Azərbaycan
Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası
Hökuməti arasında yüksək ixtisaslı elmi və
elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq
haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan
Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası
Hökuməti arasında yüksək ixtisaslı elmi və
elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq
haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan
Respublikasının təhsil naziri Misir Cumayıl
oğlu Mərdanova verilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikasının təhsil naziri Misir Cumayıl
oğlu Mərdanova verilməsi barədə Qazaxıstan tərəfinə
müvafiq bildiriş göndərsin.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
7 aprel 2000-ci il
¹ 391
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2064.