Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi haqqında

 

Əsasnamə

 

 

I. Ümumİ müddəalar

 

1.1. Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin aparatı (bundan sonra — Agentlik) və onun yerli orqanları (rayon  işçi orqanları və «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nə uyğun yaradılan regional qurumlar) Agentliyin vahid  sistemini təşkil edirlər.

1.2. Agentliyin əsas vəzifəsi kənd təsərrüfatında islahatların aparılmasını və özəl bölmənin inkişafını sürətləndirmək üçün beynəlxalq maliyyə  təşkilatları ilə birlikdə «Təsərrüfatların özəlləşdirilməsi Layihəsi»nin və «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nin  (bundan sonra — layihələr) tabeliyində olan rayon işçi orqanları, regional qurumlar və layihələrin iştirakçısı olan nazirlik, komitə, aidiyyəti  banklar və digər təşkilatlarla birlikdə həyata keçirilməsini təmin etməkdir.

1.3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan  Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər  qanunvericilik və normativ hüquqi aktları, habelə Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət  Komissiyasının (bundan sonra — Dövlət Komissiyası) qərarlarını, beynəlxalq maliyyə təşkilatları ilə bağlanmış kredit sazişlərini və bu  Əsasnaməni rəhbər tutur.

1.4. Agentlik Dövlət Komissiyasının tabeliyindədir.

1.5. Agentlik Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsdir, Azərbaycan Respublikasının Dövlət Gerbinin  təsvirini və özünün adını əks etdirən möhürə malikdir və Bakı şəhərində yerləşir.

1.6. Agentlik Azərbaycan Respublikasının Milli Bankında, Beynəlxalq Səhmdar Kommersiya Bankında və digər aidiyyəti banklarda  hesablaşma və valyuta hesabları aça bilər.

1.7. Agentlik layihələrdə nəzərdə tutulmuş dövlət büdcəsinin və beynəlxalq maliyyə təşkilatlarının kredit vəsaitləri hesabına maliyyələşdirilir.  Bərdə, Lənkəran, Salyan, Ucar, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Şərur rayonlarında yaradılmış rayon işçi orqanlarının və  regional qurumların fəaliyyətinə rəhbərlik edir.

1.8. Agentlik Dövlət Komissiyasının rəhbərliyi altında beynəlxalq və respublika maliyyə təşkilatları, habelə layihələrin iştirakçısı olan  nazirlik, komitə, şirkət, konsern və baş idarələrlə sıx əlaqədə işləyir.

 

II. Agentlİyİn FUNKSİYALARI və hüquqları

 

2.1. Agentlik öz vəzifəsini yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir:

layihələrin tətbiqi ilə əlaqədar görülmüş işlər barədə hər rübün yekununa görə Dövlət Komissiyasına hesabat verir;

rayon işçi orqanlarının və regional qurumların ştat vahidləri və onların vəzifə maaşları barədə təkliflərini Dövlət Komissiyasının  təsdiqinə verir;

növbəti maliyyə ili üçün layihələrin tətbiqi ilə əlaqədar büdcə və iş proqramlarını tərtib edib Dövlət Komissiyasına və Dünya Bankına  göndərilməsini təmin edir;

layihələrin icrasına dair hesabat tələb edir və öz səlahiyyətləri daxilində müvafiq göstərişlər verir;

rayon işçi orqanlarına, regional qurumlara, habelə layihələrdə iştirak edən nazirlik, komitə və digər təşkilatların sifarişi əsasında lazımi  iş şəraitinin yaradılması üçün (tender müsabiqələrinin keçirilməsi vasitəsilə inventar, avadanlıq, nəqliyyat vasitələri və digər məsələlərin  həlli və s.) tədarük işlərini həyata keçirir və bu barədə Dövlət Komissiyasına məlumatlar verir;

layihələr daxilində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar arasında koordinasiya, büdcənin hazırlanmasını, əmək ehtiyatlarının  idarə olunmasını, təlim, texniki köməklik, ödəniş, hesabat, audit, nəzarət, qiymətləndirmə ilə əlaqədar işləri təşkil edir və Dövlət Komissiyası adından onlardan məlumatlar alır;

layihələrin tətbiqi ilə əlaqədar təklif, müraciət və ərizələrə müntəzəm olaraq baxır, onları təhlil edir, lazım gəldikdə, öz səlahiyyətləri  daxilində zəruri təkliflərin həyata keçirilməsini təmin edir.

