“Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə
qərara alıram:
1.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1.
qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2.
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3.
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
357.0.3-cü maddəsində nəzərdə tutulmuş
orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli
şəxslər barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.4.
öz səlahiyyəti hüdudlarında "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn
digər məsələləri həll etsin.
2.
Müəyyən edilsin ki,
2.1
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
15.5-ci maddəsində və 15-ci maddəsinin qeydinin birinci
abzasında "müvafiq icra hakimiyyəti orqanları"
dedikdə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində
Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi), Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidməti, Azərbaycan Respublikasının Ali Dövlət
Hakimiyyəti və İdarəetmə Orqanlarının
Baş Mühafizə İdarəsi nəzərdə tutulur;
2.2.
həmin Məcəllənin 15-ci maddəsinin qeydinin ikinci
abzasında “müvafiq icra hakimiyyəti orqanları” dedikdə
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
nəzərdə tutulur;
2.3.
həmin Məcəllənin 53-2-ci, 318-ci, 318-1-ci, 322.3-cü və
322.4-cü maddələrində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə
tutulur;
2.4.
həmin Məcəllənin 38-6.3-cü, 38-7-ci, 65-1.0.2-ci,
65-1.0.3-cü, 67-ci, 326-4.1-ci, 326-4.2-ci maddələrində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi nəzərdə
tutulur;
2.5.
həmin Məcəllənin 114.2-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanı" dedikdə
Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə
tutulur;
2.6.
həmin Məcəllənin 122.2-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə
tutulur;
2.7.
həmin Məcəllənin 144-cü və 455.3-cü maddələrində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə
tutulur;
2.8.
həmin Məcəllənin 151.3-cü, 154.5-ci, 158.3-cü,
163.0.12-ci, 164.0.8-ci (yol hərəkətinin təhlükəsizliyi
sahəsində), 221.2-ci, 232-ci, 233-cü, 346.1-ci, 346.2-ci,
348–2.0.2-ci, 348–2.0.3-cü, 397.3-cü, 398.1.1-ci, 404.8-ci,
406.1.7-ci, 407.1-ci maddələrində, 407.1–1-ci maddəsinin
birinci cümləsində, 407.2-407.3-1-ci 408-ci maddələrində,
429-5.1-ci maddəsinin ikinci və üçüncü
cümlələrində, 429-6.3-cü maddəsinin ikinci
cümləsində, 451.7-ci maddəsinin
üçüncü cümləsində, 455.2-ci və
458.2-ci maddələrində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi nəzərdə tutulur;
2.8-1.
həmin Məcəllənin 391.1-1-ci maddəsində,
421.3-cü maddəsində, 429-3.1-ci maddəsinin birinci
cümləsində, 429-3.2-ci maddəsində, 429-3.4-cü
maddəsinin ikinci cümləsində, 429-4.1-ci maddəsində,
429-4.2-ci maddəsinin üçüncü cümləsində,
429-5.4-cü maddəsinin birinci və dördüncü
cümlələrində, 429-5.5-ci maddəsinin
üçüncü cümləsində, 429-5.6-cı maddəsinin
üçüncü cümləsində, 429-6.1-ci maddəsində
(birinci halda) və 429-7.3-cü maddəsində “müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sistemi”
dedikdə, Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi
informasiya sistemi nəzərdə tutulur;
2.8-2.
həmin Məcəllənin 429-3.1-ci maddəsinin ikinci
cümləsində, 429-6.1-ci maddəsində (ikinci halda),
429-6.2.1-ci maddəsində və 429-6.2.2-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi”
dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin “ASAN ödəniş”
sistemi nəzərdə tutulur;
2.8-3.
həmin Məcəllənin 451.3-cü maddəsinin
üçüncü cümləsində “müvafiq icra
hakimiyyəti orqanlarının informasiya sistemləri” dedikdə,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi
informasiya sistemi və Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə
tutulur;
2.9.
həmin Məcəllənin 28-1.1-ci maddəsinin ikinci cümləsində,
300.0.3-cü, 314-1.1-ci, 314-1.2-ci maddələrində,
370-1.3-cü maddəsinin birinci cümləsində,
370-3.3-cü, 456-1.1-ci və 456-1.3-cü maddələrində
“müvafiq icra hakimiyyəti orqanı”, 194.1-ci, 235-ci və
356.1-ci maddələrində “müvafiq icra hakimiyyəti
orqanları” dedikdə Azərbaycan Respublikasının yerli
icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.10.
