Kənd
təsərrüfatı ilə məşğul olmaq
üçün məcburi köçkünlərə torpaq
sahələrinin ayrılması
QAYDASI
1.
Bu Qayda "Məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş kənd təsərrüfatı ilə məşğul
olmaq üçün məcburi köçkünlərə
torpaq sahələrinin istifadəyə ayrılmasını tənzimləyən
sənəddir.
2.
"Qaçqınların və məcburi
köçkünlərin problemlərinin həlli üzrə"
Dövlət Proqramına uyğun olaraq kənd rayonlarında
məskunlaşmış məcburi köçkünlərə
müvəqqəti istifadə və icarə məqsədi ilə
dövlət və bələdiyyə torpaqları hesabına
qanunvericiliklə müəyyən edilmiş qaydada sahələr
ayrılır.
3. Məcburi
köçkünlərə müvəqqəti istifadəyə
və icarəyə torpaq sahələrinin ayrılması
üçün onlar məskunlaşdıqları
rayon (şəhər) icra hakimiyyətlərinə və ya bələdiyyələrə
ərizə ilə müraciət edirlər. Ərizədə
ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və
istifadə məqsədi göstərilməlidir.
4.
Yerli icra hakimiyyətləri və ya bələdiyyələr
7 gün müddətində həmin ərizəni tələb
edilən sahənin ayrılmasının
mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin
hazırlanması üçün Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri
Dövlət Xidməti) yerli bölməsinə göndərirlər.
5.
Əmlak Məsələləri Dövlət Xidmətinin
yerli bölməsi 10 gün müddətində ərizədə
göstərilmiş torpaq sahəsinə baxış
keçirir və dövlət torpaq kadastrının məlumatları
əsasında tələb edilən sahənin digər
hüquqi və fiziki şəxslərin istifadəsinə verilmədiyi halda həmin torpağın
1:10000 və ya 1:25000 miqyasında xəritəsini
hazırlayır (tələb edilən sahə şəhər
və qəsəbələrin hüdudlarında yerləşdiyi
halda memarlıq xidmətinin rəyini almaqla) və öz rəyi
ilə birlikdə müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə
qaytarır.
6.
Yerli icra hakimiyyətləri və ya bələdiyyələr
10 gün müddətində Əmlak Məsələləri
Dövlət Xidmətinin yerli bölməsindən daxil olan sənədlərə
baxır, kənd təsərrüfatı məhsulları
istehsal etmək üçün məcburi köçkünlərə
müvəqqəti istifadəyə və icarəyə torpaq
sahəsi ayrılması barədə (yerli şəraiti,
torpaq ehtiyatının miqdarını, əhalinin
sıxlığını nəzərə almaqla) müvafiq
qərar qəbul edirlər.
7.
Yerli icra hakimiyyətləri və ya bələdiyyələr
məcburi köçkünlərə müvəqqəti
istifadəyə və ya icarəyə torpaq sahəsi
ayrılması barədə qərarı və ayrılan sahənin
planını (ölçüsünü) hazırlamaq
üçün Əmlak Məsələləri Dövlət
Xidmətinə və Naxçıvan Muxtar
Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Xidmətinə göndərirlər.
8.
Əmlak Məsələləri Dövlət Xidməti və
Naxçıvan Muxtar Respublikasının Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Xidməti bu Qaydanın 7-ci hissəsində qeyd
olunan sənədləri 10 gün müddətində dövlət
büdcəsinin vəsaiti hesabına torpaq sahəsi üzrə
qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin
hazırlanması və məcburi köçkünlərə
təqdim edilməsi üçün Əmlak Məsələləri
Dövlət Xidmətinin müvafiq yerli bölməsinə
göndərir.
Müvəqqəti
məskunlaşmış məcburi köçkünlərə
müvəqqəti istifadəyə və icarəyə bələdiyyələr
tərəfindən onların mülkiyyətində olan
torpaqların ayrılması bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydalarına uyğun həyata keçirilir.
9. Məcburi
köçkünlər torpaq sahələrindən
istifadə edərkən onlara qanunvericilikdə müəyyən
edilmiş qaydada güzəşt və imtiyazlar şamil
edilir.
10.
Məcburi köçkünlərə müvəqqəti
istifadə üçün ayrılmış torpaq sahələrində
əsaslı tikinti işlərinin aparılmasına,
habelə təyinatdan kənar istifadə hallarına yol
verilmir.
11.
Şəhər və rayon mərkəzlərində məskunlaşmış
məcburi köçkünlərə torpaq sahələri
qanunvericiliyə uyğun olaraq müvafiq rayonların ərazisindən
növbəlilik əsasında verilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 17 aprel tarixli, 67 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 30 aprel, ¹ 4. – S. 2084-2085.