«İzmir
Müqaviləsi»nin təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
1996-cı il sentyabrın 14-də İzmir şəhərində
imzalanmış «İzmir Müqaviləsi» təsdiq edilsin.
II. Bu
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 922-IQ
İzmir
Müqaviləsi
Əfqanıstan İslam Dövlətinin,
Azərbaycan Respublikasının, İran İslam
Respublikasının, Qazaxıstan Respublikasının,
Qırğızıstan Respublikasının, Pakistan İslam
Respublikasının, Tacikistan Respublikasının, Türkiyə
Respublikasının, Türkmənistan və Özbəkistan
Respublikasının Hökumətləri:
12 mart 1977-ci ildə İzmirdə
(Türkiyə) ilkin olaraq İran, Pakistan və Türkiyə
tərəfindən imzalanmış, 1990 və 1992-ci illərdə
İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) əsas Nizamnaməsi olaraq dəyişiklik
edilmiş İzmir Müqaviləsini nəzərə alaraq;
ölkələrinin xalqları
arasındakı dərin köklü tarixi və mədəni
əlaqələri dərk edərək;
sülhün və sabitliyin iqtisadi əməkdaşlıq
üçün zəruri şərtlərdən biri
olduğunu etiraf edərək;
məqsəd və prinsipləri
bütün xalqlar arasında səmərəli əməkdaşlığın
əsaslarını təmin etməyə yönəlmiş
Birləşmiş Millətlərin Nizamnaməsinə
bağlılıqlarını nümayiş etdirərək;
İƏT Üzv Dövlətlərinin
iqtisadi və sosial təkamülünü təmin etmək qətiyyəti
ilə;
İqtisadi Əməkdaşlıq Təşkilatını
onun yüksəlmiş rolu ilə eyni uyğunluğa gətirmək
əzmi ilə;
ölkənin ümumi
ehtiyaclarını nəzərə alaraq və İƏT
Üzv Dövlətlərinə təsir edən qlobal iqtisadi
dəyişikliklər baxımından regional iqtisadi əməkdaşlığı
davam etdirməyə yönəlmiş məramlarını
yenidən təsdiq edərək;
İzmir Müqaviləsinin müddəalarını
İqtisadi Əməkdaşlıq Təşkilatının
Nizamnaməsi olaraq yenidən nəzərdən keçirmək
qərarına gəlmişdir və bu məqsədlə
müvafiq qaydada səlahiyyətləndirilmiş və
aşağıdakı maddələr üzrə
razılaşmış səlahiyyətli şəxslərini
təyin etmişdir:
Maddə
1
Anlayışlar
Bu Müqavilədə, əgər məzmun
üzrə digər şəkildə müəyyən
olunmamışdırsa:
a) «Təşkilat», «İƏT» kimi
də istinad olunması mümkün olan İqtisadi Əməkdaşlıq
Təşkilatını bildirir.
b) «Üzv Dövlətlər»
İqtisadi Əməkdaşlıq Təşkilatının
Üzv Dövlətlərini bildirir.
c) «Müşahidəçilər»
İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən
Müşahidəçi statusu verilmiş dövlətləri/təşkilatları
bildirir.
d) «Dialoq Tərəfdaşları»
razılaşmış ümumi maraq sahələrində
İƏT ilə məsləhətçi əlaqələri
olan dövlətləri/təşkilatları bildirir.
e) «İƏT regionu» İƏT Üzv Dövlətlərinin
ərazisini bildirir.
f) «Müqavilə» İzmir
Müqaviləsini bildirir.
g) «Zirvə Görüşü»
İƏT Üzv Dövlətlərinin Dövlət/Hökumət
başçılarının Zirvə
Görüşünü bildirir.
h) «Nazirlər Şurası»
İqtisadi Əməkdaşlıq Təşkilatının
Nazirlər Şurasını bildirir.
i) «Daimi Nümayəndələr
Şurası» İqtisadi Əməkdaşlıq Təşkilatının
Daimi Nümayəndələr Şurasını bildirir.
