Azərbaycan
Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti
arasında hərbi qulluqçuların və onların ailə
üzvlərinin pensiya təminatı və hərbi
qulluqçuların dövlət məcburi şəxsi
sığortası haqqında Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası
Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hərbi
qulluqçuların və onların ailə üzvlərinin
pensiya təminatı və hərbi qulluqçuların
dövlət məcburi şəxsi sığortası
haqqında 2000-ci il martın 16-da Bakı şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 18 iyul
2000-ci il
¹ 921-IQ
Azәrbaycan
Respublikası Hökumәti və Ukrayna Nazirlәr Kabineti
arasında hərbi qulluqçuların və onların
ailә üzvlәrinin pensiya tәminatı və hərbi
qulluqçuların dövlәt mәcburi şәxsi
sığortası haqqında
Saziş
Azәrbaycan
Respublikası Hökumәti və Ukrayna Nazirlәr Kabineti
(bundan sonra -"Tәrәflәr"), Azәrbaycan
Respublikası və Ukrayna arasında 9 dekabrl992-ci il
tarixindә imzalanmış dostluq və
әmәkdaşlıq haqqında Müqavilәyә
uyğun olaraq, hərbi qulluqçuların və onların
ailә üzvlәrinin pensiya tәminatının və hərbi
qulluqçuların Dövlәt mәcburi şәxsi
sığortasının zәmanәti üzrә
razılaşdırılmış tәdbirlәrin
görülmәsinin zәruriliyini nәzәrә
alaraq, aşağıdakılar haqqında
razılaşdılar:
Maddә
1
Tәrәflәrin
dövlәtlәrinin Silahlı Qüvvәlәrinin,
onların qüvvәdә olan qanunvericiliyi ilә
müәyyәn olunmuş qaydada yaradılmış
digәr hərbi birləşmələrinin, Müstәqil
Dövlətlər Birliyinin Silahlı Qüvvәlәrinin,
keçmiş SSRİ-nin Silahlı Qüvvәlәrinin və
digәr hərbi birlәşmәlәrinin hərbi
qulluqçularının pensiya tәminatı,
hәmçinin bu hərbi qulluqçuların ailə
üzvlәrinin pensiya tәminatı göstərilən hərbi
qulluqçuların və onların ailә üzvlәrinin
әrazisindә daimi yaşadıqları dövlәtin
qanunvericiliyi ilә müәyyәn edilmiş
şәrtlәrә, normalara və qaydalara müvafiq
olaraq hәyata keçirilir.
1-ci
abzasda göstәrilәn şәxslәrin
dövlәt mәcburi şәxsi sığortası
onları sığorta edən Tәrifin qanunvericiliyi ilә
müәyyәn edilmiş şәrtlәrә,
normalara və qaydalara müvafiq olaraq hәyata keçirilir.
Maddә
2
Herbi
qulluqçulara pensiyanın təyin olunması
üçün xidmәt illәri, bu Sazişin 1-ci
maddәsindә göstәrilәn Silahlı
Qüvvәlәrdә və digәr hərbi
birlәşmәlәrdәki xidmәti (o
cümlәdәn imtiyazlı şәrtlәrlә)
Tәrәflәrin dövlәtlәrinin
qüvvәdә olan qanunvericiliyi ilә müəyyən
edilmiş qaydada hesablanır.
Herbi
qulluqçulara və onların ailə üzvlәrinә
pensiyanın teyin edilmәsi üçün pul
tәminatının miqdarı (әmәk haqqı)
göstәrilәn hərbi qulluqçuların
әrazisindә daimi yaşadıqları dövlәtin
qüvvәdә olan qanunvericiliyi ilә müəyyən
edilmiş qaydada teyin edilir.
Maddә
3
Bu
Sazişin 1-ci maddәsindә göstәrilәn
şәxslәrin pensiya tәminatına olan
xәrclәr, habelә әrazisindә daimi
yaşadıqdan, bu Sazişdәki Tәrәflәrin
dövlәtlәrinin qüvvәdә olan qanunvericiliyi
ilә nәzәrdә tutulmuş imtiyazların onlara
verilməsi, Tərəflər arasında
qarşılıqlı hesablaşmalar aparılmadan,
onların bu tədbirlərin maliyyələşdirilməsi
üçün nəzərdə tutulan öz vəsaitləri
hesabına həyata keçirilir.
Bu
Sazişin 1-ci maddəsində göstərilən
şәxslәrin dövlət məcburi şәxsi
sığortası üçün olan xərclər
onları sığorta edən Tәrәfin hesabına
hәyata keçirilir.
Maddə
4
Tərəflər
bir-birinə dövlətlərində qüvvәdә olan
hərbi qulluqçuların və onların ailә üzvlərinin
pensiya təminatı və hərbi qulluqçuların
dövlət məcburi şəxsi sığortası
haqqında qanunvericilik aktları əsasında qəbul
edilmiş normativ Sənədlər barədə, qüvvədə
olan qanunvericiliyə edilmiş dəyişikliklər
haqqında məlumat verməyi, həmçinin pensiya
tәminatı və dövlәt məcburi şəxsi
sığorta mәsәlәlәrinin vaxtında və
düzgün həll olunması üçün
әhәmiyyәt kəsb edən halların dəqiqləşdirilməsi
üzrә daimi әmәkdaşlığı həyata keçirmәyi
öhdələrinə götürürlər.
Maddә
5
Bu
Sazişin ayrı-ayrı maddələrinin və müddəalarının
təfsiri və tәtbiqindә fikir ayrılığı
yaranarsa, Tәrәflәr onları öz
sәlahiyyәtli nümayəndələri arasında məsləhətləşmələr
və danışıqlar yolu ilə həll edirlər.
Bu
Sazişә hәr iki Tərəfin yazılı
razılığı əsasında dəyişikliklər və
әlavәlәr edilə bilər.
Maddə
6
Bu
Saziş qeyri-müəyyən müddətə
bağlanır və onun qüvvəyə minməsi
üçün Tərəflərin zəruri olan
bütün dövlәtdaxili qaydaların yerinә
yetirilmәsi haqqında axırıncı yazılı
bildirişi aldığı tarixdən qüvvәyә
minir.
Maddə
7
Tərəflərdən
hər biri bu Sazişin qüvvәsini ləğv edə bilər,
bu halda Tərəflərdən biri digәr Tərəfə
Sazişin qüvvədən düşməsi
üçün nəzərdə tutulan müddətə ən
azı 3 ay qalmış yazılı xəbərdarlıq etməlidir.
Bu halda hərbi qulluqçulardan və onların ailə
üzvlәrindәn olan pensiyaçılara bu Sazişə
müvafiq olaraq verilmiş bütün hüquqlar onun qüvvədən
düşməsindən sonra da saxlanılır.
Bakı
şәhәrindә 2000-ci il martın 16-da hər biri Azərbaycan,
Ukrayna və rus dillərində olmaqla iki nüsxədə
imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə
malikdir. Bu Sazişin müddəalarının təfsirində
fikir ayrılığı olarsa, rus dilində olan mətn əsas
götürülür.
Azәrbaycan
Respublikası Hökumәti Ukrayna Nazirlәr
Kabineti
adından
adından
(imza) (imza)
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3875-3877.