"Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən 2 ədəd Boinq-757-200 sərnişin təyyarəsinin alınması ilə əlaqədar imzalanan Sənədlər Toplusunun təsdiq edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 2000-ci il avqustun 4-də imzalanan aşağıdakı sənədlər (bundan sonra "Tənzimləyici Sənədlər"):

 

"Azərbaycan Hava Yolları" Dövlət Konserni, İcarəverən kimi "Caspian Leasinq Ltd.", İcarəverənin Baş Şirkəti "Caspian Leasinq Trust"in Himayəçisi qismində çıxış edən "Caspian Trustee (Pvt).Ltd.",İştirak Sazişinin I Əlavəsində sadalanan Zəmanətli Kredit verən maliyyə qurumları (bundan sonra "Zəmanətli Keditorlar"), Zəmanətli Kredit Agenti qismində "Barklayz Bank PLC" (bundan sonra "Zəmanətli Kredit Agenti"), İştirak Sazişinin II Əlavəsində sadalanan "ECGD" Kreditorları qismində maliyyə qurumları (bundan sonra ""ECGD" Kreditorları"), "ECGD" Kredit Agenti qismində "Barklayz Bank PLC " (bundan sonra ""ECGD " Kredit Agenti"), İştirak Sazişinin III Əlavəsində sadalanan Təminatlı Kreditorlar qismində maliyyə qurumları (bundan sonra "Təminatlı Kreditorlar"), Təminatlı Kredit Agenti qismində "Barklayz Bank PLC " (bundan sonra "Təminatlı Kredit Agenti"), Təminat Himayəçisi qismində  çıxış edən "First Union Trust Company, National Association" (bundan sonra "Təminat Himayəçisi"), Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq Bankı", Maliyyə Nazirliyi vasitəsilə çıxış edən Azərbaycan Respublikası, Təminatlı Kredit Riskinin İştirakçısı qismində "Rolls-Roys plc ", "Böyük Britaniyanın Əlahəzrət Kraliçasının Ticarət və Sənaye Məsələləri üzrə Dövlət Nazirinin adından çıxış edən İxrac Kreditlərinin Zəmanəti Departamenti (bundan sonra "ECGD") və Birləşmiş Ştatların İxrac-İdxal Bankı (bundan sonra "Eximbank") tərəfindən və arasında bağlanılan İştirak Sazişi;

 

"Azərbaycan Hava Yolları" Dövlət Konserni, "Caspian Leasinq Ltd.", Zəmanətli Kreditorlar, Zəmanətli Kredit Agenti, "ECGD " Kreditorları, ""ECGD" Kredit Agenti, Təminatlı Kreditorlar, Təminatlı Kredit Agenti, Təminat Himayəçisi, "ECGD " və "Eximbank " arasında Kredit Sazişi;

 

"Azərbaycan Hava Yolları" Dövlət Konserni ilə "Caspian Leasinq Ltd.", arasında İcarə Sazişi;

 

Tənzimləyici sənədlərdə göstərilmiş Maliyyə Nazirliyi İxrac Kreditləri Agentlikləri Zəmanətləri;

 

Tənzimləyici sənədlərdə göstərilmiş Maliyyə Nazirliyi Kommersiya Zəmanətləri;

 

"Azərbaycan Hava Yolları" Dövlət Konserni, İcarəverən kimi "Caspian Leasinq Ltd.", İcarəverənin Baş Şirkəti "Caspian Leasinq Trust"in Himayəçisi qismində çıxış edən "Caspian Trustee (Pvt ).Ltd.", İştirak Sazişinin I Əlavəsində sadalanan Zəmanətli Kredit verən maliyyə qurumları, Zəmanətli Kredit Agenti qismində "Barklayz Bank PLC ", İştirak Sazişinin II Əlavəsində sadalanan Təminatlı Kreditorlar qismində maliyyə qurumları, Təminatlı Kredit Agenti qismində "Barklayz Bank PLC ", Təminat Himayəçisi qismində çıxış edən "First Union Trust Company, National Association", Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq Bankı", Maliyyə Nazirliyi vasitəsi ilə çıxış edən Azərbaycan Respublikası və Birləşmiş Ştatların İdxal - İxrac Bankı tərəfindən və arasında bağlanılan ehtiyat hissələrinə aid İştirak Sazişi;

 

Ehtiyat hissələrinə aid Maliyyə Nazirliyi "Eximbank" Zəmanəti;

 

Ehtiyat hissələrinə aid Maliyyə Nazirliyi Kommersiya Zəmanəti;

 

Tənzimləyici sənədlərdə göstərilmiş Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq Bankı" İxrac Kreditləri Agentlikləri Zəmanətləri;

 

Tənzimləyici sənədlərdə göstərilmiş Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq Bankı" Kommersiya Zəmanətləri təsdiq edilsin.*

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, "Azərbaycan Hava Yolları" Dövlət Konserninə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və Səhmdar Kommersiya "Azərbaycan Respublikası Beynəlxalq Bankı"na tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlər üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etsin.

 

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə xarici tərəfdaşlara müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əliyev

 

 

 

Bakı şəhəri, 31 avqust 2000-ci il

 

                    ¹ 517

 

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. –  31 avqust, ¹ 8.–  S. 3958-3959.