Avstraliyanın
Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya
Oyunlarında ən yüksək nəticələrə
görə mükafatların müəyyən edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
Respublikasının idmançıları və onların məşqçilərini
XXVII Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr
göstərməyə həvəsləndirmək
məqsədi ilə qərara alıram:
1. XXVII Yay Olimpiya
Oyunlarında ən yüksək nəticələr göstərmiş
Azərbaycan Respublikasının idmançıarı
və onların məşqçiləri üçün
mükafatlar aşağıdakı qaydada müəyyən
edilsin:
birinci yeri tutan hər
bir idmançıya 225 milyon manat, onun məşqçisinə
isə 115 milyon manat məbləğində;
ikinci yeri tutan hər
bir idmançıya 135 milyon manat, onun məşqçisinə
isə 65 milyon manat məbləğində;
üçüncü
yeri tutan hər bir idmançıya 70 milyon manat, onun məşqçisinə
isə 35 milyon manat məbləğində.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,
26 avqust 2000-ci il
¹ 506
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8.– S.3952.