Yaponiya Hökuməti
tərəfindən ayrılmış
qrant hesabına alınacaq texnikanın istifadəsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI
Azərbaycan Respublikası ilə Yaponiya
Hökuməti arasında 1999-cu il 15 mart tarixdə
imzalanmış Notalar mübadiləsinə əsasən
Azərbaycan Respublikasında ərzaq istehsalının artırılmasına kömək
məqsədi ilə Yaponiya Hökumətinin
ayırdığı 376047250 iyen
məbləğində qrant vəsaiti hesabına alınacaq
kənd təsərrüfatı texnika və
avadanlığının istifadəsini təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Yaponiya Hökuməti
tərəfindən 2000-ci il üçün
ayrılmış 376047250 iyen qrant
vəsaiti hesabına alınacaq kənd
təsərrüfatı texnikası və avadanlıq
"Yaponiya Hökuməti tərəfindən
ayrılmış qrant hesabına alınmış
texnikanın istifadəsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli, 70
nömrəli qərarı ilə təsdiq edilmiş
"Yaponiya Hökuməti tərəfindən
ayrılmış qrant hesabına alınmış
texnikanın müqavilə əsasında icarəyə
verilməsi və ya satılması nəticəsində
əldə edilmiş vəsaitin Tərəfdaşlıq
Fonduna yığılması Qaydaları"na
əsasən istifadə edilir.
Qaydalarda nəzərdə tutulmuş Səhmdar
Kommersiya Aqrar-Sənaye Bankının səlahiyyətləri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21
fevral tarixli, 40s nömrəli sərəncamına uyğun
həmin bankın fəaliyyətini tənzimləyən yeni
veriləcək məhdudlaşdırılmış
lisenziya qüvvəyə mindikdən sonra Birləşmiş
Universal Səhmdar Bankı tərəfindən həyata keçiriləcəkdir.
2. Rayon (şəhər) icra hakimiyyəti
orqanlarına tapşırılsın ki, kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan
və onlara xidmət göstərən fiziki və hüquqi
şəxslər tərəfindən Yaponiya Hökumətinin
qrantı hesabına respublikaya gətirilmiş traktor,
taxılyığan kombayn və digər kənd
təsərrüfatı maşınlarının
alınmasında və ya müəyyən olunmuş qaydada
icarəyə götürülməsində,
habelə həmin texnikanın səmərəli istifadə edilməsində onlara lazımi şəraitin
yaradılmasında əməli
köməklik göstərsinlər.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Bakı
şəhəri, 17 aprel 2000-ci il
№
66
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2083-2084.