j) «Regional Planlaşdırma
Şurası» İqtisadi Əməkdaşlıq Təşkilatının
Regional Planlaşdırma Şurasını bildirir.
k) İxtisaslaşmış müəssisələr,
İƏT Katibliyi ilə əlaqəli şəkildə
Üzv Dövlətlər arasında sosial, mədəni,
texniki və elmi sahələrdə sıx əməkdaşlığa
təkan vermək məqsədi güdən fəaliyyət
daxilində hüquq qabiliyyəti və muxtariyyətə malik
olaraq üzv dövlətlərin qərarı ilə
yaradılmış İƏT orqanlarını bildirir.
l) «Regional təsisatlar» dedikdə
region daxilində maliyyə və kommersiya xidmətləri və
sərmayə qoyuluşu vasitəsilə İƏT regionunun
iqtisadi inkişafına təkan vermək məqsədi ilə
yaradılmış özü tərəfindən maliyyələşdirilən
büdcəyə, hüquq qabiliyyətinə və muxtariyyətə
malik İƏT iqtisadi, maliyyə və kommersiya orqanları
başa düşülür.
m) «Katiblik» və ya «Qərargah»
Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının
Katibliyini bildirir.
n) «Baş katib» İqtisadi Əməkdaşlıq
Təşkilatının Baş katibini bildirir.
o) «Qəbul edən ölkə/hökumət»
İran İslam Respublikasının Hökumətini/ölkəsini
bildirir.
Maddə
2
Məqsədlər
Təşkilatın məqsədləri
aşağıdakılardan ibarət olacaqdır:
a) Davamlı iqtisadi inkişafa təkan
vermək və bu əsasda Üzv Dövlətlərdə
yaşayış səviyyəsini və keyfiyyətini regionun
iqtisadi və sosial imkanlarını səfərbər etmək
yolu ilə qaldırmaq.
b) Digər regionların təcrübəsini
və qlobal iqtisadi tendensiyaları nəzərə alaraq,
İƏT regionunda ticarət maneələrini aradan
qaldırmaq və region daxilində və regionlararası ticarətin
inkişafı üçün tədbirlər həyata
keçirmək.
c) Dünya ticarətinin
inkişafı və inkişaf etməkdə olan ölkələr,
xüsusilə də Üzv Dövlətlər
üçün qeyri-əlverişli şərtlərə
malik ticarətlə nəticələnən ədalətsiz
ticarət siyasətinin aradan qaldırılmasından
ötrü İƏT regionunun böyük rolu və dəstəyini
mühafizə etmək məqsədilə yüksək səviyyədə
iqtisadi əməkdaşlığı, Üzv Dövlətlərin
başlıca məramlarına uyğun olaraq, davam etdirmək.
d) Üzv Dövlətlərin
qloballaşma prosesində tam iştirakına zəmanət
vermək üçün onların iqtisadiyyatının
dünya iqtisadiyyatına tədricən və maneəsiz
inteqrasiyasını təmin etmək.
e) İqtisadi, sosial, mədəni,
elmi və texniki sahələrdə fəal regional əməkdaşlıq
etmək və qarşılıqlı yardım göstərmək.
f) Üzv Dövlətləri bir-biri
ilə və digər ölkələrlə bağlayan nəqliyyat
və əlaqə infrastrukturlarının
inkişafını sürətləndirmək.
g) Birgə müəssisələr
və sərmayələr vasitəsi ilə regional iqtisadi
inkişafda özəl sektorun geniş inkişafına yönələn
iqtisadi liberallaşdırmanı və özəlləşdirməni
xüsusi olaraq nəzərdə tutaraq, dövlət və
özəl sektorun fəaliyyətinin inteqrasiyasını təmin
etmək.
h) İƏT regionunda insan
ehtiyatlarının inkişaf etdirilməsi üçün
birgə proqramlar hazırlamaq.
