Azərbaycan
Respublikasının Milli Bankı ilə Ukraynanın Milli
Bankı arasında hesablaşmaların təşkili
haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1.
Azərbaycan Respublikasının Milli Bankı ilə
Ukraynanın Milli Bankı arasında hesablaşmaların təşkili
haqqında 2000-ci il martın 16-da Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 920-IQ
Azərbaycan
Respublikasının Milli Bankı ilə Ukraynanın Milli
Bankı arasında hesablaşmaların təşkili
haqqında
Saziş
«Tərəflər»
adlandırılan Azərbaycan Respublikasının Milli
Bankı (bundan sonra — Azərbaycan Respublikası Bankı) və
Ukraynanın Milli Bankı (bundan sonra — Ukrayna Bankı)
aşağıdakılar barədə razılığa gəlmişlər:
Maddə
1
1. Azərbaycan
Respublikasının və Ukraynanın təsərrüfat
subyektləri (hüquqi və fiziki şəxsləri)
arasında bağlanmış müqavilələr (kontraktlar)
üzrə onların arasında əmtəə (işlər,
xidmətlər, intellektual mülkiyyət hüquqları)
hesablaşmaları və ödənişləri Azərbaycan
Respublikasının və Ukraynanın milli valyutalarında,
habelə Azərbaycan Respublikasının və Ukraynanın
qanunvericilik və digər normativ hüquqi aktlarına
uyğun olaraq üçüncü ölkələrin
valyutalarında həyata keçirilir.
2. Xarici
iqtisadi fəaliyyət həyata keçirilərkən ödəniş
valyutası və hesablaşmaların forması Azərbaycan
Respublikasının və Ukraynanın təsərrüfat
subyektləri tərəfindən müstəqil surətdə,
onların arasında bağlanan müqavilələrdə
(kontraktlarda), iki dövlətin ərazisində qüvvədə
olan qanunlar və qaydalar çərçivəsində
müəyyən edilir.
Maddə
2
1. 1-ci maddədə
göstərilən hesablaşmalar və ödənişlər
Azərbaycan Respublikasının və Ukraynanın müvəkkil
banklarının qarşılıqlı razılaşma
üzrə onların bir-birlərində açdıqları
müxbir hesabları vasitəsilə aparılır. Müvəkkil
banklar vasitəsilə həyata keçirilən
hesablaşmalar üzrə qarşılıqlı ödəniş
öhdəliklərinin və tələblərinin yerinə
yetirilməsi üçün məsuliyyət tamamilə
xarici iqtisadi fəaliyyət subyektlərinin üzərinə
düşür.
2.
Ukraynanın müvəkkil bankları valyuta qiymətliləri
ilə əməliyyatlar aparmaq üçün Ukrayna
Bankının lisenziyasını almış kommersiya
banklarıdır.
3. Azərbaycan
Respublikasının müvəkkil bankları xarici valyutada
bank əməliyyatları aparmaq üçün Azərbaycan
Respublikası Bankının lisenziyasını almış
kommersiya banklarıdır.
4. Azərbaycan
Respublikasının və Ukraynanın müvəkkil
banklarında Azərbaycan Respublikasının və
Ukraynanın milli valyutalarında, habelə
üçüncü ölkələrin valyutalarında
müxbir bankların hesablarının açılması və
fəaliyyəti qaydaları Azərbaycan Respublikasının və
Ukraynanın qanunvericilik və digər normativ hüquqi
aktları ilə nizama salınır.
5. Hökumətlərarası
sazişlər üzrə hesablaşmalar bu sazişlərdə
nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə
3
1. Azərbaycan
Respublikası Bankında Ukrayna Bankının (Azərbaycan
manatı ilə) və Ukrayna Bankında Azərbaycan
Respublikası Bankının (qrivna ilə)
açdıqları müxbir hesablarının
aparılması qaydaları və rejimi Azərbaycan
Respublikası tərəfindən milli valyutanın tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikasının Milli
Bankı ilə Ukraynanın Milli Bankı arasında
banklararası hesablaşmaların təşkili haqqında
1994-cü il 18 mart tarixli Sazişə uyğun olaraq Tərəflər
arasında bağlanmış ayrıca Müqavilə ilə
nizama salınır.
2. Tərəflər
razılığa gəlmişlər ki, onların bir-birlərində
açdıqları müxbir hesabları vasitəsi ilə
yalnız dövlətlərin mərkəzi banklarının
funksiyalarından irəli gələn əməliyyatlar həyata
keçirilsin.
