Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1 . Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qazaxıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilməsi barədə Qazaxıstan tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 7 aprel 2000-ci il
                   № 393

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2065.