Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi ilə
Qazaxıstan Respublikasının Statistika Agentliyi arasında
statistika sahəsində əməkdaşlıq haqqında
Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.
Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsi ilə Qazaxıstan Respublikasının Statistika
Agentliyi arasında statistika sahəsində
əməkdaşlıq haqqında Sazişi imzalamaq
səlahiyyəti Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin sədri Arif Mikayıl oğlu Vəliyevə verilsin.
2.
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən
Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif
Mikayıl oğlu Vəliyevə verilməsi barədə
Qazaxıstan tərəfinə müvafiq bildiriş
göndərsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 7 aprel 2000-ci il
№
392
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2064-2065.