Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
arasında Ərazilərin Bərpası Layihəsinin
təhsil komponentinin maliyyələşdirilməsi
üçün İsveçrə qrantı üzrə
Məktub-Sazişin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2000-ci il
fevral ayının 12-də Bakı şəhərində
Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf
Assosiasiyası arasında imzalanmış Ərazilərin
Bərpası Layihəsinin təhsil komponentinin maliyyələşdirilməsi
üçün İsveçrə qrantı üzrə
Məktub-Saziş təsdiq edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və
Azərbaycan Respublikasının İşğaldan Azad
Olunmuş Ərazilərinin Bərpası və Yenidən
Qurulması üzrə Agentliyinə tapşırılsın
ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Məktub-Sazişin həyata
keçirilməsi ilə əlaqədar lazımi tədbirlər
görsünlər.
3.
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən
Məktub-Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi
barədə Beynəlxalq İnkişaf Assosiasiyasını
xəbərdar etsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 25 aprel 2000-ci il
№
401
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2071-2072.