layihələrin tətbiqinə ona verilən səlahiyyətlər daxilində bağlanmış "Kredit Sazişi"ndən irəli gələn vəzifələri icra edir;

layihə üzrə həyata keçirilən işlərin monitorinqini təşkil edir;

tətbiq olunan layihələr çərçivəsində xaricdən cəlb edilmiş kredit vəsaitlərinin istifadəsi üzrə bütün prosedurlar barədə (audit, tender, malların alqı-satqısı, kontraktlar və s.) ödənişlər həyata keçirilməzdən əvvəl xarici dövlət borcunun idarə edilməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir;

layihələrin tətbiqi ilə əlaqədar malların tədarükü və xidmətlərin göstərilməsi ilə bağlı keçirilən tenderlərdə Azərbaycan Respublikası maliyyə və İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələrinin iştirakını təmin edir.

2.2. Agentliyin hüquqları:

layihələrin həyata keçirilməsi ilə əlaqədar Dövlət Komissiyasına təkliflər verilməsi;

layihələrin yerinə yetirilməsi ilə əlaqədar kənardan ekspert və məsləhətçilərin cəlb edilməsi;

zəruri hallarda Agentliyin və rayon işçi orqanlarının, regional qurumların əsasnamələrinə əlavələr və dəyişikliklər edilməsi barədə  Dövlət Komissiyasına təkliflərin verilməsi.

 

III. Agentlİyİn rəhbərİnİn səlahİyyətlərİ

 

3.1. Agentliyin rəhbəri Dövlət Komissiyası sədrinin təklifinə əsasən Dövlət Komissiyasının qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir.

3.2. Agentliyin rəhbəri:

Agentliyin fəaliyyətinə rəhbərlik edir və onun işini təşkil edir;

onun təqdimatına əsasən Agentliyin rəhbərinin müavininin namizədliyi Dövlət Komissiyasında təsdiq edildikdən sonra vəzifəyə təyin  və vəzifədən azad edir;

Agentliyin və rayon işçi orqanlarının işçilərini müsabiqə əsasında vəzifəyə təyin edir və vəzifədən azad edir;

Agentlik işçiləri arasında iş bölgüsü aparır və onların, eləcə də rəhbərin müavininin görəcəyi iş funksiyalarını müəyyənləşdirir;

Agentliyi üçüncü şəxslərlə münasibətlərdə təmsil edir;

öz səlahiyyətləri daxilində Agentliyin fəaliyyəti ilə əlaqədar əmr və göstərişlər verir;

layihələrin tətbiqi ilə əlaqədar nazirlik, komitə, şirkət və digər baş idarə rəhbərlərinə, rayon (şəhər) icra hakimiyyəti orqanlarına  müraciət edib onlardan lazımi məlumat və köməklik ala bilər;

layihələrin ayrı-ayrı tərkib hissələrinin həyata keçirilməsi üçün layihə iştirakçılarının sifarişləri əsasında Dövlət Komissiyası ilə  razılaşdırılmaqla xüsusi hesablardan vəsait götürmək səlahiyyətinə malikdir;

texniki, maliyyə və hüquq məsləhətlərinin verilməsi, təhlillər aparmaq üçün yüksək ixtisaslı yerli mütəxəssisləri cəlb etməkdən ötrü  layihələrdə göstərilən məqsədlərdə nəzərdə tutulmuş vəsaitlərdən Dövlət Komissiyasının sədri ilə razılaşdırılmaqla istifadə edə bilər.

 

 

 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin

2000-ci il 11 aprel tarixli,  65 nömrəli qərarı ilə

təsdİq edİlmİşdİr.

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2081-2083.