“Metallurgiya”
Dövlət Şirkətinin “Təkrar qara metal” İstehsalat
Birliyinin özəlləşdirilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikasında qara metal qırıntıları və
tullantılarının toplanması işinin təşkilini yaxşılaşdırmaq, onların emal olunmasının və istifadəsinin səmərəliliyini artırmaq
məqsədi ilə qərara alıram:
1.
"Metallurgiya" Dövlət Şirkətinin "Təkrarqarametal" İstehsalat Birliyi özəlləşdirmək
üçün Azərbaycan Respublikası Dövlət
Əmlak Nazirliyinin sərəncamına verilsin.
2.
Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi
"Təkrarqarametal" İstehsalat
Birliyinin qanunvericiliklə müəyyən olunmuş qaydada
səhmdar cəmiyyətinə çevrilməsini və özəlləşdirilməsini təmin
etsin.
3. "Təkrarqarametal" İstehsalat Birliyinin özəlləşdirilməsində yerli
sərmayəçilərlə yanaşı xarici
sərmayəçilərin də iştirakına icazə
verilsin.
4. Bu
Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 25 aprel 2000-ci il
¹
397
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2067-2068.