“Azərbaycan
alüminiumu” Səhmdar Cəmiyyətinin yaradılması
və idarəetməyə verilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ölkənin
alüminium sənayesi müəssisələrinin
maliyyə-iqtisadi vəziyyətini sağlamlaşdırmaq,
onların inkişafı üçün investisiyaların
və yeni texnologiyanın cəlb olunmasına
əlverişi şərait yaratmaq və
bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq idarə olunmasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. "Sumqayıtəlvanmetal", Gəncə
"Gil-torpaq" istehsalat birliklərinin
və Zəylik alunit mədən idarəsinin bazasında
səhmlərinin 100 faizi ilkin mərhələrdə
dövlətə məxsus olan "Azərbaycan
alüminiumu" ("Azəralüminium")
Səhmdar Cəmiyyəti yaradılsın.
2.
Azərbaycan Respublikasının Dövlət Əmlakı
Nazirliyinə tapşırılsın:
2.1.
Qanunvericiliyə uyğun olaraq "Azəralüminium"
Səhmdar Cəmiyyətinin əlverişli
şərtlərlə idarəetməyə verilməsi
barədə xarici şirkətlərlə
danışıqlar aparsın və müvafiq müqavilə
bağlasın.
2.2.
İdarəetməyə verilmə barədə
müqavilədə aşağıdakı
məsələləri əks etdirsin:
idarəetməyə
götürən tərəfindən "Azəralüminium"
Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan
müəssisələrin fəaliyyətini əsaslı
bərpa etmək və maliyyə vəziyyətini sağlamlaşdırmaq;
müəssisələrin
səmərəliliyini təmin etmək
məqsədilə yaranmış borcları (əmək
haqqı borcları istisna olmaqla) dondurmaq, istifadə olunan
enerjidaşıyıcıları (elektrik enerjisi, təbii
qaz), istehsalata lazım olan xammal, material və
avadanlığın, hazır məhsulların daşınmasında nəqliyyat
xərcləri üzrə güzəştli tariflər
tətbiq etmək.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azəralüminium" Səhmdar
Cəmiyyətinin idarəetməyə verilməsi
barədə müqaviləni Azərbaycan Respublikası
Prezidentinin təsdiqinə təqdim etsin.
4.
"Metallurgiya sənayesində iqtisadi islahatların sürətləndirilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 may tarixli 805
nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərindən "Sumqayıtəlvanmetal",
Gəncə "Gil-torpaq" istehsalat birlikləri və
Zəylik alunit mədən idarəsi" sözləri
çıxarılsın.
4. Bu
Sərəncam dərc olunduğu gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 25 aprel 2000-ci il
¹
398
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2068-2069.