B.A.Abdullayevə “Əməkdar
elm xadimi” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan xalqının
mühüm tarix və mədəniyyət abidələrindən
olan “Kitabi-Dədə Qorqud”
dastanının tədqiqindəki xidmətlərinə
görə Bəhlul Ağabala oğlu Abdullayevə
“Əməkdar elm xadimi” fəxri adı verilsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,
12 aprel 2000-ci il
¹ 317
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2050.