Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 90 nömrəli qərarına əlavələr edilməsi haqqında

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

"Sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 may tarixli, 406 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıram:

 

1. "Sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 90 nömrəli qərarına aşağıdakı əlavələr edilsin:

 

Birinci bəndində "milyon manat" sözlərindən sonra "təkrar sığortaçılar üçün isə 1 (bir) milyard manat" sözləri ilə əlavə edilsin.

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri  A.Rasizadə

 

 

Bakı şəhəri, 4 avqust 2000-ci il

¹ 132

 

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. – 2000. – 31 avqust, ¹ 8. –  S. 3960.