"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,

 

bir ay müddətində:

 

qüvvədə olan qanunvericilik aktlarının "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi üçün əməli tədbirlər görsün;

 

öz səlahiyyətləri daxilində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

 

 

Bakı şəhəri, 2 avqust 2000-ci il

                 ¹ 380

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8. –  S.3901.