Azərbaycan
Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil
olduğu blokun bərpası, kəşfiyyatı və
işlənməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil
olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında Sazişin əsas
kommersiya prinsipləri və müddəalarına dair Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti ilə
Amerika Birləşmiş Ştatlarının Monkrif
Oyl İnterneşnl İnkorporeyted şirkəti və Türkiyə
Cümhuriyyətinin Pet Oyl
Petroleum ənd Petroleum Prodakts İnterneyşn Eksploreyşn
ənd Prodakşn İnkorporeyted şirkəti arasında
ümumi razılığın əldə edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini
qəbul edərək qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinə Monkrif Oyl İnterneşl
İnkorporeyted şirkəti və Pet Oyl Petroleum
ənd Petroleum Prodakts İnterneyşn Eksploreyşn ənd Prodakşn İnkorporeyted
şirkəti ilə birlikdə Azərbaycan Respublikasında Mişovdağ və Kəlaməddin
neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında Sazişin hazırlanması və bağlanması
səlahiyyəti verilsin.
2. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan
Respublikasında Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil
olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında Saziş hazırlandıqdan sonra onu baxılmaq
üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri,
14 avqust 2000-ci il
¹ 502
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8.– S.3949-3950.