həmin Məcəllənin 213-cü, 324-cü maddəsinin
adında, 324.1-ci və 324.2-ci maddələrində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi nəzərdə tutulur;
2.11.
həmin Məcəllənin 247.1-ci, 247.2-ci və 325-ci maddələrində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Vergilər Nazirliyi nəzərdə
tutulur;
2.12.
həmin Məcəllənin 256-cı maddəsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi nəzərdə tutulur;
2.13.
həmin Məcəllənin 258-ci, 260-cı, 261.2-ci,
263-cü, 264-cü, 265.0.1-ci, 265.0.3-265.0.5-ci, 266-cı maddəsinin
adında, 266.1-266.3-cü, 267-ci, 268-ci, 269-cu, 272-ci, 273-cü,
275-ci, 276-ci, 277-ci, 282.2-ci, 287-ci, 288-ci, 291-ci, 292-ci və
326-cı maddələrində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;
2.14.
həmin Məcəllənin 317-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzərdə
tutulur;
2.15.
həmin Məcəllənin 76-1.0.1-ci, 92.3.4-cü, 319-cu və
455.4-cü maddələrində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə
tutulur;
2.16.
həmin Məcəllənin 320-1-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan
Respublikasının Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti,
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi nəzərdə tutulur;
2.17.
həmin Məcəllənin 324-6-cı maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi həyata keçirir;
2.17-1.
həmin Məcəllənin 221.3-cü və 323.1-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata
keçirir;
2.18.
həmin Məcəllənin 357.0.3-cü və 361-ci maddələrində
"müvafiq icra hakimiyyəti orqanları" dedikdə bu Fərmanın
3-cü bəndində göstərilmiş inzibati xətalar
haqqında işlərə baxmağa səlahiyyəti olan Azərbaycan
Respublikasının nazirlikləri, dövlət komitələri
və digər müvafiq icra hakimiyyəti orqanları, habelə
yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;
2.19.
həmin Məcəllənin 359.2-ci maddəsində nəzərdə
tutulmuş "Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
2.20.
həmin Məcəllənin 398.1.2-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə
tutulur;
2.21.
həmin Məcəllənin 130.6-cı və 398.1.4-cü maddələrində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi nəzərdə
tutulur;
2.22.
həmin Məcəllənin 126.1.4-cü, 126.1.11-ci, 404.10-cu və
406.6-cı maddələrində nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.23.
həmin Məcəllənin 426.3.4-cü maddəsində
"müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan
Respublikası Prezidentinin İcra Aparatı nəzərdə
tutulur;
2.24.
həmin Məcəllənin 326-2-ci və 402.3-cü maddələrində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında Dövlət Feldyeger Xidməti nəzərdə
tutulur;
2.25.
həmin Məcəllənin 223-1.1-ci maddəsində
"müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə
tutulur;
2.26.
"həmin Məcəllənin 223-1.2-ci, 300.0.1-ci və
300.0.3-cü maddələrində "müvafiq icra hakimiyyəti
orqanı" dedikdə Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə
tutulur;
2.27.
həmin Məcəllənin 326.1-cı maddəsində "bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan" dedikdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi nəzərdə tutulur;
2.28.
həmin Məcəllənin 349-cu, 350-ci, 351-ci, 354.2.1-ci,
354.2.3-cü, 354.3-cü və 356-1.1-ci maddələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yerli idarə, şöbə və bölmələri
həyata keçirirlər;
2.29.
həmin Məcəllənin 125.0.3-cü maddəsində
"müvafiq icra hakimiyyəti orqanları dedikdə, Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nəzərdə
tutulur.
2.30.
həmin Məcəllənin 53-4.1-ci və 53-4.2-ci maddələrində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları" dedikdə Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2.31.
həmin Məcəllənin 324-3.2-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan
Respublikasının Energetika Nazirliyi, Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti, rayon və şəhər
icra hakimiyyəti orqanları nəzərdə tutulur.
2.32.
həmin Məcəllənin 348–2.0.1-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının ərazisində xarici hüquqi şəxslər
və ya əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən təsis
edilmiş hüquqi şəxslər, o cümlədən
birbaşa və ya dolayı yolla xarici kapitalın
iştirakı ilə yaradılmış hüquqi şəxslərə
münasibətdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi, digər hüquqi şəxslərə münasibətdə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
nəzərdə tutulur.
