Azərbaycan
Respublikasının Ali Dövlət Hakimiyyəti və
İdarəetmə Orqanlarını Baş Mühafizə
İdarəsi ilə Qazaxıstan Respublikası Prezidentinin
Mühafizə Xidməti arasında əməkdaşlıq
və qarşılıqlı fəaliyyət haqqında
Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.
Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyəti
və İdarəetmə Orqanlarını Baş
Mühafizə İdarəsi ilə Qazaxıstan Respublikası
Prezidentinin Mühafizə Xidməti arasında
əməkdaşlıq və qarşılıqlı
fəaliyyət haqqında Sazişi imzalamaq səlahiyyəti
Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və
İdarəetmə Orqanlarını Baş Mühafizə
İdarəsinin rəisi Vaqif Əlibala oğlu Axundova verilsin.
2.
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən
Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikası Ali Dövlət Hakimiyyəti və
İdarəetmə Orqanlarını Baş Mühafizə
İdarəsinin rəisi Vaqif Əlibala oğlu Axundova
verilməsi barədə Qazaxıstan tərəfinə
müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 7 aprel 2000-ci il
№
386
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2061.