“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun icrasını, habelə Azərbaycan
Respublikasının ozon təbəqəsinin qorunmasına dair
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1.
Müəyyən edilsin ki:
“Ətraf
mühitin mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 4-cü maddəsinin 1-ci hissəsinin
1.4-cü və 1.12-ci bəndlərində, 10-cu maddəsinin
ikinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində,
15-ci maddəsinin birinci hissəsində, 54-cü maddəsinin
7-ci hissəsində, 73-cü maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini:
torpaq
üzrə - Əmlak Məsələləri Dövlət
Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi;
bitki
örtüyü (meşələr istisna olmaqla) və heyvanat
aləmi üzrə (balıqlar istisna olmaqla) - Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi;
meşələr
üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi;
balıqlar
üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi;
su
resursları üzrə (yeraltı sular istisna olmaqla) - Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti;
faydalı
qazıntılar (neft və qaz istisna olmaqla) və yeraltı
sular üzrə - Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi;
neft
və təbii qaz üzrə - əsasnaməsinə və
nizamnaməsinə müvafiq olaraq, Azərbaycan
Respublikasının Energetika Nazirliyi və Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti;
təhlükəli
təsərrüfat fəaliyyəti növləri üzrə
- Azərbaycan Respublikasının Fövqəladə Hallar
Nazirliyi;
məişət
tullantıları üzrə - yerli icra hakimiyyəti
orqanları;
dağ-mədən
işlər ilə əlaqədar istehsalat tullantıları
üzrə - Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi
digər
istehsalat tullantıları və zərərli maddələr
üzrə (toksiki) - Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi həyata
keçirirlər;
atmosfer
havası üzrə - Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
radioaktiv
və ionizə şüaları verən
maddələr üzrə - Fövqəladə Hallar Nazirliyi;
həmin
Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.9-cu bəndində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini;
dövlət
qoruqları, dövlət milli və təbiət parkları,
başqa xüsusi mühafizə tələb edən təbiət
əraziləri və obyektləri üzrə (geoloji obyektlər
istisna olmaqla) - Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi;
geoloji
qoruqlar, yasaqlıqlar, təbiət abidələri,
mağaralar və digər yeraltı boşluqlar üzrə -
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirirlər
həmin
Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.13-cü bəndində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərinin Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata
keçirir;
həmin
Qanunun 44-cü maddəsinin 2-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi öz səlahiyyətləri çərçivəsində
həyata keçirirlər;
həmin
Qanunun 45-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq
orqanlarla (Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi) razılaşdırmaqla həyata
keçirir;
həmin
Qanunun 47-ci maddəsinin 1-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli
icra hakimiyyəti orqanları öz səlahiyyətləri
çərçivəsində həyata keçirirlər;
həmin
Qanunun 47-ci maddəsinin 2-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin razılığı ilə
həyata keçirir;
həmin
Qanunun 63-cü maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi həyata keçirir;
həmin
Qanunun 69-cu maddəsinin 2-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
səlahiyyətlərini - Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
həmin
Qanunun 76-cı maddəsinin 2-ci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Auditorlar Palatası həyata keçirir.
2.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli,
637 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növlərinin və onları verən icra hakimiyyəti
orqanlarının Siyahısı"na
aşağıdakı məzmunda 77-ci bənd əlavə
edilsin:
“77.
Ozondağıdıcı maddələrin və tərkibində
belə maddələr olan məhsulların istehsalı, təsərrüfat
fəaliyyətində istifadəsi, saxlanması,
resirkulyasiyası və zərərsizləşdirilməsi
Ekologiya
və Təbii Sərvətlər Nazirliyi”
3.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609
nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi
Qaydaları"nın 2 nömrəli əlavəsinin
"İdxal" və "İxrac" bölmələrinə
müvafiq olaraq aşağıdakı məzmunda yeni abzas əlavə
edilsin:
“Ozondağıdıcı
maddələr və tərkibində belə maddələr
olan məhsullar
Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsi”
4.
Azərbaycan Respublikası Nazirlər Kabineti:
Bu Fərmanın
2-ci bəndində göstərilən fəaliyyət
növünə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarını bir ay müddətində hazırlayıb təsdiq
etsin;
bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
5.
bu Fərman dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı
şəhəri, 30 avqust 2000-ci il
¹ 392
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. – S. 3940-3942.