“Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin tətbiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin qüvvəyə minməsi
ilə əlaqədar onların tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki:
qüvvədə
olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununa və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların
icrası Məcəlləsinə uyğunlaşdırılması
barədə təkliflərini iki ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin və müvafiq icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna və Məcəlləyə uyğunlaşdırılmasını iki ay
müddətində təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
öz
səlahiyyəti daxilində həmin Qanundan və Məcəllədən
irəli gələn digər məsələləri həll
etsin.
2.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
tapşırılsın ki:
penitensiar müəssisələrin
və onların işçi heyətinin statusunu müəyyən
edən Qanun layihəsini hazırlayıb üç ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
cəzaların
icrasına nəzarəti həyata keçirən orqanın yaradılmasına dair təkliflərini bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
3.
Müəyyən edilsin ki:
3.1.
Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin 159.1-ci (hər iki halda) maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
3.2
həmin Məcəllənin 15-2.2, 17-1.2, 17-1.7, 34.1, 35.1, 90.4
(birinci halda), 91.5, 97.4, 100.5, 100.7, 131.1, 176.3 və 186.2-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirilir;
3.2-1.
həmin Məcəllənin 15.1-2-ci maddəsində,
189.3-cü maddəsinin birinci və ikinci cümlələrində,
190.1-ci maddəsinin ikinci cümləsində və 190.3-cü
maddəsində nəzərdə tutulmuş müvafiq icra
hakimiyyəti orqanının səlahiyyətlərini
aşağıdakı orqanlar həyata keçirirlər:
3.2-1.1.
qeyri-kommersiya hüquqi şəxslərinə və xarici
qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən
etdiyi bölgü üzrə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat
şöbələri, Naxçıvan Muxtar
Respublikasının ərazisində təsis edilən xarici
ölkələrin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəlikləri istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi;
3.2-1.2.
kommersiya hüquqi şəxslərinə, xarici kommersiya
hüquqi şəxslərinin filial və nümayəndəliklərinə,
publik hüquqi şəxslərə
münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil
olan qurumlar, habelə Naxçıvan Muxtar
Respublikasının Dövlət Vergi Xidməti;
3.2-1.3.
dini qurumlara münasibətdə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
3.3.
həmin Məcəllənin 15-1.3, 17-1.3, 34.1-1 (ikinci halda),
55.1, 64.1, 73.2, 77.1, 77.4, 78.4, 87.3, 87,6, 88.1, 88.3, 89.4, 103.5 , 109.2
və 131.2-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi həyata keçirir;
3.4.
həmin Məcəllənin 138.1, 138.2, 144.1, 145, 146.3, 151.2 və
153.2-ci maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi həyata keçirir;
3.5.
həmin Məcəllənin 15-1.4.3-cü maddəsində,
51-1.2-ci maddəsinin üçüncü cümləsində,
173.1-ci maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi həyata keçirir;
həmin
Məcəllənin 166.3-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti həyata
keçirirlər;
3.6.
həmin Məcəllənin 175.2-ci maddənin birinci, ikinci,
dördüncü və beşinci cümlələrində və
175.3-cü maddəsində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata
keçirir;
3.7.
həmin Məcəllənin 175.4-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyi həyata keçirir;
3.8.
həmin Məcəllənin 34.1-ci maddəsinin birinci cümləsində,
34.1-1-ci maddəsində (birinci halda), 34.1-2-ci maddəsinin
ikinci cümləsində və 37-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata
keçirirlər;
3.9.
həmin Məcəllənin 77.3-cü maddəsində nəzərdə
tutulmuş "Naxçıvan Muxtar Respublikasının
müvafiq icra hakimiyyəti orqanı"nın
və "Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
müvafiq olaraq Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirirlər;
3.10.
həmin Məcəllənin 2.3, 15.10, 18, 22.1-22.3, 22.5, 89.2 və
89.5-ci maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini öz səlahiyyəti daxilində Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və intizam
xarakterli hərbi hissədə saxlama cəza növünə
aid hissədə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi həyata keçirirlər;
3.11.
həmin Məcəllənin 104.5-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi həyata keçirirlər;
3.12.
həmin Məcəllənin 76.2-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
həyata keçirirlər;
3.13.
həmin Məcəllənin 2.3, 22.1, 22.5, 55.1, 77.1, 77.4, 78.4,
87.3, 87.6, 88.1, 88.3, 89.2 və 109.2-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Naxçıvan Muxtar Respublikası ərazisində
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi həyata keçirir;
3.14.
həmin Məcəllənin 4-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini öz səlahiyyəti daxilində Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi həyata
keçirirlər;
3.15.
həmin Məcəllənin 15.2-ci, 166.8-ci maddələrində,
166.10-cu maddəsinin ikinci cümləsində, 174.2-ci maddəsinin
birinci və ikinci cümlələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti həyata keçirir;
3.16.
həmin Məcəllənin 166.9-cu maddəsinin birinci və
ikinci cümlələrində nəzərdə tutulmuş
“müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Sərhəd Xidməti həyata keçirir;
3.17.
həmin Məcəllənin 17-1.5-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata
keçirir;
3.18.
həmin Məcəllənin 183.1-ci və 185.1-ci maddələrində,
186-cı maddəsinin adında və 186.1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir;
3.19.
həmin Məcəllənin 29.1-ci maddəsinin birinci cümləsində
və 90.4-cü maddəsində (ikinci halda) “müvafiq icra
hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
3.20.
həmin Məcəllənin 92.2-ci maddəsində “qəyyumluq
və himayəçilik orqanları” dedikdə himayədar ailəyə
verilmiş uşaqlara, habelə Azərbaycan
Respublikasının Ailə Məcəlləsinə uyğun
olaraq yerləşdirilənədək –
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlara münasibətdə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq
hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə
tutulur.
4.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyul tarixli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində intizam
batalyonu haqqında Əsasnamə" və "Azərbaycan
Respublikasının İslah-Əmək Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" 1997-ci il 26 fevral tarixli Fərmanı
2000-ci il sentyabrın 1-dən qüvvədən
düşmüş hesab edilsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 25 avqust 2000-ci il
¹ 388
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3932-3933.