Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
Gürcüstan Prezidenti Eduard Şevarnadze tərəfindən
Tbilisi şəhərində 2000-ci il martın 22-də
imzalanmış Birgə Bəyanatın təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və
Gürcüstan Prezidenti Eduard Şevarnadze tərəfindən
2000-ci il martın 22-də Tbilisi şəhərində
imzalanmış Birgə Bəyanat təsdiq edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ӘLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 924-IQ
BİRGӘ
bəyanat
Gürcüstan
Prezidenti E. Şevardnadzenin dəvəti ilə 22—23 mart 2000-ci
il tarixlərində Azərbaycan Respublikasının Prezidenti
H. Əliyev Gürcüstanda rəsmi səfərdə
olmuşdur.
Ölkələrindəki
siyasi, iqtisadi və sosial proseslərin gedişinə dair
aparılmış danışıqlar və fikir mübadiləsi
zamanı ikitərəfli əməkdaşlığın
daha da inkişafı və dərinləşməsi məsələləri,
qarşılıqlı maraq kəsb edən aktual regional və
beynəlxalq problemlər müzakirə olunmuşdur.
Tərəflər,
iki dövlət arasındakı strateji tərəfdaşlığa
əsaslanan ikitərəfli əlaqələrin yüksək
səviyyəsini məmnuniyyətlə təsdiq etdilər.
Tərəflər,
beynəlxalq hüquq normalarına uyğun olaraq müstəqil,
suveren, demokratik Azərbaycan və Gürcüstan dövlətlərinin
qurulmasında,
habelə
XXI əsrdə dövlətlərarası münasibətlərin
keyfiyyətcə yeni səviyyəsinin inkişafı
üçün qarşılıqlı surətdə
maraqlı olduqlarını qeyd etmişlər.
Tərəflər
XXI əsrdə ayrıca xətlərsiz Avropanın
qurulmasının tarixi zəruriliyini təsdiq etdilər.
Tərəflər
yeni beynəlxalq reallıqlar şəraitində regionda təhlükəsizliyin
yeni sisteminin formalaşdırılması prosesinə
yardım edilməsi və sabitliyin əsasının təmin
edilməsi baxımından Azərbaycan-Gürcüstan əməkdaşlığının
möhkəmləndirilməsinin artmaqda olan əhəmiyyətini
qeyd etdilər.
Tərəflər
əmin olduqlarını bildirmişlər ki, dövlət
suverenliyi, hüquq bərabərliyi, ərazi
bütövlüyü, sərhədlərin
toxunulmazlığı, bir-birinin daxili işlərinə
qarışmamaq, mübahisələrin sülh yolu ilə həll
olunması prinsiplərinə, habelə digər
ümumtanınmış beynəlxalq hüquq normaları və
prinsiplərinə riayət olunması, Cənubi Qafqaz
regionunda sülhün və təhlükəsizliyin təminatıdır.
Tərəflər
region dövlətlərinin beynəlxalq tanınmış sərhədlərinin
zorla dəyişdirilməsinə yönəlmiş, dövlətlərin
təhlükəsizliyini və ərazi
bütövlüyünü təhlükə altına alan
insan hüquq və əsas azadlıqlarını demokratik
prinsipləri və ümumbəşəri dəyərləri
dağıdan təcavüz aktlarını, təcavüzkar
separatizmi və terrorizmi bütün forma və təzahürlərində
pislədilər və bu təhlükələrə
qarşı mübarizədə birgə fəaliyyəti
inkişaf etdirmək arzusunda olduqlarını bildirdilər.
Qeyd
olunmuşdur ki, 8 mart 1996-cı il tarixli Azərbaycan
Respublikası və Gürcüstan arasında Dostluq, əməkdaşlıq
və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi
haqqında 8 mart 1996-cı il tarixli Müqavilə, 1996-cı
il martın 8-də Tbilisidə imzalanmış Qafqaz regionunda
sülh, təhlükəsizlik və əməkdaşlıq
haqqında Bəyannamə, Azərbaycan Respublikası və
Gürcüstan arasında strateji əməkdaşlığın
daha da dərinləşdirilməsi haqqında 18 fevral 1997-ci
il tarixli Bəyannamə, qarşılıqlı münasibətlərin
möhkəm bazasını təşkil edir və Cənubi
Qafqaz regionunda sülhün və təhlükəsizliyin təminatına
yönəldilmiş əsaslı sənədin
hazırlanması üçün zəmin yaradır. Tərəflər,
Azərbaycan Respublikası Prezidenti H. Ə. Əliyevin
ATƏT-in İstanbul Sammiti zamanı irəli sürdüyü
Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq
Paktını və ATƏT-in İstanbul Sammitinin nəticələrini
və onun keçirilməsi zamanı qəbul olunmuş digər
sənədləri yüksək qiymətləndirmiş, habelə
XXI əsrdə Avropada təhlükəsizliyin və sabitliyin
möhkəmləndirilməsinə yönəldilmiş Avropa
təhlükəsizlik Xartiyasının əhəmiyyətini
qeyd etmişlər.
Tərəflər
BMT, ATƏT, Avroatlantika Tərəfdaşlıq Şurası,
Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlar
və forumlar çərçivəsində əməkdaşlığı
gələcəkdə də davam etdirməyə hazır olduqlarını
bildirmiş və Avropa təhlükəsizliyinin yeni
strukturunun səmərəliliyinin, hər şeydən əvvəl
bütün dövlətlər tərəfindən
götürülmüş öhdəliklərin yerinə
yetirilməsindən, ATƏT, Avropa Şurası, Avropa Birliyi,
BMT arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin
yaradılmasından asılı olacağını təsdiq
etmişlər.
