Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Qazaxıstan tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 7 aprel 2000-ci il
                   № 388

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2062-2063.