Avropa
Birliyi yanında Azərbaycan Respublikası Nümayəndəliyinin
fəaliyyətinin təşkilatı təminatı
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Avropa Birliyi
yanında Azərbaycan Respublikası Nümayəndəliyinin
fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara
alıram:
1. Avropa Birliyi
yanında Azərbaycan Respublikası Nümayəndəliyinin
ştat vahidlərinin sayı dörd nəfər müəyyən
edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, üç gün müddətində
Nümayəndəliyin strukturunu və ştat cədvəlini
təsdiq etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, on beş gün müddətində
Nümayəndəliyin maddi-texniki təchizatı və maliyyələşdirməsi məsələlərini
həll etsin.
4. Bu Sərəncam
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri, 3 aprel 2000-ci il
¹ 379
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2058-2059.