“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar
onların tətbiq edilməsini təmin
etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikasının Qanununa və həmin Qanunla təsdiq
edilmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə uyğunlaşdırılması
barədə təkliflərinin iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna və Məcəlləyə uyğunlaşdırılmasını iki ay
müddətində təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin
və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
52.3, 153.2, 161, 193.5, 195.1.2-ci maddələrinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
müvafiq mərkəzi icra hakimiyyəti orqanları ilə
birgə təşkilati, maddi-texniki və maliyyə məsələləri
üzrə təxirəsalınmaz zəruri tədbirlər həyata
keçirsin;
öz
səlahiyyətləri daxilində həmin Qanundan və Məcəllədən
irəli gələn digər məsələləri həll
etsin.
2.
Müəyyən edilsin ki:
“Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikasının
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi;
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu
maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində,
253-1.7-ci maddəsinin üçüncü cümləsində,
253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci, 448.6-3-cü,
474.1.1-ci, 474.2-ci, 478.1-ci, 486.1-ci, 507.6-cı (birinci halda),
526.3-cü, 526.4-cü (hər iki halda), 528.1-ci və 529.1-ci
maddələrində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti;
həmin
Məcəllənin 507.6-cı maddəsində (ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası;
həmin
Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə
tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
həmin
Məcəllənin 54-1.2-ci maddəsinin birinci cümləsində,
54-2.2, 131-1.4-cü maddələrində, 156-1.1-ci maddəsinin
ikinci cümləsində, 193.5, 195.1.2, 467-3.0.5 və
467-10.4-cü maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti;
həmin
Məcəllənin 51-1.2-ci maddəsində, 522.2-ci maddəsinin
birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
həmin
Məcəllənin 52.3-cü maddəsinin birinci və
üçüncü cümlələrində, 84.5.3-cü,
215.2, 215.6.1, 215.6.2, 215.7.1 və 215.7.4-cü maddələrində,
318.3-cü maddəsinin ikinci cümləsində, 391.10.2,
406.3.2, 419.15.2 və 427.11.2-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət
Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd
Xidməti;
həmin
Məcəllənin 54-1.4-cü və 54-4-cü maddələrinin
birinci cümlələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
həmin
Məcəllənin 156-1.2-ci maddəsində, 163.7-ci maddəsinin
birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi;
həmin
Məcəllənin 54-1.6, 438.3, 441.5 və 441.6-cı maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi;
həmin
Məcəllənin 123-2.1.6-cı maddəsində “qəyyumluq
və himayəçilik orqanı” dedikdə himayədar ailəyə
verilmiş uşaqlara, habelə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yerləşdirilənədək –
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara münasibətdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq
hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə
tutulur;
həmin
Məcəllənin 255.0-cı maddəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidməti həyata keçirir;
həmin
Məcəllənin 491.1 və 491.5-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi;
həmin
Məcəllənin 214.2.1-ci maddəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
daxili işlər, dövlət təhlükəsizliyi, sərhəd
xidməti, fövqəladə hallar, vergi və gömrük
orqanları, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi;
həmin
Məcəllənin 214.2.2-ci maddəsində (ikinci halda) nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti həyata
keçirir;
həmin
Məcəllənin 214.2.2-ci maddəsində (birinci halda),
214.2.3-cü (hər iki halda) və 214.4-1-ci (hər iki halda)
maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
həmin
Məcəllənin 215.2, 215.6.1, 215.6.2, 215.7.1, 215.7.4, 318.3,
391.10.2, 406.3.2-ci maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir;
həmin
Məcəllənin 487-5.2-ci maddəsinin ikinci cümləsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini
aşağıdakı orqanlar həyata keçirirlər:
qeyri-kommersiya
hüquqi şəxslərinə və xarici qeyri-kommersiya
hüquqi şəxslərinin filial və nümayəndəliklərinə
münasibətdə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və onun rayon
(şəhər) qeydiyyat şöbələri,
Naxçıvan Muxtar Respublikasının ərazisində təsis
edilən siyasi partiyalar və xarici ölkələrin
qeyri-hökumət təşkilatlarının filial və
nümayəndəlikləri istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə isə
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi;
kommersiya
hüquqi şəxslərinə, xarici kommersiya hüquqi
şəxslərinin filial və nümayəndəliklərinə,
publik hüquqi şəxslərə
münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi, habelə
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi
Xidməti;
dini
qurumlara münasibətdə Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Agentliyi;
həmin
Məcəllənin 251.9-cu maddəsinin ikinci cümləsində,
253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü
cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və
448.6-3-cü maddələrində “orqan (qurum)” dedikdə
Əmlak Məsələləri Dövlət Xidməti qismində
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə
tutulur;
həmin
Məcəllənin 467-8.3-cü maddəsində “müvafiq
icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə
tutulur;
həmin
Məcəllənin 474.1.1-ci, 474.2-ci, 478.1-ci və 486.1-ci maddələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi nəzərdə tutulur;
həmin
Məcəllənin 526.3-cü, 526.4-cü (birinci halda),
528.1-ci və 529.1-ci maddələrində “orqan (qurum)” dedikdə
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti nəzərdə tutulur;
həmin
Məcəllənin 526.4-cü maddəsində (ikinci halda)
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə
tutulur.
