“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, 2000-ci il iyunun 1-dək:
qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
öz
səlahiyyəti hüdudlarında “Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 47.1-ci, 87.2 və 87.4-cü maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 8 fevral 2000-ci il
¹ 278
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2045.