2.33.
həmin Məcəllənin 257-4-cü maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.
2.34.
həmin Məcəllənin 88-2.1.1-ci və 88-2.1.2-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti və rayon (şəhər) icra hakimiyyəti
orqanları ilə razılaşdırmaqla
həyata keçirir.
2.34-1.
həmin Məcəllənin 88-2.1.3-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir
2.35.
həmin Məcəllənin 324-1-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi nəzərdə tutulur.
2.36.
həmin Məcəllənin 155.1.9-cu maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə
tutulur;
2.37.
həmin Məcəllənin 320-ci maddəsində “müvafiq
icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə
tutulur;
2.38.
həmin Məcəllənin 321.1-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2.39.
həmin Məcəllənin 398.1.6-cı maddəsində
«müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə
tutulur;
2.40.
həmin Məcəllənin 457.2-ci, 457.2-1-ci, 457.4-cü maddələrində
«müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə
tutulur.
2.41.
həmin Məcəllənin 221.5-ci maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının şəhər və kənd
yaşayış məntəqələrində, digər ərazilərində
yerləşən küçə reklamı daşıyıcılarına
münasibətdə rayon və şəhər icra hakimiyyəti
orqanları, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara daxil
olan abidələrin üzərində yerləşən
küçə reklamı daşıyıcılarına
münasibətdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə
tutulur.
2.42.
həmin Məcəllənin 247-4-cü maddəsində,
407.1–1-ci maddəsinin ikinci cümləsində “müvafiq icra
hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi nəzərdə
tutulur.
2.43.
həmin Məcəllənin 163.0.1-ci, 164.0.8-ci (yol hərəkətinin
təhlükəsizliyi sahəsi istisna olmaqla) və 326-5-ci
maddələrində “müvafiq icra hakimiyyəti orqanı”
dedikdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi
nəzərdə tutulur.
2.44.
həmin Məcəllənin 451.7-ci maddəsinin altıncı
cümləsində “müvafiq icra hakimiyyəti orqanı”
dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə tutulur;
2.45.
həmin Məcəllənin 200-1-ci, 200-3-cü maddələrində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe
olan vergi orqanları, habelə Naxçıvan Muxtar
Respublikasının Vergilər Nazirliyi, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat
şöbələri və Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dini Qurumlarla İş üzrə İdarəsi nəzərdə
tutulur;
2.46.
həmin Məcəllənin 451.8-ci maddəsinin
dördüncü cümləsində “müvafiq icra hakimiyyəti
orqanı” dedikdə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi nəzərdə tutulur.
2.47.
həmin Məcəllənin 54.0.9-cu maddəsində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə
tutulur;
2.48.
həmin Məcəllənin 340-3-cü, 340-4-cü,
348-8.2.1-ci, 348-8.2.2-ci və 348-8.2.3-cü maddələrində
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi nəzərdə
tutulur;
2.49.
həmin Məcəllənin 74.2-ci maddəsində “müvafiq
icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya
qoruqları ərazisində yerləşən mədəni sərvətlərə
münasibətdə isə Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə
tutulur.
3.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
357.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən
edilsin ki:
3.1.
həmin Məcəllənin 53, 53-1, 53-2, 54-59-cu, 253-1.2-ci,
318-ci, 318-1-ci və 322-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi baxır;
3.2.
həmin Məcəllənin 64-68-ci, 68-8.1-ci, 103-cü və
230-cu maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi baxır;
3.3.
həmin Məcəllənin 49-cu, 68-10-cu, 69-cu, 104.3-cü,
104.4-cü, 123-1-ci, 126.1.1-126.1.8-ci, 126.2-ci (baxılması səlahiyyətlərinə
aid edilmiş maddələr üzrə), 140-1-ci, 150-2.1.2,
150-2.1.7-ci, 150-3-cü, 150-4-cü, 151.1—151.4-cü, 151-1 –
151-4-cü, 152.1-152.3-cü, 152-3.1–152-3.4-cü, 152-4-cü,
152-5.1–152-5.4-cü, 153.1-153.5, 154.1-ci, 155.1-155.3-cü,
155.6-cı, 156-1-ci, 158-ci, 158-1-ci, 160-cı, 162-ci,
163.0.1–163.0.3-cü, 163.0.6-cı, 163.0.12-ci, 163.0.14-cü,
163-1.1–163-1.3-cü, 164.0.1-ci, 164.0.4-cü, 164.0.7-ci, 165-168-ci,
221.2-ci, 224-1.2-ci, 232-ci, 296-cı, 298-1-ci, 301.0.1-301.0.6-cı,
301.0.9-301.0.13-cü, 305-ci, 306-ci, 308-ci, 327-329-cu, 337-ci, 341-ci,
341-1-ci, 341-2-ci, 342-ci və 344-348-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi baxır;
3.3-1.