3.
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 215.5-ci maddəsinə uyğun olaraq
cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan
Respublikasının aşağıdakı icra hakimiyyəti
orqanları tərəfindən aparılır:
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 126.1, 126.2,
127-134, 139–141, 142 (cinayət işi Azərbaycan
Respublikasının daxili işlər (polis) orqanları tərəfindən
başlandıqda), 143-144, 144-1, 144-2, 144-3,
150-153, 169, 170–178, 180–183, 185–188, 194, 197-201, 204, 205, 213-2, 213-3,
215, 217, 218, 220, 221, 228-233-1, 234-240, 242–244, 245–246-1, 253-259, 261,
263-267, 269, 316, 316-1, 320, 322 və 324 - 326-cı maddələrində
nəzərdə tutulmuş cinayətlərə dair işlər
üzrə - Azərbaycan Respublikasının daxili işlər
(polis) orqanları;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 167-1, 167-2, 167-3,
168, 214, 214-1, 214-2, 214-3, 216, 219, 219-2, 226.3, 227-1, 233-2, 233-3,
233-4, 270, 270-1, 274-285 və 316-2.2-ci maddələrində nəzərdə
tutulmuş cinayətlərə dair işlər üzrə -
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 196, 289, 303, 305
,306, 317-1.1 və 317-2-ci maddələrində nəzərdə
tutulmuş cinayətlərə dair işlər üzrə -
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
(Naxçıvan Muxtar Respublikası ərazisində
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi);
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 192, 192-1, 193,
201-1, 205-1, 205-2, 213-cü, 213-1.3-cü və 213-1.4-cü maddələrində
nəzərdə tutulmuş cinayətlərə dair işlər
üzrə - Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 207, 209 və
224-2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə
dair işlər üzrə - Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 214, 214-1 və
216-cı maddələrində nəzərdə tutulmuş
cinayətlərə dair işlər üzrə - bu işləri
başlamış Azərbaycan Respublikasının daxili
işlər (polis) orqanları və ya Milli Təhlükəsizlik
Nazirliyi;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206 və 224-1-ci
maddələrində nəzərdə tutulmuş cinayətə
dair iş üzrə - bu işi başlamış Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi,
Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd
Xidməti və ya daxili işlər (polis) orqanları;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 318 və 319-cu
maddələrində nəzərdə tutulmuş cinayətlərə
dair işlər üzrə - Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti.
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci və
213-1.2-ci maddələrində nəzərdə tutulmuş
cinayətlərə dair işlər üzrə - bu işi
başlamış Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və ya Dövlət Gömrük Komitəsi.
- Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 219-1-ci maddəsində
nəzərdə tutulmuş cinayətə dair iş üzrə
- bu işi başlamış Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti və ya
Dövlət Sərhəd Xidməti.
- Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 222-1-222-3, 225,
249 və 260-cı maddələrində nəzərdə
tutulmuş cinayətlərə dair işlər üzrə -
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi;
- Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 224, 226.1, 226.2,
227, 247, 248, 250, 251 və 252-ci maddələrində nəzərdə
tutulmuş cinayətlərə dair işlər üzrə -
bu işi başlamış Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi və ya daxili işlər
(polis) orqanları.
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 167, 168-1, 216 və
271–273-2-ci maddələrində nəzərdə tutulmuş
cinayətə dair iş üzrə - bu işi
başlamış Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti və ya daxili işlər
(polis) orqanları;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsində
nəzərdə tutulmuş cinayətə dair iş üzrə
- cinayətin əlamətləri vergi nəzarəti zamanı
aşkar olunduqda Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində
nəzərdə tutulmuş cinayətə dair iş üzrə
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, vergilərin,
işsizlikdən sığorta və ya məcburi
dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə əlaqədar
qanuni qüvvəyə minmiş məhkəmə
aktlarının icra edilməməsi və
ya həmin məhkəmə aktlarının icrasına
maneçilik törədilməsinə
münasibətdə həmçinin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsində
nəzərdə tutulmuş cinayətlərə dair işlər
üzrə – bu işi başlamış Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi və ya daxili işlər (polis)
orqanları;
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində
nəzərdə tutulmuş cinayətə dair iş üzrə
– bu işi başlamış Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi və ya Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti.
