Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyi arasında sərhəddən qanunsuz keçirilən qiymətli mədəni sərvətlərin tutulub saxlanılması və qaytarılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikasının Dövlət Gəlirləri Nazirliyi arasında sərhəddən qanunsuz keçirilən qiymətli mədəni sərvətlərin tutulub saxlanılması və qaytarılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə Qazaxıstan tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 7 aprel 2000-ci il
                   № 389

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2063.