Narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların
dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsində iştirak edən, o
cümlədən narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair ümummilli
məlumat bankının təşkili, həmin məlumat
bankına məlumatların göndərilməsi və oradan
məlumatların alınması Qaydasının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Narkotik
vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında"
Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu
il 4 avqust tarixli, 174 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyində narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların
dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsində iştirak edən, o
cümlədən narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair kompüterləşdirilmiş
ümummilli məlumat bankı təşkil edilsin.
2.
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyinə tapşırılsın ki, ümummilli
məlumat bankının təşkili üçün
tələb olunan əməkdaşların sayını bu
nazirliyin təsdiq edilmiş ştat sayı hesabına
müəyyən etsin və onların maliyyələşdirilməsini
2000-ci il üçün təsdiq edilmiş dövlət
büdcəsində nazirliyə ayrılmış vəsait
dairəsində həyata keçirsin.
3.
"Narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların
dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların
qanunsuz dövriyyəsində iştirak edən, o
cümlədən narkomanlıq xəstəliyinə
düçar olan şəxslərə dair ümummilli
məlumat bankına məlumatların göndərilməsi
və oradan məlumatların alınması Qaydası"
təsdiq edilsin (əlavə olunur).[1]
4. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Artur RASİ-ZADƏ
Azərbaycan
Respublikasının Baş naziri
Bakı
şəhəri, 17 aprel 2000-ci il
№
71
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu. – 2000. – 30 aprel, № 4. – S. 2089.