i) İƏT regionunun təbii
ehtiyatlarının, xüsusilə enerji ehtiyatlarının səfərbər
edilməsini və faydalı şəkildə istifadə olunmasını
intensivləşdirmək.
j) İƏT regionunun kənd təsərrüfatı
və sənaye imkanlarının effektiv istifadə
olunmasına yönəldilən cəhdləri artırmaq.
k) Narkotik maddələrdən
sui-istifadə edilməsinin qarşısının
alınmasında regional əməkdaşlığı
inkişaf etdirmək.
l) Region daxilində ekologiya və ətraf
mühitin qorunması sahələrində əməkdaşlığı
irəliyə aparmaq.
m) İƏT və digər regional və
beynəlxalq təşkilatlar, o cümlədən maliyyə
institutları arasında qarşılıqlı faydalı əlaqələrə
və əməkdaşlığa təkan vermək.
n) İƏT regionunun xalqları
arasında tarixi və mədəni əlaqələri, o
cümlədən turizm sahəsində mübadilələri
getdikcə daha da gücləndirmək.
Maddə
3
Əməkdaşlıq
prinsipləri
İzmir Müqaviləsi çərçivəsində
regional əməkdaşlıq aşağıdakı prinsiplərə
və siyasətə əsaslanacaq:
a) Qarşılıqlı faydalanmaya
əsaslanan və ikitərəfli və beynəlxalq öhdəliklərə
zərər vurmadan bu Saziş üzrə öz üzərlərinə
götürdükləri öhdəlikləri vicdanla yerinə
yetirməli olan Üzv Dövlətlərin suveren bərabərliyi.
b) Mümkün olan dərəcədə
İƏT-in təcili və uzunmüddətli məqsədlərini
milli iqtisadi inkişaf ilə əlaqələndirmək.
c) Üzv Dövlətlərin xammal
və hazır məhsulları üçün İƏT
regionundan kənarda olan bazarlara daha azad çıxış əldə
etmək məqsədi ilə birgə cəhdlər.
d) Çoxtərəfli maliyyə təsisatları
da daxil olmaqla, digər regional və beynəlxalq təşkilatlar
ilə İƏT təsisatlarının, sazişlərinin və
birgə razılaşmalarının effektli istifadəsi.
e) Regional və qlobal təşkilatlarda
öz iştiraklarını gücləndirmək
üçün uyğunlaşdırılmış
yanaşmanı inkişaf etdirmək məqsədi ilə
Üzv Dövlətlər tərəfindən ümumi səylər.
f) İƏT çərçivəsində
mövcud olan imkanları və ehtiyatları, o cümlədən
digər regional və beynəlxalq təsisatlarla birgə
hazırlanmış saziş və razılıqlara
münasibətdə Üzv Dövlətlərin iqtisadi
inkişaf səviyyələrindəki fərqləri nəzərə
alaraq, real və mərhələli yanaşmaya əsaslanan
strategiyaya müvafiq olaraq Üzv Dövlətlər
arasında əməkdaşlıq.
g) Təhsil, elm, texniki və mədəni
sahələrdə mübadilələr.
Maddə
4
Dövlət/Hökumət
başçılarının görüşü
Üzv Dövlətlərin Dövlət/Hökumət
başçıları iki ildə bir dəfə və ya
Üzv Dövlətlər tərəfindən zəruri
sayılarsa, daha tez-tez görüşürlər. Zirvə
görüşləri İƏT proqramları və layihələrinin
həyata keçirilməsindəki irəliləyişləri
və məqsədi ilə bağlı olan şərtləri
nəzərdən keçirməli, həmçinin
İƏT regionu üçün ümumi maraq kəsb edən
regional və qlobal məsələlər ətrafında fikir
mübadiləsi üçün yüksək səviyyəli
forum rolunu yerinə yetirməlidir.
