"Nəşriyyat
işi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Nəşriyyat
işi haqqında" Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiq edilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
qüvvədə
olan qanunvericilik aktlarının "Nəşriyyat işi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
"Nəşriyyat
işi haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanunvericilik
aktının layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz
səlahiyyətləri daxilində "Nəşriyyat işi
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki:
2.1.
"Nəşriyyat işi haqqında" Azərbaycan
Respublikası Qanununun 13-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Prezidenti və Azərbaycan Respublikasının Nazirlər
Kabineti öz səlahiyyətləri daxilində həyata
keçirirlər;
2.2.
“həmin Qanunun 22-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.3.
həmin Qanunun 1-ci maddəsinin on doqquzuncu abzasında nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Mətbuat
və İnformasiya Nazirliyi həyata keçirir;
2.4.
həmin Qanunun 3-cü maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan
Respublikasının Mətbuat və İnformasiya Nazirliyi
öz səlahiyyətləri daxilində həyata
keçirirlər;
həmin
Qanunun 18-ci maddəsinin birinci hissəsinin ikinci abzasında
"xüsusi razılıq" dedikdə Azərbaycan
Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli
Fərmanı ilə təsdiq olunmuş "Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin və onları verən icra hakimiyyəti
orqanlarının siyahısı"nın
27-ci bəndinə müvafiq surətdə verilmiş
xüsusi razılıq (lisenziya) nəzərdə tutulur;
2.5.
həmin Qanunun 22-ci maddəsinin birinci hissəsində “qurum”
dedikdə Azərbaycan Mətbuat Şurası nəzərdə
tutulur.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 15 avqust 2000-ci il
¹ 384
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 31
avqust, ¹ 8. – S. 3925-3926.