Maddə
4
1. Azərbaycan
Respublikasının müvəkkil bankları və
Ukraynanın müvəkkil bankları müxbir münasibətləri
haqqında onların arasında bağlanmış müqavilələr
əsasında bir-birlərində, yaxud birtərəfli qaydada
hesablar açırlar. Müqavilələrdə ödənişlərin
və hesablaşmaların həyata keçirilməsinin
texniki qaydaları və şərtləri müəyyən
edilir.
2. Müxbir
münasibətləri haqqında bağlanmış
müqavilələr çərçivəsində Azərbaycan
Respublikasının və Ukraynanın müvəkkil
bankları qəbul olunmuş beynəlxalq bank təcrübəsinə
və Tərəflərin dövlətlərindən hər
birinin qanunvericilik və digər normativ hüquqi aktlarına
uyğun olaraq, Azərbaycan Respublikasının və
Ukraynanın milli valyutalarının qarşılıqlı
surətdə alınmasını və satılmasını,
Tərəflərin milli valyutalarında və
üçüncü ölkələrin valyutalarında
depozit əməliyyatlarını və kreditləşdirməni
həyata keçirə bilərlər.
3. Tərəflərin
dövlətlərinin müvafiq müvəkkil
banklarının müxbir hesablarında Azərbaycan Respublikasının
və Ukraynanın milli valyutaları ilə olan vəsaitdən
Tərəflərin dövlətlərindən hər birinin
qanunvericilik və digər normativ hüquqi aktlarına
uyğun olaraq cari əməliyyatlar üzrə ödənişləri
həyata keçirmək üçün istər Azərbaycan
Respublikasının və Ukraynanın hüquqi və fiziki
şəxslərinin xeyrinə, istərsə də
üçüncü ölkələrin hüquqi və
fiziki şəxslərinin xeyrinə istifadə edilə bilər.
4. Tərəflər
müvəkkil bankların meydana çıxan öhdəliklərinin
tənzimlənməsi üzrə məsuliyyət
daşımırlar və müvəkkil banklar vasitəsi ilə
həyata keçirilən ödənişlər,
hesablaşmalar və əməliyyatlar üzrə saldo
tarazlığını təmin etmirlər.
Maddə
5
1. Azərbaycan
Respublikasının və Ukraynanın xarici iqtisadi fəaliyyət
subyektləri Azərbaycan Respublikasının və
Ukraynanın milli valyutasında olan pul vəsaiti ilə
onların daxili valyuta bazarlarında Tərəflərin
dövlətlərinin qanunvericilik və digər normativ
hüquqi aktları ilə müəyyən olunmuş qaydada əməliyyatlar
apara bilərlər.
2. Azərbaycan
Respublikası qanunvericiliyində başqa hal nəzərdə
tutulmadıqda, Ukraynanın müvəkkil bankları Azərbaycan
Respublikasının daxili valyuta bazarında Azərbaycan
Respublikasının müvəkkil bankları vasitəsi ilə
əməliyyatlar aparırlar.
3.
Ukraynanın qanunvericiliyində başqa hal nəzərdə
tutulmadıqda, Azərbaycan Respublikasının müvəkkil
bankları Ukraynanın daxili valyuta bazarında Ukraynanın
müvəkkil bankları vasitəsi ilə əməliyyatlar
aparırlar.
Maddə
6
1.
Ukraynanın kommersiya banklarında Azərbaycan
Respublikasının hüquqi şəxsləri (qeyri-bank idarələri)
üçün hesabların açılması və
aparılması Azərbaycan Respublikası Bankının
müvafiq icazəsi olduqda Ukraynanın qanunvericilik və digər
normativ hüquqi aktlarına müvafiq surətdə həyata
keçirilir.
2. Azərbaycan
Respublikasının kommersiya banklarında Ukraynanın
hüquqi şəxsləri (qeyri-bank idarələri)
üçün hesabların açılması və
aparılması xarici bankda hesab açılması və
ondan istifadə edilməsi üçün Ukrayna
Bankının fərdi lisenziyası olduqda Azərbaycan
Respublikasının qanunvericilik və digər normativ
hüquqi aktlarına müvafiq surətdə həyata
keçirilir.
Maddə
7
1.
Ukraynanın kommersiya banklarında Azərbaycan
Respublikasının fiziki şəxsləri — rezidentləri
üçün Ukraynanın milli valyutasında və (yaxud)
xarici valyutada hesabların açılması və
aparılması Ukraynanın qanunvericilik və digər normativ
hüquqi aktlarına müvafiq surətdə həyata
keçirilir.
2. Azərbaycan
Respublikasının kommersiya banklarında Ukraynanın fiziki
şəxsləri — rezidentləri üçün Azərbaycan
Respublikasının milli valyutasında və (yaxud) xarici
valyutada hesabların açılması və
aparılması Azərbaycan Respublikasının qanunvericilik və
digər normativ hüquqi aktlarına müvafiq surətdə həyata
keçirilir.