Maddə
5
İƏT-in
təşkilati strukturu
İƏT-in əsas orqanları
Nazirlər Şurası, Daimi Nümayəndələr
Şurası, Regional Planlaşdırma Şurası, Katiblik və
xüsusi əməkdaşlıq sahələrində
Xüsusiləşmiş Müəssisələrdir. Həmçinin
Nazirlər Şurasının qərarına əsasən
regional təsisatlar və xüsusi komitələr yaradıla
bilər.
Maddə
6
Nazirlər
Şurası
Nazirlər Şurası
İƏT-in baş siyasət və qərar qəbuledici
orqanıdır. Nazirlər Şurası Üzv Dövlətlərin
xarici işlər nazirlərindən və ya hökumətlər
tərəfindən namizədliyi irəli sürülən
nazir səviyyəli hər hansı digər nümayəndələrdən
ibarət olacaqdır və Üzv Dövlətlərin ərazisində
rotasiya qaydasında ən azı ildə bir dəfə
toplaşacaqdır. Şuranın fövqəladə
iclasları ya üzv dövlətlərin ərazilərində,
ya da Üzv Dövlətlər arasında
qarşılıqlı razılaşma əsasında hər
hansı bir digər yerdə keçirilə bilər.
Lazım hesab olunduqda, Nazirlər Şurası sektoral və
birgə nazir iclasları vasitəsi ilə müvafiq sahələr
üzrə plan və layihələrin formulə edilməsi ilə
əlaqədar olaraq digər nazirlərin də
iclaslarının çağırılmasını təklif
edə bilər.
Maddə
7
Daimi
Nümayəndələr Şurası
Daimi Nümayəndələr
Şurası, Nazirlər Şurasının iclaslarının
keçirildiyi dövr istisna olmaqla, Nazirlər
Şurasının adından onun siyasətinin yerinə
yetirilməsinə, Üzv Dövlətlər tərəfindən
qərar qəbul olunmasını tələb edən məsələlərin
formulə edilməsinə və Nazirlər
Şurasının qərarlarının implementasiyası ilə
əlaqədar olan məsələlər üzrə
müvafiq addımların atılmasına məsul olan daimi
orqandır. Daimi Nümayəndələr Şurası
İƏT yanında akkreditə olunmuş Daimi Nümayəndələrdən/Səfirlərdən
ibarət olacaqdır. Daimi Nümayəndələr
Şurası Nazirlər Şurasında sədrliyi həyata
keçirən Üzv Dövlətin nümayəndəsinin sədrliyi
altında lazım olan sayda iclaslar keçirəcəkdir.
Maddə
8
Regional
Planlaşdırma Şurası
Regional Planlaşdırma
Şurası Üzv Dövlətlərin Planlaşdırma Təşkilatlarının
başçılarından və/və ya öz hökumətləri
tərəfindən namizədliyi irəli sürülə bilən
müvafiq orqanın nümayəndəsindən ibarət
olacaqdır və Təşkilatın qərargahında Nazirlər
Şurasında sədrlik edən Üzv Dövlətin sədrliyi
altında Nazirlər Şurasının illik iclasından əvvəl
ən azı ildə bir dəfə toplaşacaqdır. Regional
Planlaşdırma Şurası Nazirlər Şurasına təqdim
edilməli olan keçmiş proqramların icmalı və nəticələrin
qiymətləndirilməsi ilə yanaşı Təşkilatın
məqsədlərinin həyata keçirilməsi
üçün fəaliyyət proqramlarını inkişaf
etdirəcəkdir. Regional Planlaşdırma Şurası Nazirlər
Şurasına üstün tutulan əməkdaşlıq sahələrində
regional təsisatlar və ad hoc komitələrin
yaradılmasını təklif edə bilər.
Maddə
9
Katiblik
1. Katiblik Baş Katib və Təşkilatın
tələbatına uyğun olaraq digər heyətdən ibarət
olacaqdır. Katiblik Tehranda yerləşən qərargahında,
Nazirlər Şurası tərəfindən təsdiq
olunmuş və yerləşmə dövlətinin xarici
işlər naziri və Baş Katib arasında
imzalanmış İran İslam Respublikasının Hökuməti
ilə İqtisadi Əməkdaşlıq Təşkilatı
arasında İƏT katibliyinin hüquqları, immunitet və
imtiyazlarına dair Sazişin müddəalarına uyğun
olaraq fəaliyyət göstərəcəkdir.
