Azərbaycan Respublikasının fəxri vətəndaşlığı haqqında

 

 

ƏSASNAMƏ

 

 

 

1. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə verilir.

 

2. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı Azərbaycan Respublikasının fəxri vətəndaşlığına qəbul edilən şəxsin razılığı əsasında verilir.

 

3. Azərbaycan Respublikasının fəxri vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin yanında yaradılan Vətəndaşlıq Məsələləri Komissiyasının tövsiyəsi bir qayda olaraq tələb edilmir.

 

4. Azərbaycan Respublikasının fəxri vətəndaşlığı dünya birliyi, Azərbaycan dövləti və ya Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilir.

 

5. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdir.

 

6. Azərbaycan Respublikasının fəxri vətəndaşı Azərbaycan Respublikası Prezidentinin xüsusi himayəsi altındadır.

 

7. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının fəxri vətəndaşı onlara müraciət edərsə, ona hər cür yardım və dəstək göstərməlidirlər.

 

8. Azərbaycan Respublikasının xarici dövlətlərdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluq idarələri Azərbaycan Respublikasının fəxri vətəndaşına hər cür yardım və dəstək göstərməlidirlər.

 

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il

8 aprel tarixli, 315 nömrəli fərmanı ilə

təsdiq edilmişdir

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. –  S. 2048-2049.