"Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə
olan qanunvericilik aktlarının "Dövlət əmlakının
özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanuna uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər
Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanunun tələblərinə
uyğunlaşdırılmasını təmin
etsin və bu barədə Azərbaycan Respublikasının
prezidentinə məlumat versin;
həmin
Qanunun 7-ci maddəsinin 7.3-cü bəndinə müvafiq olaraq özəlləşdirmə prosesində
yaradılan səhmdar cəmiyyətlərində səhmlərin
nəzarət zərfinin və ya məhdudlaşdırıcı
hissəsinin dövlət mülkiyyətində
saxlanıldığı hallarda, həmin səhmdar cəmiyyətlərinin
idarəetmə orqanlarında dövlət nümayəndələrinin
iştirakı qaydalarını hazırlayıb Azərbaycan
Respublikası prezidenti ilə razılaşdırmaqla
təsdiq etsin;
həmin
Qanunun 9-cu maddəsinin 9.7-ci bəndinə müvafiq olaraq
dövlət əmlakının özəlləşdirilməsində
iştirak etmək üçün təqdim edilməli sənədlərin
siyahısı və qaydalarını təsdiq etsin;
həmin
Qanunun 14-cü maddəsinə müvafiq olaraq özəlləşdirmə
prosesinə dövlət nəzarətini həyata keçirən
Dövlət Komissiyası haqqında Əsasnamə layihəsini
və Dövlət Komissiyasının tərkibi barədə
təkliflərini Azərbaycan Respublikasının prezidentinə
təqdim etsin;
həmin
Qanunun 18-ci maddəsinin 18.2-ci bəndinə müvafiq olaraq fərdi
layihələr üzrə dövlət müəssisələrinin
özəlləşdirilməsi
qaydalarının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
həmin
Qanunun 19-cu maddəsinin 19.2-ci bəndinə müvafiq olaraq
dövlət əmlakının ixtisaslaşdırılmış
çek və pul hərraclarında satışı
qaydalarının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
həmin
Qanunun 20-ci maddəsinin 20.2-ci bəndinə müvafiq olaraq
dövlət əmlakının hərraclar vasitəsi ilə
satışı qaydalarının layihəsini
hazırlayıb Azərbaycan Respublikasının prezidentinə
təqdim etsin;
həmin
Qanunun 23-cü maddəsinin 23.3-cü bəndinə müvafiq
olaraq dövlət müəssisələrinin müflis elan
olunması yolu ilə özəlləşdirilməsi
qaydalarının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
öz
səlahiyyətləri hüdudlarında "Dövlət əmlakının
özəlləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki:
2.1.
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci,
6.1.3-cü, 8.2.4-cü, 8.3-cü, 9.5-ci, 14-cü, 18.2-ci,
19.2-ci, 20.2-ci və 21.2-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.2.
həmin Qanunun 1.0.2-ci, 7.1-ci, 15.1-ci, 16.2-ci və 23.2-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
2.3.
həmin Qanunun 7.3-cü və 9.7-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
2.4.
həmin Qanunun 8.1-ci və 11.2-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Əmlak Məsələləri Dövlət Xidməti qismində
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;[2]
2.5.
həmin Qanunun 8.2.4-cü maddəsində “orqan (qurum)” dedikdə
Azərbaycan İnvestisiya Holdinqi nəzərdə
tutulur.
3.
Bu Fərman dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı
şəhəri, 10 avqust 2000-ci il
¹ 382
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3902-3903.