2. Baş katib İƏT Katibliyinin
İşçi Heyəti haqqında Tənzimləmələrdə
müəyyən olunduğu kimi dərəcə, təcrübə
və uyğunluq əsasında Üzv Dövlətlər tərəfindən
irəli sürülmüş namizədlər arasından
yalnız bir dəfə üçün üç (3) illik
müddətə seçiləcəkdir. Təşkilatın
baş inzibati vəzifəli şəxsi olaraq Baş katib Təşkilatın
bütün fəaliyyəti üçün Nazirlər
Şurası qarşısında məsuliyyət
daşıyacaqdır və Səfir rütbə və
statusuna malik olacaqdır. Baş Katib bütün
Şuraların iclaslarında iştirak edəcək və
orqanlar tərəfindən ona həvalə olunmuş digər
funksiyaları yerinə yetirəcəkdir. Baş katib Təşkilatın
işi üzrə Nazirlər Şurasına illik hesabat təqdim
edəcəkdir.
3. Katibliyin işçiləri Nazirlər
Şurası tərəfindən yaradılmış
İşçi Heyəti haqqında Tənzimləmələrdə
müəyyən olunan şərtlərə və prosedurlara
uyğun olaraq təyin və idarə olunurlar.
İşçi heyətinin bütün üzvləri Nazirlər
Şurası tərəfindən təsdiq olunmuş maaş və
müavinətlərin dərəcəsinə uyğun olaraq,
Katibliyin büdcəsindən məvaciblərini alan tam vaxt
hesablı beynəlxalq mülki qulluqçular
sayılırlar.
4. Katibliyin rolu İƏT fəaliyyətinin
həyata keçirilməsinə təşəbbüs
göstərmək, bu fəaliyyəti əlaqələndirmək
və ona nəzarət etmək və Təşkilatın
iclaslarını təşkil etməkdir. Katibliyin
funksiyaları və strukturu Nazirlər Şurası tərəfindən
bəyənilmiş İƏT Katibliyinin İşçi Heyəti
haqqında Tənzimləmələri vasitəsi ilə idarə
olunacaqdır.
5. Öz fəaliyyətinin icrası
zamanı Baş katib və İşçi Heyət Təşkilata
daxil olmayan hər hansı digər hökumət və ya
orqana təlimatla əlaqədar müraciət etməyəcək
və ya belə təlimatları almayacaqdır. Onlar yalnız
Təşkilat qarşısında məsuliyyət
daşıyan beynəlxalq mülki qulluqçular olaraq
onların münasibətlərini şübhə altına
qoya bilən hər hansı bir hərəkəti etməkdən
çəkinməlidirlər.
Maddə
10
İxtisaslaşmış
Müəssisələr və Regional Təsisatlar
Xüsusi əməkdaşlıq sahələri
üzrə İxtisaslaşmış Müəssisələr
və Regional Təsisatlar fəaliyyət göstərəcəkdir.
Bu müəssisələrin və təsisatların sayı,
təbiəti və məqsədləri Nazirlər
Şurası tərəfindən müəyyən
olunacaqdır və lazım olan tərzdə və vaxtda onlara
dəyişikliklər ediləcəkdir. Bütün İxtisaslaşmış
Müəssisələr və Regional Təsisatlar fəaliyyətlərinə
dair hesabatları öz Prosedur Qaydalarına müvafiq surətdə
Nazirlər Şurasına təqdim edəcək və Təşkilatın
Baş Katibini məlumatlandıracaqdır.
