Azərbaycan Respublikasının “Azərenerji” Səhmdar Cəmiyyəti ilə “ABB Alstom Power Ltd.” şirkəti arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Kontraktın, bu Kontraktın maliyyələşdirilməsinə dair “Azərenerji” Səhmdar Cəmiyyəti ilə “Bayerische Landesbank Girozentrale” bankı arasında Maliyyə Sazişinin və bu Maliyyə Sazişi ilə bağlı “Ödəniş üzrə Dövlət Təminatı” sənədinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2000-ci il aprelin 5-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "ABB Alstom Power Ltd." (Baden, İsveçrə) şirkəti arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Kontrakt;

Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "Bayerische Landesbank Girozentrale" bankı arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Maliyyə Sazişi;

Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "Bayerische Landesbank Girozentrale" bankı arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Maliyyə Sazişi ilə bağlı "Ödəniş üzrə Dövlət Təminatı" sənədi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və "Azərenerji" Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlər üzrə götürülmüş öhdəliklərin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə xarici tərəfdaşa müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev


Bakı şəhəri, 30 aprel 2000-ci il
                   ¹ 404

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2074.