Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) arasında Proqram Kredit Razılaşması (Dağlıq və Yüksək Dağlıq Ərazilərdə Kənd Yerlərinin İnkişafı Proqramı) və Xüsusi Əməliyyatlar üçün Qrant Sazişinin, Azərbaycan Respublikası, Gürcüstan və İFAD arasında Əməkdaşlıq Memorandumunun Azərbaycan Respublikası hökuməti adından imzalanması səlahiyyətlərinin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikası ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu (İFAD) arasında Proqram Kredit Razılaşması (Dağlıq və Yüksək Dağlıq Ərazilərdə Kənd Yerlərinin İnkişafı Proqramı) və Xüsusi Əməliyyatlar üçün Qrant Sazişinin, Azərbaycan Respublikası, Gürcüstan və İFAD arasında Əməkdaşlıq Memorandumunun Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətləri Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilsin.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətlərinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilməsi barədə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonda müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

 

Bakı şəhəri, 9 avqust 2000-ci il

                  ¹ 501

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8.–  S.3949.