Kənd
təsərrüfatı ilə məşğul olmaq
üçün məcburi köçkünlərə torpaq
sahələrinin ayrılması Qaydasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məcburi
köçkünlərin və onlara bərabər tutulan
şəxslərin sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 8 iyul tarixli, 149 nömrəli Fərmanının 1-ci
bəndinin 6-cı abzasının icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1.
"Kənd təsərrüfatı ilə məşğul
olmaq üçün məcburi köçkünlərə
torpaq sahələrinin ayrılması Qaydası" təsdiq
edilsin (əlavə olunur).
2. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
Bakı şəhəri, 17 aprel
2000-ci il
№
67
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, № 4. – S.
2084.