Azərbaycan
Respublikası Hökuməti ilə BMT-nin Əhali Fondu
arasında 2000-2003-cü illər üçün əməkdaşlıq
üzrə "Əhalinin məskunlaşması,
inkişafı, cender və reproduktiv
sağlamlıqla əlaqədar məlumatın toplanılması, təhlili və
yayılması sahəsində Dövlət Statistika Komitəsinin
institusional və texniki imkanlarının gücləndirilməsi" layihə sənədini
imzalamaq səlahiyyətlərinin verilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan
Respublikası Hökuməti ilə BMT-nin Əhali Fondu
arasında 2000-2003-cü illər üçün əməkdaşlıq
üzrə "Əhalinin məskunlaşması,
inkişafı, Cender və reproduktiv
sağlamlıqla əlaqədar məlumatın toplanılması, təhlili və
yayılması sahəsində Dövlət Statistika Komitəsinin
institusional və texniki imkanlarının gücləndirilməsi" layihə sənədinin
Azərbaycan Respublikası Hökuməti adından
imzalanması səlahiyyətləri Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin sədri Arif
Mikayıl oğlu Vəliyevə verilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən sənədin Azərbaycan
Respublikasının Hökuməti adından imzalanması səlahiyyətinin
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
sədri Arif Mikayıl oğlu Vəliyevə verilməsi barədə
Birləşmiş Millətlər Təşkilatının
Əhali Fonduna müvafiq bildiriş göndərsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əliyev
Bakı şəhəri,
30 avqust 2000-ci il
¹ 515
Azərbaycan
Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8.– S. 3957.