4.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
192-ci (Qanunsuz sahibkarlıq), 192–1-ci (Lotereyaların və idman
mərc oyunlarının təşkili və ya keçirilməsi
qaydalarının pozulması), 193-cü (Yalançı
sahibkarlıq), 201-1-ci (Hüquqi şəxslərə aidiyyəti
olan şəxslərlə əqdlərin
bağlanması qaydalarının pozulması, yaxud belə əqdlərlə əlaqədar qanunla müəyyən
edilmiş qaydada məlumatların təqdim edilməməsi),
205-1-ci (Saxta aksiz markalarının və
məcburi nişanların dövriyyəsi), 205-2-ci (Nəzarət
markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı),
213-cü (Vergiləri, işsizlikdən
sığorta, icbari tibbi sığorta və ya məcburi
dövlət sosial sığorta haqlarını ödəməkdən
yayınma), 213-1-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan
və məcburi nişanlama ilə nişanlanmalı olan
malları nişanlanmadan satma, satış
məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və
ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və 244-1 (Qumar
oyunlarının təşkili və ya keçirilməsi)
maddələri üzrə cinayət işləri Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi tərəfindən başlandıqda,
həmin cinayətlərin ibtidai istintaqı zamanı Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq),
179-cu (Mənimsəmə və ya israf etmə), 184-cü
(Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka
ziyan vurma), 195-ci (Qanunsuz kredit alma və ya kreditdən təyinatı
üzrə istifadə etməmə), 196-cı (Kreditor
borclarını ödəməkdən qəsdən
yayınma), 197-ci (Əmtəə nişanlarından
qanunsuz istifadə etmə), 198-ci (Bilə-bilə yalan reklam etmə),
199-cu (Rəqabəti məhdudlaşdırma),
200-cü (İstehlakçıları aldatma və ya pis
keyfiyyətli məhsul istehsal etmə və satma), 201-ci (Əqdin bağlanmasına və ya onun bağlanılmasından imtinaya məcbur etmə),
202-ci (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz
yolla əldə etmə və ya yayma), 203-cü (Qiymətli
kağızların buraxılması (emissiyası)
qaydalarını pozma), 204-cü (Saxta pul və ya qiymətli
kağızlar hazırlama , əldə etmə və ya satma),
205-ci (Saxta ödəniş alətlərini və ya qiymətli
kağız sayılmayan ödəniş sənədlərini
hazırlama, əldə etmə və ya satma), 208-ci (Xarici
valyuta vəsaitlərini xaricdən qaytarmama), 210-cu (Müflisləşmə
zamanı qanunsuz hərəkətlər), 211-ci (Qəsdən
müflisləşmə), 212-ci (Saxta müflisləşmə),
308-ci (Vəzifə səlahiyyətlərindən
sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini
aşma), 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq),
312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq)
312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmə (nüfuz alveri), 313-cü (Vəzifə
saxtakarlığı), 314-cü (Səhlənkarlıq), 320-ci
(Rəsmi sənədləri, dövlət təltiflərini,
möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya
saxta sənədlərdən istifadə etmə) və
326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri
talama və ya məhv etmə) maddələrində göstərilən
cinayətlərin əlamətləri aşkar olunduqda,
göstərilən işlər üzrə ibtidai istintaq Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
5.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən xidməti vəzifələrinin
icrası zamanı dövlətin konstitusiya quruluşunun əsaslarına
və təhlükəsizliyinə, ictimai
və iqtisadi sahədə milli təhlükəsizlik
maraqlarına və qanunla qorunan mənafelərinə
mühüm zərər vuran cinayətlərin vəzifəli
şəxs tərəfindən törədildiyi aşkar
olunduqda, həmin cinayətlərə dair işlər üzrə
ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti aparır.
6.
Bu Fərmanın 3-cü və 4-cü hissələri ilə
müəyyən edilmiş qaydada cinayət işləri
müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyi və ya Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
başlandıqda və həmin cinayətlərin
ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 193-1-ci maddəsində göstərilən
cinayətin əlamətləri aşkar olunduqda, göstərilən
cinayətlərə dair işlər üzrə ibtidai istintaq
müvafiq prokurorun qərarı ilə bu işi başlamış
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
və ya Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
aparılır.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 25 avqust 2000-ci il
¹ 387
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3929-3931.