Azərbaycan
Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti
arasında elmi adların və təhsil sənədlərinin
qarşılıqlı tanınması və ekvivalentliyi
haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər
Kabineti arasında elmi adların və təhsil sənədlərinin
qarşılıqlı tanınması və ekvivalentliyi
haqqında 2000-ci il martın 16-da Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 919-IQ
Azərbaycan
Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında
elmi adların və təhsil sənədlərinin
qarşılıqlı tanınması və ekvivalentliyi
haqqında
Saziş
Bundan sonra «Tərəflər»
adlandırılan Azərbaycan Respublikası Hökuməti və
Ukrayna Nazirlər Kabineti,
Azərbaycan Respublikası Təhsil
Nazirliyi ilə Ukrayna Təhsil Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında 1997-ci il tarixli Sazişi rəhbər
tutaraq,
təhsil və elm sahəsində
ikitərəfli əməkdaşlığın gələcək
inkişafı və dərinləşdirilməsinə şərait
yaradılmasını arzu edərək;
təhsil sənədləri, elmi dərəcələrin
qarşılıqlı tanınması normalarını
müəyyən etmək məqsədi ilə
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə
1
Bu Saziş Azərbaycan
Respublikası və Ukraynada verilmiş dövlət nümunəli
təhsil və elmi dərəcələr haqqında sənədləri
əhatə edir.
Maddə
2
Azərbaycan Respublikası və
Ukraynada orta ümumtəhsil və texniki-peşə təhsili
haqqında verilən dövlət sənədlərinin
nümunələri qarşılıqlı surətdə
tanınır və növbəti pillədə təhsili
davam etdirərkən ekvivalent sayılır.
Maddə
3
Azərbaycan Respublikasının
texniki-peşə və Ukraynanın texniki-peşə məktəblərini
bitirmək haqqında verilən diplom və attestatlar işə
qəbul edilərkən peşə və ixtisas dərəcəsindən
asılı olaraq onların təhsil müddəti və təhsilin
məzmunu uyğun gəldiyi halda qarşılıqlı surətdə
tanınır və ekvivalent sayılır.
Maddə
4
Ukrayna Tərəfi Azərbaycan
Respublikasında verilmiş diplomları o halda tanıyır
ki, onlar Ukrayna ali təhsil müəssisələrinin
«kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis»
və «magistr» ixtisas dərəcələri haqqında verdiyi
diplomlara təhsil müddəti və təhsilin məzmununa
görə uyğun gələrsə, təhsili davam etdirməyə
və ixtisas dərəcəsinə uyğun olaraq işə
girməyə hüquq verir.
Maddə
5
Azərbaycan Tərəfi Ukrayna
Respublikasında verilmiş diplomları o halda tanıyır
ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin
«kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis»
və «magistr» ixtisas dərəcələri haqqında verdiyi
diplomlara təhsil müddətinə və təhsilin məzmununa
görə uyğun gələrsə, təhsili davam etdirməyə
və ixtisas dərəcəsinə uyğun olaraq işə
girməyə hüquq verir.
Maddə
6
Bu Sazişin ali təhsilə aid olan
müddəaları Azərbaycan Respublikası və Ukraynada
mülkiyyət formasından asılı olmayaraq akkreditə
olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil
müəssisələrini əhatə edir.
Maddə
7
Dosent elmi adı verilməsi
haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və
dosent elmi adı verilməsi haqqında Ukraynada verilmiş
diplomlar qarşılıqlı şəkildə
tanınır.
Maddə
8
Professor elmi adı verilməsi
haqqında Azərbaycan Respublikasında verilmiş diplomlar və
professor elmi adı verilməsi haqqında Ukraynada verilmiş
diplomlar qarşılıqlı şəkildə
tanınır.
Maddə
9
Tərəflər bu Sazişin həyata
keçirilməsi üçün bir-birinə təhsil, elmi
dərəcələr və adlar haqqında dövlət sənədlərinin
nümunələrini, bu sənədlərin tərtibi və
verilməsini tənzimləyən milli normativ aktlarını
təqdim edirlər.
Maddə
10
Tərəflər bu Sazişin həyata
keçirilməsi üçün məsləhətləşmələr
aparır, təhsil sistemində, təhsil sənədlərinin
adında, verilməsində və elmi adlar və dərəcələrin
verilməsi ilə bağlı dəyişikliklər barədə
məlumatlar və lazım olduğu halda rəsmi izahatlar
verirlər.
Maddə
11
Tərəflər bu Saziş qəbul
edildikdən sonra yarana bilən mübahisəli məsələlərin
həlli üçün birgə ekspert komissiyası (bundan
sonra «Birgə komissiya») yaradacaqlar. Tərəflər Birgə
komissiyanın tərkibi haqqında məlumatı bir-birinə
diplomatik kanallar vasitəsi ilə çatdıracaqlar.
Birgə komissiya bu Sazişin əhatə
etdiyi Tərəflərin təhsil müəssisələrinin
mülkiyyət formasından asılı olmayaraq
siyahısını mütəmadi yeniləşdirəcəkdir.
Birgə komissiya zərurət olduqda
işləyəcəkdir. İclasların yeri və tarixi
diplomatik kanallar vasitəsi ilə
razılaşdırılacaqdır.
Maddə
12
Bu Sazişə əlavələr və
dəyişikliklər Tərəflərin
razılığı ilə onun ayrılmaz hissəsi olan
müvafiq Protokollar vasitəsi ilə daxil ediləcəkdir.
Maddə
13
Bu Saziş Tərəflərin zəruri
dövlətdaxili proseduraların yerinə yetirilməsi
haqqında bir-birinə yazılı xəbərdarlıq
etdiyi tarixdən qüvvəyə minir və beş il ərzində
qüvvədə qalır.
Növbəti müddətin bitməsinə
ən azı altı ay qalmış Tərəflər
bir-birinə onun qüvvəsini ləğv etmək niyyəti
haqqında yazılı şəkildə bildirməzsə,
Sazişin qüvvəsi avtomatik olaraq daha beş il müddətinə
uzadılır.
Əgər Sazişin qüvvəsi
ləğv edilərsə, onun müddəaları Sazişin
qüvvəsinin ləğv edilməsinə qədər
verilmiş və əvvəlki müddəalarda adı çəkilmiş
sənədlərə və Sazişin qüvvəsinin ləğv
edilməsinə qədər Azərbaycan Respublikasına və
yaxud Ukraynaya gəlmiş təhsil alanlara münasibətdə
qüvvədə qalacaqdır.
Onların aldıqları təhsil
haqqında sənədlərin ekvivalentliyi bu Sazişin
müddəalarına uyğun olaraq tanınacaqdır.
Bu Saziş Bakı şəhərində
2000-ci il martın 16-da hər
biri Azərbaycan, Ukrayna və rus dillərində
imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə
malikdir.
Bu Sazişin müddəalarının
təfsiri zamanı fikir ayrılığı olarsa rus dilində
olan mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası
Hökuməti Ukrayna Nazirlər Kabineti
adından
adından
(imza)
(imza)
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3868-3870.