həmin Məcəllənin 38-1-ci, 152-1.1-ci, 152-2.1-ci,
152-2.2-ci, 156.2-ci, 298-ci, 307-1-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi baxır və
ya inzibati xətanın xarakterini, inzibati xəta törədən
şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini,
məsuliyyəti ağırlaşdıran
halların mövcudluğunu nəzərə alaraq şəxs
barəsində həmin maddələrdə nəzərdə
tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh
tədbirlərindən daha ağır tənbeh
tədbirinin tətbiqini mümkün hesab etdikdə inzibati xəta
haqqında işi baxılması üçün məhkəməyə
göndərir;
3.3-2.
həmin Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin
mülki məsuliyyətinin icbari sığortası üzrə
standart sığorta müqaviləsi növünə
münasibətdə - Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə
və Azərbaycan Yaşıl Kartı növünə
münasibətdə - Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi baxır.
3.4.
həmin Məcəllənin 70-ci, 86-cı (meşə fondu
torpaqlarına aid hissəsində), 92-100-cü maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi baxır;
3.5.
həmin Məcəllənin 71-ci, 85.0.3-cü, 85.0.5-85.0.7-ci,
102.0.6-ci və 102.0.7-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi baxır;
3.6.
həmin Məcəllənin 72-ci, 101-ci, 102.0.2-ci,
102.0.3-cü, 102.0.5-ci və 106-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və
Su Təsərrüfatı Komitəsi baxır;
3.7.
həmin Məcəllənin 73-cü, 78-84-1-ci, 102.0.1-ci,
102.0.4-cü, 104.1-ci, 104.2-ci, 110-cu, 112-ci, 113.1.1-113.1.9-cu,
113.1.11-ci, 113.1.12-ci, 113.2-ci, 127-129-cu, 319-cu maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi baxır;
3.8.
həmin Məcəllənin 74.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
bu inzibati xətalar “İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni
sərvətlərə münasibətdə törədildikdə
isə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər”
Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi baxır;
3.8-1.
həmin Məcəllənin 74.3-cü və 74.4-cü maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə mədəni irsə münasibətdə Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, təbii
irsə münasibətdə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu inzibati xətalar
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə
isə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxır
3.9.
həmin Məcəllənin 75-ci 119-cu, 119-1.1-ci, 119-1.3-cü,
120-ci, 121-ci, 123-cü, 124-cü, 125-ci, 126.1.9-126.1.11-ci və
126.2-ci (baxılması səlahiyyətlərinə aid
edilmiş maddələr üzrə) maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
baxır;
3.10.
həmin Məcəllənin 86-cı (meşə fonduna aid
olan torpaqlar istisna olmaqla), 87-89-cu və 90.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi baxır;
3.11.
həmin Məcəllənin 90.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, yerquruluşu və kadastr məqsədləri
üçün daimi fəaliyyət göstərən
geodeziya istinad məntəqələrinin sıradan
çıxarılması ilə əlaqədar inzibati xətalar
haqqında işlərə isə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi baxır.
3.12.
həmin Məcəllənin 108-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi baxır;
3.13.
həmin Məcəllənin 109.0.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, xüsusi (sahəvi) təyinatlı
geodeziya materiallarının və məlumatlarının,
avadanlığının və cihazlarının ticarət
dövriyyəsinə daxil edilməsi ilə əlaqədar
inzibati xətalar haqqında işlərə isə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi baxır;
3.13-1.
