Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə
Avstriya Respublikasının Federal Daxili İşlər
Nazirliyi arasında əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi
haqqında Memorandumu imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
ilə Avstriya Respublikasının Federal Daxili İşlər
Nazirliyi arasında əməkdaşlıq
əlaqələrinin inkişaf etdirilməsi
haqqında Memorandumu imzalamaq səlahiyyəti Azərbaycan
Respublikasının daxili işlər naziri Ramil İdris
oğlu Usubova verilsin.
2.
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən
Memorandumu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının
daxili işlər naziri Ramil İdris oğlu Usubova
verilməsi barədə Avstriya Respublikasının Xarici
İşlər Nazirliyinə məlumat versin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 12 aprel 2000-ci il
№
394
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2065-2066.