Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli, 275 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Əsasnamələri" təsdiq edilsin (əlavə olunur.)

2. "Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının Əsasnaməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 8 oktyabr tarixli 138 nömrəli qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 dekabr tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş "Nümunəvi özəl təsərrüfat müəssisələrinin yaradılması layihəsinin tətbiqi üzrə Mərkəzi işçi orqanı haqqında Əsasnamə" qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

 

Artur RASİ-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

 

Bakı şəhəri, 11 aprel 2000-ci il
                   ¹ 65

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2078.