həmin Məcəllənin 109.0.2-ci və 109.0.3-cü maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, yerquruluşu
və kadastr məqsədləri üçün daimi fəaliyyət
göstərən geodeziya istinad məntəqələrinin
korlanması, yaxud məhv edilməsi, yerlərinin dəyişdirilməsi, habelə belə məntəqələrin
yenidən qurulması, yaxud yeni məntəqələrin
quraşdırılması ilə əlaqədar inzibati xətalar
haqqında işlərə isə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi baxır;
3.14.
həmin Məcəllənin 111-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin
işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi baxırlar, yaxud inzibati xətanın xarakterini, inzibati
xəta törədən şəxsin şəxsiyyətini,
onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların
mövcudluğunu nəzərə alaraq şəxs barəsində
həmin maddədə nəzərdə tutulan cərimə
inzibati tənbeh tədbirindən daha ağır tənbeh tədbirinin
tətbiqini mümkün hesab etdikdə inzibati xəta
haqqında işi baxılması üçün məhkəməyə
göndərirlər;
3.15.
həmin Məcəllənin 114.1-ci və 115-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi baxır;
3.16.
həmin Məcəllənin 116-118-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Energetika Nazirliyi baxır;
3.17.
həmin Məcəllənin 115-1-ci və 320-1-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Energetika
Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi öz səlahiyyətləri daxilində
baxırlar;
3.18.
həmin Məcəllənin 149.2-149.5-ci, 150.2–150.5-ci,
150-2.1.3–150-2.1.6-cı, 150-5.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi baxır;
3.19.
həmin Məcəllənin 135-140-cı maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi baxır;
3.20.
həmin Məcəllənin 141-143-cü, 145-148-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyası baxır;
3.21.
həmin Məcəllənin 144-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;
3.22.
həmin Məcəllənin 149.1-ci, 150.1-ci, 193-195-ci, 197-ci,
198-ci, 199-2-ci, 221.1-ci, 231-ci, 236.1-ci, 239-241-ci və 342-1-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının yerli icra
hakimiyyəti orqanları baxırlar;
3.23.
həmin Məcəllənin 169-180-ci, 183-1-ci, 240-1.3-cü və
240-1.4-cü maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi baxır;
3.24.
həmin Məcəllənin 190-ci və 191-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsi baxır;
3.25.
həmin Məcəllənin 192-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv
İdarəsi baxır;
3.26.
həmin Məcəllənin 196.0.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi,
196.0.3-196.0.6-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi, 196.0.1-ci
maddəsində nəzərdə tutulmuş xüsusi
razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli
bina və qurğuların layihələndirilməsi
ilə əlaqədar inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının Dövlət Tikinti və
Arxitektura Komitəsi, xüsusi razılıq (lisenziya) olmadan I
və II məsuliyyət səviyyəli bina və
qurğuların mühəndis-axtarış və
tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;
3.27.
həmin Məcəllənin 206-220-ci, 220-1-ci, 221-1-ci və
324-cü maddələrində nəzərdə tutulmuş xətalar
haqqında işlərə Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
baxır;
3.28.
həmin Məcəllənin 221.3-cü, 221.4-cü, 224-cü,
225-ci, 226-cı, 227-ci, 228.0.2-ci, 228.0.7-ci, 228.0.13-cü, 231-ci,
231–1-ci, 323.2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
baxır;
3.29.
həmin Məcəllənin 222.2-ci, 247.1-ci, 247.2-ci, 248-ci,
249-cu, 252-ci və 325-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Vergilər Nazirliyi baxır;
3.29-1.
həmin Məcəllənin 246-cı maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə vergilərə
münasibətdə Azərbaycan Respublikasının Vergilər
Nazirliyi, məcburi dövlət sosial sığorta
haqlarına münasibətdə Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
baxır;
3.30.
həmin Məcəllənin 222.3-cü və 222.4-cü,
223-2-223-9-cu, 247-2-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Mərkəzi Bankı baxır;
3.31.
həmin Məcəllənin 204-1-ci, 204-2-ci, 238-1-ci, 253-cü,
253-2-ci, 254-cü, 255-ci, 255-1-ci, 255-2-ci, 255-3-cü, 257-1-ci və
257-5-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi baxır;
3.32.
həmin Məcəllənin 52-1.2-ci, 257-2-ci və 257-4-cü
maddələrində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondu baxır;
3.33.
həmin Məcəllənin 74.1-ci, 259-291-ci, 293-cü,
294-cü, 295-ci və 326-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
baxır;
3.34.
həmin Məcəllənin 302-304-cü, 253.1-ci və 316-ci
maddələrində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi baxır;
3.35.
