“Azərbaycan
Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət
Proqramı”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanunun icrasını təmin
etmək, iqtisadiyyatda aparılan struktur islahatlarını,
sahibkarlığın inkişafını və sağlam rəqabət
mühitinin formalaşdırılmasını
sürətləndirmək, iqtisadiyyata
investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin
artırılmasına nail olmaq məqsədi
ilə qərara alıram:
1.
“Azərbaycan Respublikasında dövlət əmlakının
özəlləşdirilməsinin II
Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Tədavülə
buraxılmış özəlləşdirmə
paylarının (çeklərinin) dövlət əmlakının
özəlləşdirilməsi prosesində
tam istifadə olunmadığını nəzərə
alaraq və əhalinin bu prosesə daha geniş cəlb edilməsi
məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına
paylanmış dövlət özəlləşdirmə
paylarının (çeklərinin) müddəti 2004-cü il
iyulun 1-dək uzadılsın.
3.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın:
iki
ay müddətində “Azərbaycan Respublikasında 1995-1998-ci
illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı”nın həyata
keçirilməsi prosesində yol verilmiş qanun
pozuntularının aradan qaldırılması və təqsirkar
şəxslərin məsuliyyətə cəlb edilməsi
üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər
görsün və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə ətraflı məlumat
versin;
“Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin
Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməyə
açıq elan edilmiş, lakin özəlləşdirilməsi
başa çatmamış müəssisə və obyektlərin
II Dövlət Proqramı çərçivəsində özəlləşdirilməsi barədə
təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan
Respublikasının prezidentinə təqdim etsin;
Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının II Dövlət
Proqramının tələblərinə uyğunlaşdırılması
üçün təkliflərini iki ay müddətində
Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
4.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
dövlət
özəlləşdirmə
paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının
istifadəsi üçün qanunvericilik çərçivəsində
lazımi şərait yaratsın;
öz
səlahiyyətləri daxilində “Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət
Proqramı”nın icrasını təmin
edən digər tədbirlər həyata keçirsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 10 avqust 2000-ci il
¹ 383
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S.3904.