Maddə
11
Maliyyə
təminatları
Katiblik mərkəzləşmiş
büdcəyə malik olacaqdır. Bu büdcəyə Üzv
Dövlətlər tərəfindən verilən ABŞ
dolları şəklində üzvlük haqları Nazirlər
Şurası tərəfindən, onların ödəmə
qabiliyyətləri və Birləşmiş Millətlərin
üzvlük haqqı məbləğinin üstün tutulan səviyyəsi
nəzərə alınaraq müəyyənləşdiriləcəkdir.
Maddə
12
Qərar
qəbuletmə
1. Yeni üzvlərin, müşahidəçilərin
və ya dialoq tərəfdaşlarının qəbul edilməsi,
büdcə tədbirləri, maliyyə ilə bağlı məsələlər,
Baş Katibin təyin olunması, iqtisadi strategiyanın və
fəaliyyət planının qəbul edilməsi, Müqaviləyə
dəyişikliklər və İƏT-in xarici əlaqələri
ilə əlaqədar olan mühüm məsələlər
üzrə və ya Nazirlər Şurasının Təşkilat
üçün mühüm əhəmiyyətli hesab etdiyi hər
hansı digər məsələlər üzrə
bütün qərarlar yekdillik əsasında qəbul
olunacaqdır.
2. Digər məsələlər
üzrə qərarlar İƏT üzvlərinin sadə səs
çoxluğu əsasında, qalan üzvlərin bitərəf
olduğu və/və ya qərarın əleyhinə
çıxmadığı halda qəbul oluna bilər.
Maddə
13
Üzvlük
1. İƏT regionu ilə coğrafi
cəhətdən əlaqəsi olan və/və ya
İƏT-in prinsip və məqsədləri ilə şərik
olan hər bir Dövlət Təşkilatın üzvü
olmaq üçün müraciət edə bilər. Belə
bir Dövlət öz müraciətini Baş katib vasitəsi
ilə, yekdil səsvermə əsasında yeni üzvlərin
qəbul edilməsi qərarını vermək səlahiyyətində
olan Nazirlər Şurasına çatdırmalıdır.
2. Müraciət edən Dövlət
hazırkı Müqavilənin müddəalarına hörmətlə
yanaşmalı və sadiq qalmalı və Müqavilədən
irəli gələn öhdəlikləri qəbul etməlidir.
Üzvlüyə dair müraciət qəbul olunduqdan sonra
müraciət edən Dövlət öz konstitusiya
qaydalarına və təcrübəsinə müvafiq surətdə
Müqaviləyə qoşulacaqdır.
3. Ratifikasiya sənədi, təsdiq
olunmuş nüsxələri digər Üzv Dövlətlərə
və Katibliyə təqdim edəcək yerləşmə
hökumətində, İran İslam Respublikasının
Hökumətində mümkün qədər tez bir müddətdə
depozitə qoyulacaqdır.
4. Ratifikasiya prosesinin davam davam etdiyi
müddətdə yeni Üzv Dövlət, Nazirlər
Şurasının razılığı ilə,
İƏT-in bütün orqanlarının fəaliyyətində
tam hüquqlu üzv kimi iştirak edə və müəyyən
olunmuş üzvlük haqqını İƏT büdcəsinə
keçirə bilər.
5. Hər hansı Üzv Dövlət
Baş katibə üzvlükdən çıxmaq barədə
formal bildiriş göndərməklə, istənilən vaxt
Təşkilatdan çıxa bilər. Baş katib bu
bildirişi bütün Üzv Dövlətlərə
göndərəcəkdir. Təşkilatdan çıxma, belə
bir bildiriş Baş Katib tərəfindən alındıqdan
və Təşkilata verilməli olan bütün maliyyə
öhdəlikləri həll olunduqdan 6 ay sonra qüvvəyə
minəcəkdir.