həmin Məcəllənin 228.0.1-ci, 228.0.8 - 228.0.11-ci,
317.2-ci və 317-1-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi
baxır;
3.36.
həmin Məcəllənin 228.0.3-cü maddəsində nəzərdə
tutulmuş standartların və digər normativ sənədlərin
tələblərinə cavab verməyən malların
istehsalı ilə əlaqədar işlərə Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
standartların və digər normativ sənədlərin tələblərinə
cavab verməyən malların satılması, işlərin
yerinə yetirilməsi, xidmətlərin göstərilməsi
ilə əlaqədar işlərə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi,
228.0.4-cü maddəsində nəzərdə tutulmuş
qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı
olan, lakin sertifikatlaşdırılmadan
malların istehsalı ilə əlaqədar işlərə
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı
olan, lakin sertifikatlaşdırılmadan
malların satılması, işlərin yerinə yetirilməsi,
xidmətlərin göstərilməsi ilə əlaqədar
işlərə Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyi, 228.0.5-ci maddəsində
nəzərdə tutulmuş standartların, digər normativ sənədlərin
tələblərinin pozulması nəticəsində
insanların həyatı, sağlamlığı, əmlakı
və ya ətraf mühit üçün təhlükəli
məhsulun istehsalı ilə əlaqədar işlərə
Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
standartların, digər normativ sənədlərin tələblərinin
pozulması nəticəsində insanların həyatı,
sağlamlığı, əmlakı və ya ətraf
mühit üçün təhlükəli məhsulun
satılması, işin (xidmətin) görülməsi ilə
əlaqədar işlərə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
baxır.
3.37.
həmin Məcəllənin 150-1-ci və 334-336-cı maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Dövlət
Sərhəd Xidməti baxır;
3.38.
həmin Məcəllənin 350-ci, 354.2-ci, 354.3-cü və
355-ci maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
baxır;
3.39.
həmin Məcəllənin 326-2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Feldyeger Xidməti baxır;
3.40.
həmin Məcəllənin 223.1. 1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə fiziki
şəxslərə və dini qurumlar istisna olmaqla, digər
qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi və kommersiya
hüquqi şəxslərə münasibətdə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
baxırlar;
3.41.
həmin Məcəllənin 223.1-1.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi baxır;
3.42.
həmin Məcəllənin 257-3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi baxır;
3.43.
həmin Məcəllənin 187-1-ci və 187-2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Milli Televiziya və Radio Şurası
baxır.
3.44.
həmin məcəllənin 247-1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə bank
olmayan kredit təşkilatlarına münasibətdə Azərbaycan
Respublikasının Mərkəzi Bankı və digər
mühasibat uçotu subyektlərinə (kredit təşkilatları,
siyasi partiyalar istisna olmaqla), həmçinin sığorta, təkrarsığorta və sığorta
vasitəçiliyinə münasibətdə Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi baxırlar;
3.45.
həmin Məcəllənin 324.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi baxır.
3.46.
həmin Məcəllənin 356.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi baxır.
3.47
həmin Məcəllənin 150-2.1.1-ci, 150-2.1.8-ci, 161.2-ci,
163.0.4-cü, 163.0.5-ci, 163.0.7–163.0.10-cu, 164.0.2-ci, 164.0.3-cü,
164.0.5-ci, 164.0.6-cı, 164.0.8–164.0.10-cu maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi öz səlahiyyətləri
daxilində baxırlar.
3.48.
həmin Məcəllənin 53-4.2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu və
Azərbaycan Respublikasının Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi öz səlahiyyətləri
daxilində baxırlar.
3.49.
həmin Məcəllənin 348–2-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının ərazisində xarici hüquqi şəxslər
və ya əcnəbi və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən təsis
edilmiş hüquqi şəxslər, o cümlədən
birbaşa və ya dolayı yolla xarici kapitalın
iştirakı ilə yaradılmış hüquqi şəxslərə
(onların vəzifəli şəxsləri və mühafizəçilərinə)
münasibətdə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi, digər hüquqi şəxslərə (onların vəzifəli
şəxsləri və mühafizəçilərinə)
münasibətdə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi baxır.
