"Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 iyun
2000-ci il tarixli, 349 nömrəli Fərmanına dəyişikliklər
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli, 349 nömrəli
Fərmanında aşağıdakı dəyişikliklər
edilsin:
1. Fərmanın
2-ci bəndindəki "Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin" sözlərindən sonra
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin,
Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin,
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin,
Azərbaycan Hava Yolları Dövlət Konserninin" sözləri
əlavə edilsin.
2. Fərmanın
3-cü və 7-ci bəndləri aşağıdakı
redaksiyada verilsin:
"3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı
şəhərində orta təhsil sisteminin idarəedilməsinin
təkmilləşdirilməsi barədə
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin";
"7.
Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı
Əmtəəşünaslıq və Kommersiya
İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad
Universiteti yaradılsın.
Ölkədə
iqtisadi profilli mütəxəssislərin hazırlanması
işinin təkmilləşdirilməsi zərurətini
nəzərə alaraq Azərittifaqa
tövsiyə olunsun ki, Azərbaycan Kooperasiya İnstitutunun gələcək
fəaliyyəti və Bakı Kooperativ Texnikumunun profilinin dəyişdirilməsi məsələsini Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə birlikdə
baxıb həll etsin".
3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsilin
və elmin inteqrasiyası barədə təkliflərini iki ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 30 avqust 2000-ci il
¹ 391
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3940.