Dədə
Qorqud heykəli və “Dədə Qorqud dünyası”
tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
xalqının, bütün türk xalqlarının qədim
və zəngin mədəniyyətinin ən möhtəşəm
abidələrindən biri olan "Kitabi - Dədə Qorqud" dastanının
ölkəmizdə daha geniş təbliğini təmin etmək,
onun qəhrəmanlarının xatirəsini əbədiləşdirmək
məqsədilə və "Kitabi - Dədə
Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət
Komissiyasının tədbirlər planına uyğun olaraq qərara
alıram:
1. Bakı
şəhərində Dədə Qorqud heykəli
ucaldılsın. Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti Rəssamlar
İttifaqı və Memarlar İttifaqı ilə birlikdə
heykəlin yeri ilə bağlı təkliflərini 10 gün
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Bakı
şəhərinin Nərimanov rayonu ərazisində yerləşən
Uşaq dəmir yolu bağının və ona bitişik
Şəhriyar adına bağın ərazisində "Dədə
Qorqud dünyası" tarixi- etnoqrafik kompleksi
yaradılsın. Təbii əhəmiyyətini nəzərə
alaraq "Dədə Qorqud dünyası" tarixi - etnoqrafik
kompleksinə milli park statusu verilsin. Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər
İcra Hakimiyyəti və Azərbaycan Elmlər Akademiyası
Rəssamlar İttifaqı və Memarlar İttifaqı ilə
birlikdə heykəlin və kompleksin baş planının
layihəsini müsabiqə yolu ilə müəyyənləşdirib
2000-ci il iyunun 1-nə qədər Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Bakı şəhər
İcra Hakimiyyəti ilə birlikdə Uşaq dəmir yolu
bağının və Şəhriyar adına bağın ərazisində
yerləşən dövlət və qeyri-dövlət təşkilatların,
müəssisələrin və mülkiyyət formasından
asılı olmayaraq bütün digər obyektlərin Azərbaycan
Respublikasının qanunları ilə müəyyən
edilmiş qaydada köçürülməsini
təmin etsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
Uşaq dəmir
yolu bağının Azərbaycan Dəmir Yolu İdarəsinin
balansından Bakı şəhər İcra Hakimiyyətinin
balansına verilməsini təmin etsin;
bu fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 1 aprel 2000-ci il
¹ 312
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2046.