Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Qazaxıstan Respublikasının Dövlət Gəlirləri
Nazirliyi arasında qarşılıqlı yardım göstərilməsi
haqqında Memorandumu imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Qazaxıstan Respublikasının Dövlət Gəlirləri
Nazirliyi arasında qarşılıqlı yardım göstərilməsi
haqqında Memorandumu imzalamaq səlahiyyəti Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Kəmaləddin Fəttah oğlu Heydərova verilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Memorandumu imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Kəmaləddin Fəttah oğlu Heydərova verilməsi barədə
Qazaxıstan tərəfinə müvafiq bildiriş göndərsin.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri, 7 aprel 2000-ci il
¹ 390
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2063-2064.