Qlobal Ekologiya Fondunun Şurası yanında İsveçrənin rəhbərlik etdiyi səsvermə birliyi haqqında müddəaların Azərbaycan Respublikası Hökuməti adından imzalanması səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Qlobal Ekologiya Fondunun Şurası yanında İsveçrənin rəhbərlik etdiyi səsvermə birliyi haqqında müddəaların Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilsin.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Şamil oğlu Həsənova verilməsi barədə İsveçrə tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əliyev

 

Bakı şəhəri, 30 avqust 2000-ci il

¹ 516

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8.–  S. 3957-3958.