Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında səfirliklərin fəaliyyəti
ilə əlaqədar məsələlərin
qarşılıqlı tənzimlənməsi haqqında
Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I.
Azərbaycan Respublikası Hökuməti və
Gürcüstan Hökuməti arasında səfirliklərin
fəaliyyəti ilə əlaqədar məsələlərin
qarşılıqlı tənzimlənməsi haqqında
2000-ci il martın 22-də Tbilisi şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
II.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ӘLİYEV
Bakı
şəhəri, 18 iyul 2000-ci il
¹ 925-IQ
Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında səfirliklərin fəaliyyəti
ilə əlaqədar məsələlərin qarşılıqlı
tənzimlənməsi haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası
Hökuməti və Gürcüstan Hökuməti,
suverenlik prinsiplərinə, Birləşmiş
Millətlər Təşkilatının Nizamnaməsinin
müddəalarına hörmət edərək, diplomatik əlaqələr
haqqında 18 aprel 1961-ci il Vyana konvensiyasına və digər
beynəlxalq hüquq normalarına əsaslanaraq,
ikitərəfli dostluq əlaqələrinin
hörmət, bərabərlik və qarşılıqlı
fayda ruhunda inkişaf etdirməyə səy göstərərək,
Azərbaycan Respublikasının
Tbilisi şəhərindəki Səfirliyinin və
Gürcüstanın Bakı şəhərindəki Səfirliyinin
fəaliyyətləri ilə əlaqədar məsələlərin
tənzimlənməsinə
qarşılıqlı səylər göstərərək,
aşağıdakılar barədə
razılığa gəldilər:
Maddə
1
Tərəflər ümumi maraqlardan
çıxış edərək, Azərbaycan
Respublikasının Tbilisi şəhərindəki Səfirliyinin
və Gürcüstanın Bakı şəhərindəki Səfirliyinin
fəaliyyətləri ilə əlaqədar məsələlərin
paritet əsaslarda həll edilməsinə
razılaşdılar.
Maddə
2
Tərəflər bir-birlərinə
ödənişsiz istifadə edilməsi üçün
torpaq sahələrinin və səfirliklərin
yerləşdirilməsi üçün
eyni dəyərli binaların verilməsinə
razılaşdılar.
Torpaq sahələrinin və
binaların paritetlik və bərabərdəyərlilik
prinsipləri əsasında mübadiləsi və həmçinin
tərəflərin təqdim etdikləri səfirlik və
onların infrastrukturunun qəbulu və təhvili ilə əlaqədar
məsələlərin həll edilməsi məqsədi ilə
müvafiq komissiyalar yaradırlar.
Tərəflər nəzərə
alırlar ki:
Azərbaycan Respublikası Hökuməti
Gürcüstan Hökumətinə Bakı şəhəri,
Məmmədəliyev küçəsi 20 ünvanda yerləşən
torpaq sahəsi və onun üzərindəki binanın verilməsi
haqqında məsələyə baxacaqdır;
Gürcüstan Hökuməti, Azərbaycan
Respublikası Hökumətinə Tbilisi şəhəri Barnova küçəsi 54 ünvanda yerləşən
torpaq sahəsini və onun üzərindəki binanın verilməsi
haqqında məsələyə baxacaqdır.
Maddə
3
Tərəflər bir-birlərinə
torpaq sahələrinin 49 il müddətinə istifadəyə
verilməsi haqqında razılığa gəldilər. Torpaq
sahələri, həmçinin bu ərazilərdə yerləşən
bina və tikililər, qaz, elektrik enerjisi, isitmə sistemi, isti
və soyuq su təchizatı, kanalizasiya, telefon və digər
belə xidmət növləri üzrə haqların ödənişini
çıxmaqla dövlət və yerli hakimiyyət tərəfindən
tətbiq edilən hər cür vergidən azad edilirlər.
Maddə
4
Tərəflər yerləşdiyi
ölkənin qanunvericiliyinə uyğun olaraq, bu Sazişin
3-4-cü maddələrində nəzərdə tutulmuş
torpaq sahələrinin və binaların icarəyə verilməsi
haqqında rəsmiləşdirməni həyata
keçirərək müvafiq sənədləri təqdim edəcəklər.
Maddə
5
Tərəflər:
torpaq sahələrini bu Sazişin
şərtlərinə uyğun olaraq təyinatı üzrə
istifadə edəcəklər;
tikinti, yenidənqurma və yenidən
planlaşdırma işlərinin
aparılması ilə əlaqədar, yerləşdiyi ölkənin
müvafiq təşkilatları ilə razılaşdırılması
üçün layihə sənədləri təqdim edəcəklər;
torpaq sahələrinin istismarı ilə
bağlı yerləşdiyi ölkənin qanunvericilik
aktlarına riayət edəcəklər;
istismar xidmətlərinin tələblərinə
uyğun olaraq, yerüstü və yeraltı
kommunikasiyaların, yolların istifadəsində istismarın
şərtlərini yerinə yetirəcəklər və
onların təmiri və xidmətinə maneə törətməyəcəklər.
Maddə
6
Tərəflər bu Sazişin həyata
keçirilməsi zamanı yaranacaq fikir ayrılıqlarını
danışıqlar yolu ilə həll edəcəklər.
Maddə
7
Tərəflərin
qarşılıqlı razılığı ilə bu
Sazişə düzəlişlər və əlavələr
edilə bilər. Bütün düzəlişlər və əlavələr
bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı
protokollarla rəsmiləşdiriləcəkdir.
Maddə
8
Bu Saziş onun qüvvəyə minməsi
üçün müvafiq dövlətdaxili
proseduralarının yerinə yetirilməsi haqqında Tərəflərin
son yazılı bildirişinin tarixindən qüvvəyə
minir.
Bu Saziş, Tərəflərdən
birinin bu Sazişin qüvvəsinin ləğv edilməsi
haqqında yazılı bildirişindən altı ay
keçdikdən sonra qüvvəsini itirir.
Tbilisi şəhərində 2000-ci
il martın 22-də hər biri iki nüsxədə olaraq, Azərbaycan,
gürcü və rus dillərində imzalanmışdır,
bütün mətnlər eyni qüvvəyə malikdirlər.
Bu Sazişin müddəalarının
təfsiri məqsədləri üçün rus dilindəki
mətndən istifadə olunacaqdır.
Azərbaycan Respublikası
Hökuməti
Gürcüstan Hökuməti
adından
adından
(imza)
(imza)
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3898-3900.