3.50.
həmin Məcəllənin 238-ci maddəsində nəzərdə
tutulmuş bank fəaliyyəti sahəsində qiymətli
metalların və qiymətli daşların uçotu,
saxlanılması, mühafizəsi və dövriyyəsi
qaydalarının pozulması ilə əlaqədar işlərə
Azərbaycan Respublikasının Mərkəzi Bankı, qiymətli
metalların və qiymətli daşların hasilatı sahəsində
qiymətli metalların və qiymətli daşların
uçotu, saxlanılması və mühafizəsi
qaydalarının pozulması ilə əlaqədar işlərə
Azərbaycan Respublikasının Energetika Nazirliyi, qalan hallarda
qiymətli metalların və qiymətli daşların
istehsalı, emalı, istifadəsi və dövriyyəsi
qaydalarının, qiymətli metalların və qiymətli
daşların, onlardan hazırlanmış məhsulların
(məmulatların) mühafizəsi, pərakəndə
satışı, uçotu, saxlanılması, onların
qırıntılarının və tullantılarının
yığılması qaydalarının pozulması ilə əlaqədar
işlərə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi baxır.
3.51.
həmin Məcəllənin 199-cu maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
sığorta, təkrarsığorta və
sığorta vasitəçiliyi fəaliyyətinə
münasibətdə Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi baxır;
3.52.
Həmin Məcəllənin 253-1.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
ümumi istifadədə olan nəqliyyat vasitələri və
taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi
qəza sığortasına münasibətdə Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, dəmiryol
nəqliyyatı vasitələri sərnişinlərinin icbari
fərdi qəza sığortasına münasibətdə Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi, su nəqliyyatı
vasitələri sərnişinlərinin icbari fərdi qəza
sığortasına münasibətdə Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası,
hava nəqliyyatı vasitələri sərnişinlərinin
icbari fərdi qəza sığortasına münasibətdə
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası, yaşayış binalarının,
yaşayış evlərinin və mənzillərin icbari
sığortasına münasibətdə Azərbaycan
Respublikasının yerli icra hakimiyyəti orqanları, digər
daşınmaz əmlakın icbari sığortasına və
daşınmaz əmlakın istismarı ilə bağlı
mülki məsuliyyətin icbari sığortasına
münasibətdə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi baxır.
3.53.
həmin Məcəllənin 339-cu və 340-cı maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti öz səlahiyyətləri
daxilində baxırlar;
3.54.
həmin Məcəllənin 331-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə öz
səlahiyyətləri daxilində Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi (şəxsiyyət
vəsiqəsi və pasporta aid hissədə), Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi (pasporta aid
hissədə), Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti (Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərə
aid hissədə) və Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyası (dənizçinin
şəxsiyyət sənədinə aid hissədə)
baxırlar;
3.55.
həmin Məcəllənin 130-134-cü, 149.6-cı və
150.6-cı maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası baxır.
3.56.
həmin Məcəllənin 258-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi və
Azərbaycan Respublikasının Dövlət Sərhəd
Xidməti öz səlahiyyətləri daxilində
baxırlar;
3.57.
həmin Məcəllənin 71-ci, 76-cı, 85.0.2-ci, 85.0.8-ci,
85.0.9-cu, 85.0.10-cu maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi öz səlahiyyətləri daxilində baxırlar;
3.57-1.
həmin Məcəllənin 85.0.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən
istifadə ilə əlaqədar işlərin təhlükəsiz
aparılması tələblərinin pozulması hissəsində
Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi
üzrə standartların (normaların, qaydaların) tələblərinin
pozulması hissəsində Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin
və ətraf mühitin mühafizəsi üzrə
standartların (normaların, qaydaların) tələblərini
pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin
işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi baxırlar;
3.58.
həmin Məcəllənin 77-ci, 85.0.4-cü, 107-ci, 114.2-ci,
maddələrində nəzərdə tutulmuş inzibati xətalar
haqqında işlərə Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi baxır;
3.59.
həmin Məcəllənin 144-1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası
öz səlahiyyətləri daxilində baxırlar;
3.60.
həmin Məcəllənin 155.1.9-cu və 159-cu maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi öz səlahiyyətləri daxilində
baxırlar;
3.61.
həmin Məcəllənin 161.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi öz səlahiyyətləri
daxilində baxırlar;
3.62.
həmin Məcəllənin 301.0.7-ci və 301.0.8-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi öz səlahiyyətləri daxilində
baxırlar;
3.63.
həmin Məcəllənin 320-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri
daxilində baxırlar;
3.64.
həmin Məcəllənin 321-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri
daxilində baxırlar.