Maddə
14
Ümumi
müddəalar
Hüquqi
Status
1. İqtisadi Əməkdaşlıq
Təşkilatı hər bir Üzv Dövlətinin ərazisində
bu Müqaviləyə əlavə ediləcək İqtisadi
Əməkdaşlıq Təşkilatının
(İƏT), milli nümayəndələrin və beynəlxalq
işçi heyətinin hüquqi statusu haqqında Sazişdə
müəyyən olunmuş şərtlər əsasında
öz funksiyalarını icra etmək və məqsədlərini
həyata keçirmək üçün tələb olunan
hüquq qabiliyyətinə, imtiyaz və immunitetlərə
malik olacaqdır.
Rəsmi
dil
2. Təşkilatın rəsmi dili
ingilis dili olacaqdır. Razılaşmalar qeyri-rəsmi dil olan
rus dilinə də tərcümə və həmin dildə təfsir
olunmaq üçün hazırlanacaqdır.
Prosedur
qaydaları
3. Təşkilatın bütün səviyyələrdə
iclasları Nazirlər Şurası tərəfindən bəyənilməli
olan Prosedur Qaydalarına müvafiq surətdə keçiriləcəkdir.
Xarici
əlaqələr
4. Təşkilat digər regional və
beynəlxalq təşkilatlar, dövlətlər və təsisatlarla
qarşılıqlı surətdə fəaliyyətdə
olan əlaqələr yarada bilər.
5. Təşkilat digər regional və
beynəlxalq təşkilatlara, dövlətlərə və
təsisatlara müşahidəçi və ya dialoq tərəfdaşı
statusu verə bilər. Belə bir statusun təbiəti və
həcmi Nazirlər Şurası tərəfindən yekdil səsvermə
əsasında müəyyən olunacaqdır.
Maddə
15
Düzəliş
1. Hər hansı Üzv Dövlət
Katiblik vasitəsi ilə Nazirlər Şurasına bu
Müqaviləyə əlavələr və düzəlişlər
edilməsi təklifini göndərə bilər.
2. Nazirlər Şurasının
razılığı ilə məqsədəuyğun əlavələr
və düzəlişlər Üzv Dövlətlərin
üçdə ikisi tərəfindən onların müvafiq
konstitusiya normalarına və təcrübəsinə
uyğun olaraq ratifikasiya sənədlərinin depozitə
qoyulmasından sonra qüvvəyə minir.
Maddə
16
Yekun
müddəalar
1. Bu Müqavilə Üzv Dövlətlərin
müvafiq konstitusiya qaydalarına və təcrübələrinə
müvafiq surətdə ratifikasiya olunacaq və ratifikasiya sənədləri
İran İslam Respublikasının Hökumətində
depozitə qoyulacaqdır. İran İslam Respublikasının
Hökuməti təsdiq olunmuş nüsxələri digər
Üzv Dövlətlərə və Katibliyə təqdim edəcəkdir.
2. Bu Müqavilə Üzv Dövlətlərin
üçdə ikisi tərəfindən ratifikasiya sənədlərinin
İran İslam Respublikasında depozitə qoyulduqdan sonra
qüvvəyə minəcəkdir.
3. Bu Müqavilə qüvvəyə
mindikdən sonra 1977-ci il 12 mart tarixli İzmir Müqaviləsinin
əslini və 1990 və 1992-ci il tarixli Protokolları əvəz
edəcəkdir.
4. Bu Müqavilə ingilis dilində
bir əsil nüsxədə hazırlanmışdır.
Bunu təsdiq edərək
aşağıda imzalarını qoymuş Səlahiyyətli
şəxslər Müqaviləyə imzalarını əlavə
etmişlər.
Min doqquz yüz doxsan altıncı il
sentyabrın 14 –də İzmir şəhərində tərtib
olunmuşdur.
Əfqanıstan İslam Dövlətinin
adından
Azərbaycan Respublikası adından
İran İslam Respublikası
adından
Qazaxıstan Respublikası adından
Qırğızıstan
Respublikası adından
Pakistan İslam Respublikası
adından
Tacikistan Respublikası adından
Türkiyə Respublikası
adından
Türkmənistan adından
Özbəkistan Respublikası
adından
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3878-3886.