Rəsul
Rzanın 90 illik yubileyinin keçirilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci ildə müasir Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən
biri, tanınmış ictimai xadim, Sosialist Əməyi
Qəhrəmanı, SSRİ Dövlət mükafatı
laureatı, əməkdar incəsənət xadimi, xalq
şairi Rəsul İbrahim oğlu Rzayevin (Rəsul Rzanın)
anadan olmasının 90 illiyi tamam olur.
Azərbaycan poeziyasını yeni forma və üslub
keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal
obrazlarla zənginləşdirmiş
novator şair Rəsul Rzanın yaradıcılığı
XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.
Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən
nüfuz etmək bacarığı, həyat
hadisələrinə fəlsəfi münasibətlə
seçilən poeziyası ilə yanaşı ədəbi
tənqid və publisistika, dünya poeziyasının ən
gözəl nümunələrinin tərcüməsi
sahələrində də zəngin irs qoymuşdur.
Azərbaycan ədəbiyyatının
inkişafında mühüm rol oynamış Rəsul
Rzanın 90 illik yubileyinin respublikada layiqincə keçirilməsini təmin etmək
məqsədilə qərara alıram:
1. Rəsul Rzanın 90 illik yubileyi tədbirlərinin
hazırlanması və həyata keçirilməsi
üçün aşağıdakı tərkibdə
Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin
sədri:
Elçin Əfəndiyev -
Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsinin
üzvləri:
Rəfael Allahverdiyev -
Bakı şəhər İcra Hakimiyyətinin
başçısı
Fatma Abdullazadə -
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının
Humanitar siyasət şöbəsinin müdiri
Fərəməz Maqsudov -
Azərbaycan Elmlər Akademiyasının prezidenti
Polad Bülbüloğlu -
Azərbaycan Respublikasının mədəniyyət naziri
Misir Mərdanov -
Azərbaycan Respublikasının
təhsil naziri
Nizami Xudiyev -
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin sədri
Şamil Şahməmmədov -
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC)
baş direktoru
Oqtay Mirqasımov -
"Azərkinovideo" İstehsalat
Birliyinin baş direktoru
İsmayıl Vəliyev -
"Azərbaycan Ensiklopediyası"
Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru
Bəkir Nəbiyev -
Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, dil
və incəsənət bölməsinin akademik-katibi
Anar Rzayev -
Azərbaycan Yazıçılar
Birliyinin sədri
Bəxtiyar Vahabzadə -
xalq şairi
Balaş Azəroğlu -
xalq şairi
Fikrət Qoca -
xalq şairi
Qabil İmamverdiyev -
xalq şairi
Vaqif Səmədoğlu -
xalq şairi
Gülrux Əlibəyova -
tədqiqatçı-alim
Rəfael Hüseynov -
tədqiqatçı alim
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Ssərəncamdan irəli gələn
məsələləri həll etsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 29 aprel 2000-ci il
№
403
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2072-2074.