3.65.
həmin Məcəllənin 113.1.10-cu maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
radioaktiv tullantılara, işlənmiş, lakin yenidən
istifadəyə yararlı olan nüvə yanacağına,
radioaktiv maddələrə və nüvə materiallarına
aid hissədə Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır.
3.66.
həmin Məcəllənin 326-4.3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi baxır.
3.67.
həmin Məcəllənin 235-ci və 236.2-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının yerli icra hakimiyyəti orqanları
baxırlar;
3.68.
həmin Məcəllənin 68-6-cı, 68-7-ci, 68-8.2-ci və
68-9-cu maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
baxır.
3.69.
həmin Məcəllənin 348–3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Mərkəzi Bankı (kredit təşkilatları,
həmçinin lizinq xidmətləri
göstərən kredit təşkilatlarına münasibətdə),
Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi (qiymətli kağızlar
bazarının peşəkar iştirakçıları olan
brokerlərə, aktivlərin idarə edilməsi üzrə fəaliyyəti
həyata keçirənlərə, lotereya təşkilatçısına
və investisiya fondlarına münasibətdə), Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi
(sığortaçı, təkrarsığortaçı
və sığorta vasitəçilərinə, qiymətli
daşların, qiymətli metalların, o cümlədən
qiymətli daşlardan və ya qiymətli metallardan
hazırlanmış zərgərlik və ya digər məişət
məmulatlarının alqı-satqısı
ilə məşğul olan fiziki və ya hüquqi şəxslərə
münasibətdə), Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi (pul vəsaitlərinin
köçürülməsi ilə məşğul olan
poçt xidməti göstərən müəssisələrə
münasibətdə), Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi (öz fəaliyyətinin tərkib hissəsi
kimi vəsait alan, toplayan, verən və ya vəsait
köçürən qeyri-hökumət təşkilatlarına,
xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının
filial və nümayəndəliklərinə
münasibətdə), Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi (öz
fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan,
toplayan, verən və ya vəsait köçürən dini
təşkilatlara münasibətdə) və Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti (lombardlara və daşınmaz əmlakın
alqı-satqısı üzrə vasitəçilik
xidmətləri göstərən fiziki və ya hüquqi
şəxslərə münasibətdə) baxırlar.
3.70.
həmin Məcəllənin 68-5-ci maddəsində nəzərdə
tutulmuş ekoloji təmiz kənd təsərrüfatının
tələblərinə cavab verməyən kənd təsərrüfatı
və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının milli əmtəə
nişanının vurulması, ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul
olan şəxslər tərəfindən həmin məhsulların
ənənəvi üsullarla istehsal edilmiş məhsullarla
qarışdırılması və spesifikliyinin qorunmaması ilə əlaqədar işlərə
həmin məhsulların istehsalı və satışaqədər
saxlanması mərhələsində Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmin
məhsulların istehlakçılara təklif olunması mərhələsində
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyi, etiketi üzərində istehsalında genetik
modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməyən
məhsulların ekoloji təmiz kənd təsərrüfatı
və ərzaq məhsulları kimi Azərbaycan
Respublikasında satışa çıxarılması ilə
əlaqədar işlərə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
baxırlar.
3.71.
həmin Məcəllənin 340-1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidməti baxır;
3.72.
həmin Məcəllənin 222.1-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin
işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan
Respublikasının Vergilər Nazirliyi baxırlar;
3.73.
həmin Məcəllənin 91-ci maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə həmin
işlər üzrə inzibati icraata başlamış Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi baxırlar;
3.74.
həmin Məcəllənin 200-3-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
kommersiya qurumlarına münasibətdə Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, dini qurumlara münasibətdə
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına
münasibətdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi baxır;
3.75.
həmin Məcəllənin 340-2 — 340-5-ci maddələrində
nəzərdə tutulmuş inzibati xətalar haqqında
işlərə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi baxır;
3.76.
həmin Məcəllənin 223-1.4-cü maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə
qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə münasibətdə
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, banklara
münasibətdə Azərbaycan Respublikasının Mərkəzi
Bankı baxır.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı
şəhəri 29 avqust 2000-ci il
¹ 389
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu. – 2000. – 31
avqust, ¹ 8. – S. 3934-3939.