Tərəflər
Dağlıq Qarabağ münaqişəsi, Abxaziya,
Gürcüstan münaqişəsi üzrə BMT və
ATƏT-in qərarlarının və bu təşkilatlar
çərçivəsində qəbul olunmuş digər sənədlərin
tezliklə həyata keçirilməsinin zəruriliyini təsdiq
etmişlər. Tərəflər Dağlıq Qarabağ
münaqişəsi, Abxaziya, Gürcüstan münaqişəsi
üzrə BMT və ATƏT-in qərarlarının və bu
təşkilatlar çərçivəsində qəbul
olunmuş digər sənədlərin tezliklə həyata
keçirilməsinin zəruriliyini təsdiq etmişlər. Tərəflər
tam əmindirlər ki, bu münaqişələrin həlli
suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin
toxunulmazlığına hörmət və riayət edilməsinə
əsaslanaraq, Cənubi Qafqaz dövlətləri arasında
sülhün, sabitliyin və etimadın əldə olunması
üçün etibarlı təminat yaradacaqdır.
Tərəflər
GUÖAM çərçivəsində əməkdaşlığın
genişləndirilməsi və dərinləşdirilməsində
məmnun olduqlarını bildirmiş və müntəzəm
məsləhətləşmələr və
qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi
və möhkəmləndirilməsi niyyətində
olduqlarını təsdiq etmişlər.
Tərəflər
Avroasiya nəqliyyat dəhlizinin geniş miqyaslı fəaliyyəti,
Böyük İpək Yolunun bərpası, TRASEKA və
İNOQEYT proqramlarının həyata keçirilməsinin
tezləşdirilməsi məqsədi ilə birgə əməli
tədbirlərin həyata keçirilməsinin müstəsna
əhəmiyyətini qeyd etmişlər.
Danışıqlar
zamanı Prezidentlər Xəzər regionundan neftin nəqlində
əsas ixrac neft boru kəməri kimi Bakı-Tbilisi-Ceyhan neft
boru kəmərinin tikilməsi və istismara verilməsi
üzrə, o cümlədən tranzit üçün tariflər
üzrə bütün əsas prinsipial məsələləri
tamamilə razılaşdırdılar və cari ilin aprel
ayında bütün zəruri sənədlərin
hazırlanmasının başa çatdırılmasına
tam hazır olduqlarını təsdiq etdilər.
Tərəflər,
enerji ehtiyatlarının beynəlxalq bazarlara
daşınması üzrə Transxəzər əməkdaşlığı
prosesinin hərtərəfli inkişafı və dərinləşdirilməsində
maraqlı olduqlarını bildirdilər.
Prezidentlər
Qara dəniz İqtisadi Əməkdaşlığının
inkişafını müsbət qiymətləndirmiş və
bu təşkilatın institutlaşdırılmasının
möhkəmləndirilməsi üzrə
görülmüş tədbirlərin vacibliyini qeyd etmişlər.
Tərəflər
demokratik islahatlara, insan hüquqlarının qorunmasına,
milli azlıqların hüquqlarına hörmət edilməsinə,
BMT və ATƏT-in əsas sənədlərindən irəli
gələn bütün öhdəliklərin yerinə
yetirilməsinə sadiq olduqlarını bir daha təsdiq
etmiş və hüquqi-demokratik dövlətlərin
qurulmasında qətiyyətli olduqlarını qeyd etmişlər.
Tərəflər
Azərbaycan Respublikası ilə Gürcüstan arasında
dövlət sərhədlərinin delimitasiya və
demarkasiyasının mühüm əhəmiyyətini qeyd
etmiş və dövlət komissiyalarının işinin davam
etdirilməsinin zəruriliyini təsdiq etmişlər.
Tərəflər
iqtisadiyyatın bütün sahələrində
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafına şərait yaradılmasını, həmçinin
bu əməkdaşlıq üçün əlverişli
şəraitin təmin olunması üzrə tədbirlərin
həyata keçirilməsini qətiyyətlə təsdiq
etmişlər.
Tərəflər
əmək, sosial müdafiə, təhsil, elm və mədəniyyət
məsələləri üzrə əməkdaşlığın
inkişafı və dərinləşməsində səylərini
və bu sahədəki mübadilələrini dəstəklədiklərini
ifadə etdilər.
Tərəflər
Gürcüstanda yaşayan azərbaycanlıların, həmçinin
Azərbaycanda yaşayan gürcülərin hüquqlarına
riayət olunması və maraqlarının qorunması məsələlərinə
böyük əhəmiyyət verdiklərini və onlara
qayğı göstərilməsinin dövlət siyasətinin
mühüm sahəsi hesab etdiklərini bir daha təsdiq
etmişlər.
Tərəflər,
keçirilmiş səfərlərin nəticələrini
müsbət qiymətləndirərək və
danışıqların səmərəliliyini qeyd edərək,
əməkdaşlığın mehriban qonşuluq, dostluq və
qarşılıqlı yardım ruhunda davam etdirilməsi və
genişləndirilməsinə səy göstərəcəklərini
bəyan etmişlər.
Tbilisi
şəhərində 2000-ci il martın 22-də, hər biri
Azərbaycan, gürcü və rus dillərində olmaqla iki əsl
nüsxədə imzalanmışdır, bütün mətnlər
eyni qüvvəyə malikdir.
Azərbaycan
Respublikası
Prezidenti
Gürcüstan Prezidenti
Heydər ӘLİYEV
Eduard Şevardnadze
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3895-3897.