“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, 2001-ci il yanvarın 1-dək:
qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikasının Qanununa və
həmin Qanunla təsdiq edilmiş Məcəlləyə uyğunlaşdırılması barədə
təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna və bu Qanunla təsdiq edilmiş Məcəlləyə
uyğunlaşdırılmasını təmin
etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
hüquqi
şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın
dərc ediləcəyi mətbuat orqanı barədə təkliflər
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
mülki
dövriyyədə olmasına yol verilməyən əşyaların
(mülki dövriyyədən çıxarılmış əşyaların)
siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentə təqdim etsin;
mülki
dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən əşyaların (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların)
siyahısına dair qanun layihəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
daşınan
əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi
və aparılması qaydaları haqqında layihələri
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
daşınmaz
əmlakın dövlət reyestrinin tərtib edilməsi və
aparılması, habelə bu Fərmanın 1-ci bəndinin
yeddinci və 2-ci bəndinin üçüncü və
dördüncü abzaslarında
göstərilən reyestrlərin aparılması
üçün zəruri olan maliyyə və digər vəsaitlərin
ayrılması haqqında təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
"Məhdud
məsuliyyətli cəmiyyət haqqında",
"Qeyri-kommersiya təşkilatları haqqında" və
"Kooperativlər haqqında" Azərbaycan Respublikası
qanunlarının layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz
səlahiyyətləri hüdudlarında "Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli
gələn digər məsələləri həll etsin.
2.
Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinə
tapşırılsın ki, 3 ay müddətində:
"Qiymətli
kağızlar haqqında" və "Səhmdar cəmiyyəti
haqqında" Azərbaycan Respublikası qanunlarının
layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
bütün
qiymətli kağızlarla girovun rəsmi reyestri, onun tərtib
edilməsi və aparılması qaydaları haqqında layihəni
hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
qiymətli
kağızlarla rəsmiləşdirilən
daşınmaz əmlakın ipotekasının dövlət
reyestri, onun tərtib edilməsi və aparılması
qaydaları haqqında layihəni hazırlayıb təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.
3.
Müəyyən edilsin ki:
3.1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
36.2-1-ci maddəsində, 47.2-ci maddəsinin
üçüncü cümləsində, 59.7-1-ci (hər iki
halda) maddəsində, 139.4-cü maddəsinin
üçüncü cümləsində, 139-1.1.8-ci və
1076-6.7-ci maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
3.1-1.
həmin Məcəllənin 47.2-ci maddəsinin
üçüncü cümləsində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
3.2.
həmin Məcəllənin 100.2-ci (birinci və ikinci
hallarda), 103.2-ci (ikinci cümlədə), 103.5-ci (ikinci cümlədə),
105.4-cü, 144.5-ci, 246.1-ci, 246.2-ci, 246.3-cü, 379.1.3-cü,
398.1-ci (ikinci cümlədə), 710.2-ci və 1076-6.4.3-cü
maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının və 209.1-ci maddəsində
nəzərdə tutulmuş müvafiq dövlət
orqanlarının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2-1.
həmin Məcəllənin 35.1-ci maddəsinin
üçüncü cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yerləşdirilənədək –
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara münasibətdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq
hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata
keçirirlər;
3.3.
həmin Məcəllənin 48.1-ci (birinci cümlədə),
55.7-ci, 59.9-cu, 61.2-ci (birinci və ikinci cümlələrdə)
və 61.11-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
aşağıdakı orqanlar həyata keçirirlər:
3.3.1.
qeyri-kommersiya hüquqi şəxslərinə və xarici
qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən
etdiyi bölgü üzrə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat
şöbələri, Naxçıvan Muxtar
Respublikasının ərazisində təsis edilən siyasi
partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə isə
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi;
3.3.2.
kommersiya hüquqi şəxslərinə, xarici kommersiya
hüquqi şəxslərinin filial və nümayəndəliklərinə,
publik hüquqi şəxslərə,
habelə təhsil müəssisələrinə münasibətdə
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, habelə
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi
Xidməti;
3.3.3.
dini qurumlara münasibətdə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
3.3-1.
həmin Məcəllənin 59.7-1-ci maddəsində birinci
halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi nəzərdə tutulur;
3.3-2.
həmin Məcəllənin 59.7-1-ci maddəsində ikinci
halda “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur;
3.4.
həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
3.5.
həmin Məcəllənin 61.10-cu (dördüncü
cümlədə), 139.3-cü, 139-1.1.12-ci, 144.2-1-ci,
144.3-cü (ikinci cümlədə), 146.8-ci (birinci cümlədə),
150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka
münasibətdə) maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi həyata keçirir;
3.6.
həmin Məcəllənin 139-1.1.1-ci maddəsində nəzərdə
tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının müvafiq mərkəzi və
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
3.7.
həmin Məcəllənin 139-1.1.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi, Bakı Şəhər İcra
Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti
orqanları, habelə daşınmaz əmlaka hüquqların
qeydiyyatını aparmış başqa dövlət
orqanları həyata keçirirlər;
3.8.
həmin Məcəllənin 139-1.1.7-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
şəhər (rayon) icra hakimiyyəti orqanları həyata
keçirirlər;
3.9.
həmin Məcəllənin 139-1.1.9.1-ci, 139-1.1.9.2-ci (hər
iki halda), 139-1.1.10.2-ci, 139-1.1.11-ci və 362.4-cü maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti
orqanları həyata keçirirlər;
3.10.
həmin Məcəllənin 249.3-cü və 997-1.1-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;
3.11.
həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi həyata keçirir;
3.12.
həmin Məcəllənin 670.3-cü maddəsinin ikinci
cümləsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
3.13.
həmin Məcəllənin 748-5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
daşınar əmlaka münasibətdə Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli
Fərmanı ilə müəyyən edilmiş
daşınar əmlakın rəsmi reyestrlərini aparan
orqanlar həyata keçirirlər;
3.14.
həmin Məcəllənin 1119.2-ci maddəsinin
dördüncü cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;
3.15.
həmin Məcəllənin 1179.2-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti
başçılarının inzibati ərazi dairələri
üzrə və sahə inzibati ərazi dairələri
üzrə nümayəndəlikləri həyata keçirirlər;
3.15-1.
həmin Məcəllənin 36.2-1-ci maddəsində
“orqanın (qurumun) informasiya sistemi” dedikdə himayədar ailəyə
verilmiş uşaqlara, habelə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yerləşdirilənədək –
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara münasibətdə Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sistemi, digər hallarda isə Azərbaycan
Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin “Rəqəmsal
İcra Hakimiyyəti” portalı nəzərdə tutulur;
3.16.
həmin Məcəllədə “maliyyə bazarlarına nəzarət
orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə
Bazarlarına Nəzarət Palatası nəzərdə
tutulur;
3.17.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən aparılan Azərbaycan
Respublikasında dövlət əmlakının Registrinə
daxil olan məlumatlar, o cümlədən daşınmaz
dövlət əmlakının istifadəyə və icarəyə
verilməsinə, habelə ipoteka ilə
yüklü edilməsinə dair əqdlərin qeydiyyatı haqqında məlumatlar
daşınmaz əmlakın dövlət reyestrinə daxil
edilir;
3.18.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət
Palatası qeydiyyata alınan ipoteka kağızları barədə
məlumatı 3 (üç) iş günü ərzində
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə təqdim edir;
3.19.
dövlət və bələdiyyə tərəfindən təhsil
müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi
istisna olmaqla) publik hüquqi şəxs
formasında yaradılır.
4.
Dövlət orqanları və yerli özünüidarə
orqanları qanunvericiliklə onlara həvalə edilmiş
hüquq və vəzifələri kommersiya və
qeyri-kommersiya hüquqi şəxslərinə ötürə
bilməzlər.
5.
Azərbaycan Respublikasında hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında məlumat
aşağıdakı mətbu nəşrlərdə dərc
edilir:
5.1.
qeyri-kommersiya hüquqi şəxsləri, xarici qeyri-kommersiya
hüquqi şəxslərinin filial və nümayəndəlikləri
və təhsil müəssisələri haqqında məlumat
– “Ədliyyə” qəzetində;
5.2.
dini qurumlar haqqında məlumat - “Cəmiyyət və din” qəzetində;
5.3.
kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi
şəxslərinin filial və nümayəndəlikləri,
publik hüquqi şəxslər, habelə
təhsil müəssisələri haqqında məlumat –
“Vergilər” qəzetində.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 25 avqust 2000-ci il
¹ 386
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3926-3929.