Maddə
8
1. Bir Tərəfin
dövlətinin milli valyutasının digər Tərəfin
dövlətinin milli valyutası ilə
alınıb-satılması üzrə Azərbaycan
Respublikasının və Ukraynanın müvəkkil
banklarının əməliyyatları tələb və təklifi
nəzərə almaqla hər əqd üzrə
razılaşdırılmış alqı-satqı məzənnəsi
üzrə Tərəflərin dövlətlərindən hər
birinin valyuta bazarlarında qüvvədə olan xarici valyuta
ticarəti qaydaları və şərtləri əsasında
həyata keçirilir.
2. Tərəflərdən
hər biri milli pul vahidinin rəsmi məzənnəsinin
müəyyənləşdirilməsi qaydalarını
müstəqil surətdə müəyyən edir.
3. Tərəflər
milli valyutaların rəsmən müəyyən etdikləri
məzənnələri barədə informasiyanı, habelə
onların mərkəzi bankların funksiyalarını yerinə
yetirməsi barədə digər informasiyanı daimi zəmində
mübadilə edirlər.
Maddə
9
Tərəflərin
dövlətlərinin ərazilərində Azərbaycan
Respublikasının və Ukraynanın milli valyutalarında
nağd pul vəsaitinin gətirilməsi və
aparılması qaydaları Tərəflərin dövlətlərindən
hər birinin valyuta qanunvericiliyi və müvafiq normativ
hüquqi aktları ilə tənzimlənir.
Maddə
10
1. Qeyri-ticarət
ödənişləri haqqında hökumətlərarası
sazişlərdə başqa hal nəzərdə
tutulmadıqda, qeyri-ticarət əməliyyatları üzrə
ödənişlər sərbəst dönərli valyuta ilə
həyata keçirilir.
2. Qeyri-ticarət
əməliyyatları üzrə ödənişlər Tərəflərin
dövlətlərindən hər birinin ərazisində
qüvvədə olan qanunvericilik və digər normativ
hüquqi aktlarla müəyyən olunmuş qaydada müvəkkil
bankların müxbir hesabları vasitəsilə həyata
keçirilir.
Maddə
11
Tərəflər
öz fəaliyyətlərinə dair məsələlər
üzrə bu Sazişin məzmunu barədə öz dövlətlərinin
banklarına məlumat verirlər.
Maddə
12
1. Bu
Sazişin qüvvəyə minməsi ilə əlaqədar
olaraq, Azərbaycan Respublikasının milli valyutasının
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının Milli Bankı ilə Ukraynanın Milli Bankı
arasında banklararası hesablaşmaların təşkili
haqqında 1994-cü il 18 mart tarixli Saziş qüvvəsini
itirir.
2. Bu
Sazişin təfsirinə və tətbiqinə aid
bütün mübahisələr və fikir
ayrılıqları Tərəflər arasında
danışıqlar yolu ilə həll ediləcəkdir.
3. Tərəflərin
danışıqlar yolu ilə razılığa gələ
bilmədikləri mübahisələrə, əlavə
sazişə uyğun olaraq, beynəlxalq arbitraj məhkəməsində
baxılacaqdır.
Maddə
13
1. Bu
Saziş onun qüvvəyə minməsi üçün zəruri
olan müvafiq dövlətdaxili qaydaları Tərəflərin
yerinə yetirdiklərini təsdiq edən yazılı
bildirişin alındığı gündən qüvvəyə
minir.
2. Saziş Tərəflərdən
birinin bu Sazişin qüvvəsinə xitam vermək istədiyi
barədə yazılı bildirişi günündən
üç ay sonra qüvvəsini itirmiş hesab edilir.
3. Tərəflərin
qarşılıqlı razılığına əsasən
bu Sazişin müddəalarına əlavələr və dəyişikliklər
edilə bilər. Bu Sazişdə dəyişikliklər və
əlavələr yazılı surətdə rəsmiləşdirilir
və Sazişin ayrılmaz tərkib hissəsidir. Dəyişikliklər
və əlavələr bu maddədə nəzərdə
tutulmuş qaydada müvafiq surətdə qüvvəyə
minir.
Bu Saziş
Bakı şəhərində
2000-ci il martın 16-da
tarixində hər biri iki nüsxədə olmaqla Azərbaycan,
ukrayna və rus dillərində imzalanmışdır.
Bütün mətnlər eyni qüvvəyə malikdir. Bu
Sazişin müddəalarının təfsiri məqsədləri
üçün rus dilində olan mətn üstün qüvvəyə
malikdir.
Azərbaycan
Respublikasının
Ukraynanın
Milli Bankı adından
Milli Bankı adından
(imza)
(imza)
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3871-3875.