Türkiyə
Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ
"Azərbaycan Respublikasının Fəxri vətəndaşı"
adının verilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Türkiyə-Azərbaycan dostluq və
qardaşlıq münasibətlərinin
inkişafındakı və genişləndirilməsində
böyük xidmətlərinə, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsinə
və ümummilli problemlərinin həllinə xüsusi diqqət
və qayğısına, xalqımıza bəslədiyi sədaqətli
dost münasibətinə görə Türkiyə
Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ
"Azərbaycan Respublikasının Fəxri vətəndaşı"
adı verilsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 8 aprel 2000-ci il
¹ 314
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2047.