
"Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual
məcəllələrinə və İnzibati hüquqpozmalar
haqqında Azərbaycan Respublikasının Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 1998-ci il 24 noyabr tarixli Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999, ¹ 2,
maddə 54);
4.133.
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan
Respublikasının Məcəlləsinə və Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə əlavələr
və dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının 1999-cu il 30 mart tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999, ¹ 4, maddə 226);
4.134.
"Konstitusiya məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
1999-cu il 2 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999, ¹ 5, maddə 284);
4.135.
"Əhalinin sağlamlığının qorunması
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikasının
1999-cu il 2 aprel tarixli Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 1999, ¹ 5, maddə 286);
4.136.
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 1999-cu il 20 aprel tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999, ¹ 5, maddə 291);
4.137.
"İstehsalat və məişət tullantıları
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
əlaqədar Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999, ¹ 8, maddə 476).
Maddə
5.
Azərbaycan Respublikasında qüvvədə olan digər
qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
uyğunlaşdırılanadək həmin Məcəlləyə
zidd olmayan hissədə tətbiq edilir.
Maddə
6.
6.1. 1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət
Məcəlləsi əsasında məhkum olunmuş və
hazırda cəzasını çəkən şəxslərin
əməlləri bu Qanunla təsdiq olunmuş Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi əsasında
cinayət hesab edilmirsə, həmin şəxslər əsas
və əlavə cəzalardan azad olunurlar. Onlar, habelə bu
Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi əsasında cinayət hesab
olunmayan əməllərə görə əvvəllər məhkum
edilmiş və cəzasını çəkmiş şəxslər
məhkumluğu olmayan hesab edilsinlər.
6.2.
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət
Məcəlləsi əsasında məhkum edilmiş və cəzasını
çəkib qurtarmamış şəxslərin cəza
müddətləri bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının
Cinayət Məcəlləsinin müvafiq maddəsinin
sanksiyasının yuxarı həddindən çox olduğu
halda həmin cəza müddətləri bu Qanunla təsdiq
olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin
müəyyən etdiyi sanksiyanın yüksək həddinə
qədər azaldılır (yumşaldılır).
6.3.
Cinayət törətdiyinə görə cəza çəkən
və ya cəzasını çəkmiş, lakin məhkumluğu
olan şəxslərin vəziyyəti bu Qanunla təsdiq
olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
ilə başqa cür yaxşılaşdırılırsa
hökm çıxarmış məhkəmə və ya məhkumun
cəza çəkdiyi yer üzrə məhkəmə tərəfindən
məhkəmə hökmlərinə, cinayət hüquq
xarakterli başqa tədbirlərin tətbiq edilməsi barədə
məhkəmənin digər qərarlarına yenidən
baxılsın.
6.4.
Bu maddənin 6.1, 6.2 və 6.3-cü bəndlərinə
uyğun olaraq cəza çəkməkdən azad edilmə, cəzanın
azaldılması (yumşaldılması), cinayət törətmiş
şəxsin vəziyyətini başqa cür
yaxşılaşdırma prosessual qanunvericiliklə nəzərdə
tutulmuş hökmün icra edilməsi qaydasında həll
edilir.
6.5.
Bu Qanunla təsdiq olunmuş Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə cinayət hesab edilməyən
əməllərə dair məhkəmələrin, ibtidai
istintaq və təhqiqat orqanlarının icraatında olan
cinayət işlərinə və materiallarına 2000-ci il
iyunun 1-dən əməlin cinayət olmasını və cəzalanmalı
olmasını aradan qaldıran yeni qanunun qüvvəyə
minməsi ilə əlaqədar cinayət məsuliyyətindən
azad edilmə əsasları ilə xitam verilsin.
Maddə
7.
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 24-cü maddəsinə əsasən məhkəmə
tərəfindən xüsusi təhlükə residivist hesab
edilmiş şəxslər cəzalarını xüsusi
rejimi cəzaçəkmə müəssisələrində
çəkirlər.
Maddə
8.
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət
Məcəlləsinə əsasən azadlıqdan məhrum
etmədən islah işləri növündə cəzaya məhkum
olunmuş və cəzalarını islah işlərinə
baxan orqanların göstərişi ilə başqa yerlərdə
çəkən şəxslərin cəzasının
çəkilməmiş hissəsi hökmü
çıxarmış məhkəmə və ya məhkumun
cəza çəkdiyi yerin məhkəməsi tərəfindən
dövlət nəfinə tutulmalı olan məbləğ həcmində
cərimə ilə əvəz olunur.
Maddə
9.
1960-cı il 8 dekabr tarixli Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 23-1-ci və 50-2-ci maddələrinə əsasən
əməyə mütləq cəlb etməklə
azadlıqdan məhrum olunmağa şərti məhkum
edilmiş və azadlıqdan məhrum etmə yerlərindən
əməyə mütləq cəlb etməklə şərti
azad edilmiş şəxslərin cəzasının çəkilməmiş
hissəsi, məhkumun cəza çəkdiyi yerin məhkəməsi
tərəfindən dövlət nəfinə tutulmalı olan
məbləğ həcmində cərimə ilə əvəz
olunur.
Maddə
10.
Bu Qanunun 8 və 9-cu maddələrində nəzərdə
tutulmuş hallarda təyin edilən cərimənin miqdarı
bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi ilə müəyyən edilən
cərimənin yuxarı həddindən çox ola bilməz.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 30 dekabr 1999-cu il
¹
787-IQ
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4.
– S. 1849-1863.